Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Dünya / Fransada oktyabrın 24-də keçiriləcək etiraz aksiyaları üçün gücləndirilmiş təhlükəsizlik tədbirləri görüləcək

Fransada oktyabrın 24-də keçiriləcək etiraz aksiyaları üçün gücləndirilmiş təhlükəsizlik tədbirləri görüləcək

22.10.2026 [17:25]

Fransa hökuməti oktyabrın 24-də həyat bahalılığına qarşı keçiriləcək növbəti ümummilli etiraz aksiyaları zamanı mümkün zorakılıq hallarının qarşısını almaq üçün genişmiqyaslı təhlükəsizlik tədbirləri görməyə hazırlaşır.

AZƏRTAC xəbər verir ki, Baş nazir Sebastyən Lökornü Milli Assambleyada çıxışı zamanı şənbə günü keçiriləcək aksiyalar üçün polis qüvvələrinin kütləvi səfərbər ediləcəyini bildirib. O, oktyabrın 17-də keçirilən nümayişlər zamanı tətbiq olunan təhlükəsizlik tədbirlərinin həddindən artıq statik və kifayət qədər çevik olmadığını etiraf edib.

Daxili işlər naziri Loran Nünez bildirib ki, oktyabrın 24-ü üçün təhlükəsizlik strategiyası cəlb ediləcək qüvvələrin sayı, onların hərəkətliliyi və hadisələrə operativ müdaxilə imkanları baxımından yenidən nəzərdən keçiriləcək. Təhlükəsizlik tədbirlərinin gücləndirilməsi ilə yanaşı, hökumət əvvəlki aksiyalar zamanı baş vermiş zorakılıqların təkrarlanmamasına çalışır.

Paylaş:
Baxılıb: 85 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

Siyasət

Analitik

Siyasət

1992-ci ilin 24 oktyabrı...

22 Oktyabr 09:10  

Gündəm

Sosial

İqtisadiyyat

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31