YAP-ın Mədəniyyətlərarası dialoq və inteqrasiya komissiyasının iclası keçirilib
07.03.2014 [09:21]
Dünən Yeni Azərbaycan Partiyasının (YAP) Mədəniyyətlərarası dialoq və inteqrasiya komissiyasının iclası keçirilib. Komissiyanın sədri, YAP İdarə Heyətinin üzvü Mixail Zabelin iclasın gündəliyi haqqında məlumat verib. O bildirib ki, iclasın gündəliyinə Mədəniyyətlərarası dialoq və inteqrasiya komissiyasının 2014-cü il üçün iş planı və komissiyanın sədr müavininin seçilməsi daxildir. Daha sonra M.Zabelin iş planı haqqında məlumat verərək bildirib ki, komissiyanın il ərzində bir sıra tədbirləri nəzərdə tutulur.
Belə ki, komissiya il ərzində “Tolerantlıq və millətlərarası həmrəylik müstəqil Azərbaycan dövlətinin əsas uğurudur” mövzusunda dəyirmi masa və “Azərbaycan dövlətində milli siyasət, mədəni müxtəliflik və mədəniyyətlərarası dialoq” mövzusunda beynəlxalq konfrans keçirəcək. Bundan əlavə, komissiya “Müasir dövrdə Azərbaycanda etnik mədəniyyət”, “Azərbaycanda yaşayan azsaylı xalqların mədəniyyəti Azərbaycan xalqının sərvətidir”, “Qloballaşma dövründə mədəniyyətlərarası münasibətlərə kulturoloji baxış” və s. mövzularda tədbirlər keçirməyi nəzərdə tutur. Eyni zamanda, başqa dövlət və xalqlarla mədəni əlaqələrin genişləndirilməsi istiqamətində də komissiya müəyyən təşəbbüslərlə çıxış edəcək.
Komissiya üzvləri çıxış edərək iş planına dair fikir və təkliflərini bildiriblər. Müzakirələrin sonunda bir sıra təkliflər nəzərə alınmaqla YAP-ın Mədəniyyətlərarası dialoq və inteqrasiya komissiyasının 2014-cü il üçün iş planı təsdiq edilib.
Daha sonra Milli Məclisin İnsan hüquqları komitəsinin sədr müavini, YAP Siyasi Şurasının üzvü Yevda Abramov komissiyanın sədr müavini seçilib.
Qeyd edək ki, YAP İdarə Heyətinin üzvü Mixail Zabelinin rəhbərlik etdiyi komissiyaya YAP Siyasi Şurasının üzvləri- Yevda Abramov, Firdovsi Əliyev, Azad Babayev, Yaqub Əliyev və Davud İbrahimxəlilov daxildir.
Komissiya üzvləri ilə yanaşı, iclasda Milli Məclisin Mədəniyyət komitəsinin sədri Nizami Cəfərov, Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Rəbiyyət Aslanova, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Səyyad Aran iştirak ediblər.
YAP-ın Mədəniyyətlərarası dialoq və inteqrasiya komissiyasının ekspertləri isə Azərbaycan Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının professoru, kulturoloq Fuad Məmmədov və Mədəniyyət və Turizm Nazirliyinin sektor müdiri Asif Usubəliyevdir.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxDünya
25 Aprel 07:25
İdman
25 Aprel 07:24
Siyasət
25 Aprel 07:16
Dünya
25 Aprel 07:14
Dünya
24 Aprel 23:42
Dünya
24 Aprel 23:35
Dünya
24 Aprel 23:17
Dünya
24 Aprel 22:41
Dünya
24 Aprel 22:30
Dünya
24 Aprel 22:19
YAP xəbərləri
24 Aprel 22:07
YAP xəbərləri
24 Aprel 21:54
Dünya
24 Aprel 21:50
YAP xəbərləri
24 Aprel 21:50
İdman
24 Aprel 21:37
Elm
24 Aprel 21:23
Dünya
24 Aprel 20:45
Dünya
24 Aprel 20:17
İqtisadiyyat
24 Aprel 19:52
Formula 1
24 Aprel 19:28
Dünya
24 Aprel 19:11
Xəbər lenti
24 Aprel 19:08
YAP xəbərləri
24 Aprel 18:53
YAP xəbərləri
24 Aprel 18:36
YAP xəbərləri
24 Aprel 18:13
YAP xəbərləri
24 Aprel 17:27
MEDİA
24 Aprel 17:27
Elm
24 Aprel 17:26
YAP xəbərləri
24 Aprel 17:05
YAP xəbərləri
24 Aprel 17:04
Elanlar
24 Aprel 17:00
Elm
24 Aprel 16:27
Dünya
24 Aprel 16:22
Siyasət
24 Aprel 16:19
Sosial
24 Aprel 15:48
YAP xəbərləri
24 Aprel 15:45
Sosial
24 Aprel 15:27
Sosial
24 Aprel 15:09
YAP xəbərləri
24 Aprel 14:37
Siyasət
24 Aprel 14:16
İqtisadiyyat
24 Aprel 13:55
Sosial
24 Aprel 13:52
YAP xəbərləri
24 Aprel 13:42
İdman
24 Aprel 13:28
Sosial
24 Aprel 13:00
Siyasət
24 Aprel 12:54
Sosial
24 Aprel 12:35
Gündəm
24 Aprel 12:20
Siyasət
24 Aprel 12:20
İqtisadiyyat
24 Aprel 12:18
Gündəm
24 Aprel 12:17
Gündəm
24 Aprel 12:16
YAP xəbərləri
24 Aprel 12:06
Gündəm
24 Aprel 11:52
YAP xəbərləri
24 Aprel 11:51
Siyasət
24 Aprel 11:50
Siyasət
24 Aprel 11:42
Siyasət
24 Aprel 11:36
Gündəm
24 Aprel 11:14
Gündəm
24 Aprel 10:56
İqtisadiyyat
24 Aprel 10:34
Gündəm
24 Aprel 10:33
Hadisə
24 Aprel 10:31
Sosial
24 Aprel 10:27
Hadisə
24 Aprel 10:27
İqtisadiyyat
24 Aprel 10:17
Sosial
24 Aprel 10:05
Dünya
24 Aprel 10:04
İqtisadiyyat
24 Aprel 09:52
Ədəbiyyat
24 Aprel 09:30

