Yeni gerçəklər sülhə qarşı çıxan revanşist yanaşmaları istisna edir
16.09.2026 [16:42]
Ermənistan cəmiyyəti anlamalıdır ki, Azərbaycanın regionda yaratdığı reallıqları nə revanşist çağırışlarla, nə siyasi manipulyasiyalarla, nə də sosial şəbəkələrdə aparılan kampaniyalarla dəyişmək mümkün deyil.
Sentyabrın 11-12-də Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələrinin Qarabağ və Şərqi Zəngəzura səfəri beynəlxalq ictimaiyyətin Azərbaycanın suveren ərazisində baş verən proseslərlə yerində tanışlığı baxımından mühüm hadisədir. Xarici diplomatların Azərbaycan ərazisinə səfəri tamamilə qanuni, legitim və beynəlxalq diplomatik praktikaya uyğun addımdır. Buna görə də həmin səfərə Ermənistan cəmiyyətinin ayrı-ayrı dairələrində göstərilən aqressiv münasibət yalnız təəccüb doğurmur, eyni zamanda bəzi dairələrin regiondakı yeni reallıqları qəbul etməkdə çətinlik çəkdiyini nümayiş etdirir. Səfərdə 58 ölkəni və 9 beynəlxalq təşkilatı təmsil edən 150-yə yaxın diplomatik nümayəndənin iştirakı təsadüfi deyil. Xarici diplomatların bölgəyə səfəri onların Azərbaycanın ərazi bütövlüyü və suverenliyi çərçivəsində mövcud reallıqla yerində tanış olmalarına imkan yaradır. Səfər çərçivəsində Xankəndi, Şuşa, Ağdərə və Kəlbəcərdə həyata keçirilən bərpa-quruculuq işləri, yeni infrastruktur layihələri və sosial-iqtisadi inkişaf prosesi nümayiş etdirilib.
Azərbaycan artıq öz ərazi bütövlüyünü və suverenliyini tam bərpa edib. Qarabağda və Şərqi Zəngəzurda həyata keçirilən genişmiqyaslı quruculuq prosesi də bu reallığın praktiki ifadəsidir. Burada yeni yollar, məktəblər, xəstəxanalar, yaşayış kompleksləri, inzibati binalar, hava limanları və digər sosial obyektlər tikilir. Ən başlıcası isə, vaxtilə öz doğma yurdlarından didərgin salınmış Azərbaycan vətəndaşlarının qayıdışı təmin edilir. Təbii ki, bu prosesin beynəlxalq diplomatların diqqətində olması tamamilə normal hal kimi qəbul edilməlidir.
Ermənistanın ayrı-ayrı siyasi dairələri isə yeni reallığı qəbul etmək əvəzinə hələ də keçmiş münaqişə dövrünün ritorikasını yaşatmağa çalışırlar. Qarabağ və Şərqi Zəngəzurda Azərbaycan dövlətinin apardığı bərpa işlərini mübