20 Sentyabr – Zəfərdən quruculuğa gedən yol
17.09.2026 [14:14]
20 Sentyabr Azərbaycan tarixinin yalnız bir hərbi-siyasi hadisə ilə bağlı olan tarixi deyil. Bu tarix uzun illər davam edən işğalın, məcburi köçkünlük həyatının və ayrılıq ağrısının başa çatdığı, Azərbaycan dövlətinin bütün ərazisində suverenliyinin tam bərpa olunduğu gün kimi milli yaddaşımıza daxil olub.
Azərbaycan xalqı otuz ilə yaxın müddətdə torpaqlarının işğal altında qalması ilə barışmadı. Dövlətimiz beynəlxalq hüquqa əsaslanan mövqeyini ardıcıl şəkildə müdafiə etdi, güclü ordu qurdu, iqtisadi imkanlarını artırdı və diplomatik müstəvidə məqsədyönlü siyasət apardı.
2020-ci ildə Vətən müharibəsində qazanılan tarixi Zəfər bu prosesdə dönüş nöqtəsi oldu. Azərbaycan Ordusu işğal altında olan ərazilərin böyük hissəsini azad etdi. 2023-cü ilin sentyabrında həyata keçirilən antiterror tədbirləri isə ölkəmizin bütün ərazisində dövlət suverenliyinin bərpası ilə nəticələndi. Prezidentin Sərəncamında da qeyd edildiyi kimi, sentyabrın 20-də Azərbaycan Respublikasının bütün ərazisində dövlət suverenliyi bərpa edildi və həmin tarix Dövlət Suverenliyi Günü elan olundu.
Prezident İlham Əliyevin 20 sentyabr 2024-cü ildə Xankəndidə Qarabağ Universitetinin müəllim və tələbələri qarşısında söylədiyi sözlər bu tarixi prosesin mahiyyətini əks etdirir: “Bu günü bizə bəxş edən qəhrəman hərbçilərimizi hər zaman böyük minnətdarlıqla yad edirik. Vətən uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsini daim qəlbimizdə saxlayırıq və saxlayacağıq.”
Bu fikirlər 20 Sentyabrın yalnız qələbə sevinci deyil, həm də böyük məsuliyyət və minnətdarlıq günü olduğunu göstərir. Çünki əldə edilən Zəfərin ən böyük dəyəri onun nəticələrinin gələcək nəsillər üçün qorunması və daha da möhkəmləndirilməsidir.
Bu baxımdan Qarabağda həyata keçirilən genişmiqyaslı bərpa və quruculuq işləri xüsusi əhəmiyyət daşıyır. İşğaldan azad edilmiş ərazilərdə yollar, yaşayış məntəqələri, məktəblər, sosial obyektlər və digər infrastruktur qurulur. Qarabağ və Şərqi Zəngəzur iqtisadi həyatın, sosial rifahın və müasir şəhərsalmanın yeni məkanlarına çevrilir.
Xankəndidə Qarabağ Universitetinin fəaliyyətə başlaması isə Zəfərdən sonra quruculuq mərhələsinin mənəvi və intellektual simvollarından biridir. Universitetin məhz 20 Sentyabrda açılması təsadüfi deyil. Prezident İlham Əliyev çıxışında bu seçimi xüsusi olaraq qeyd edərək bildirib ki, universitetin açılışının həmin tarixdə keçirilməsini məqsədəuyğun hesab edib, çünki 20 Sentyabr artıq şanlı tariximizdir.
Bu mənada Qarabağ Universitetinin auditoriyalarında dərs keçən müəllimlər, təhsil alan tələbələr və Xankəndinin yenidən canlanan həyatı Zəfərin ən mühüm nəticələrindən birini nümayiş etdirir. Dünən işğal və dağıntı ilə yadda qalan şəhərlərdə bu gün elm, təhsil, quruculuq və həyat var.
20 Sentyabr həm də Azərbaycanın gələcəyə baxışının ifadəsidir. Çünki dövlət suverenliyinin bərpası yalnız tarixi ədalətin təmin olunması deyil, qarşıda duran böyük inkişaf hədəfləri üçün yeni imkanların yaranması deməkdir.
Bu gün Qarabağda aparılan quruculuq işləri Azərbaycan dövlətinin öz gücünə, imkanlarına və gələcəyinə inamını nümayiş etdirir. Ən mühümü isə odur ki, bu torpaqlarda artıq yeni nəsil böyüyür, təhsil alır və Qarabağın gələcəyini qurmağa hazırlaşır.
20 Sentyabr bizə keçmişi xatırlatmaqla yanaşı, gələcəyə də baxmağa çağırır. Bu tarix Azərbaycan xalqının öz dövlətinə, Vətəninə və milli dəyərlərinə bağlılığının, ağır sınaqlardan keçərək Zəfərə çatmaq əzminin rəmzidir.
Dövlət Suverenliyi Günü münasibətilə qeyd etdiyimiz bu şanlı tarix Azərbaycan dövlətçiliyinin yeni mərhələsinin başlanğıcıdır: Zəfərdən quruculuğa, bərpadan inkişafa, tarixi Qələbədən daha güclü gələcəyə doğru yol.
YAP Samux rayon təşkilatının sədri Gündüz Bayramov
Xəbər lenti
Hamısına baxXəbər lenti
17 Sentyabr 19:21
Xəbər lenti
17 Sentyabr 18:26
YAP xəbərləri
17 Sentyabr 17:59
Siyasət
17 Sentyabr 17:24
Siyasət
17 Sentyabr 17:23
Siyasət
17 Sentyabr 17:23
Siyasət
17 Sentyabr 17:23
Gündəm
17 Sentyabr 17:16
Gündəm
17 Sentyabr 17:04
Gündəm
17 Sentyabr 17:01
YAP xəbərləri
17 Sentyabr 16:49
YAP xəbərləri
17 Sentyabr 16:47
Analitik
17 Sentyabr 16:45
YAP xəbərləri
17 Sentyabr 16:42
YAP xəbərləri
17 Sentyabr 16:39
Gündəm
17 Sentyabr 16:11
Gündəm
17 Sentyabr 15:52
YAP xəbərləri
17 Sentyabr 15:47
Hadisə
17 Sentyabr 15:27
Xəbər lenti
17 Sentyabr 15:10
Siyasət
17 Sentyabr 15:06
Sosial
17 Sentyabr 15:01
Siyasət
17 Sentyabr 14:57
Siyasət
17 Sentyabr 14:55
Siyasət
17 Sentyabr 14:13
İdman
17 Sentyabr 13:59
Gündəm
17 Sentyabr 12:57
Xəbər lenti
17 Sentyabr 12:55
Xəbər lenti
17 Sentyabr 12:53
Sosial
17 Sentyabr 12:22
Sosial
17 Sentyabr 12:21
İqtisadiyyat
17 Sentyabr 12:20
Sosial
17 Sentyabr 12:19
Siyasət
17 Sentyabr 11:08
Gündəm
17 Sentyabr 11:02
Siyasət
17 Sentyabr 10:15
İqtisadiyyat
17 Sentyabr 09:58
Analitik
17 Sentyabr 09:25
Analitik
17 Sentyabr 08:50
MEDİA
17 Sentyabr 08:36
İqtisadiyyat
16 Sentyabr 23:31
Dünya
16 Sentyabr 23:19
Dünya
16 Sentyabr 22:56
YAP xəbərləri
16 Sentyabr 22:26
İdman
16 Sentyabr 22:20
YAP xəbərləri
16 Sentyabr 22:14
Elanlar
16 Sentyabr 22:10
İqtisadiyyat
16 Sentyabr 21:43
Dünya
16 Sentyabr 21:18
Dünya
16 Sentyabr 20:49
Dünya
16 Sentyabr 20:25
Dünya
16 Sentyabr 19:52
Dünya
16 Sentyabr 19:17
YAP xəbərləri
16 Sentyabr 19:03
YAP xəbərləri
16 Sentyabr 18:48
Dünya
16 Sentyabr 18:29
YAP xəbərləri
16 Sentyabr 18:03
YAP xəbərləri
16 Sentyabr 18:01
YAP xəbərləri
16 Sentyabr 17:57
YAP xəbərləri
16 Sentyabr 17:53
Dünya
16 Sentyabr 17:35
Analitik
16 Sentyabr 17:08
Dünya
16 Sentyabr 16:22
Sosial
16 Sentyabr 16:21
Hərbi
16 Sentyabr 16:18
Dünya
16 Sentyabr 15:51
Sosial
16 Sentyabr 15:51
Dünya
16 Sentyabr 15:18
İqtisadiyyat
16 Sentyabr 15:10
YAP xəbərləri
16 Sentyabr 15:08

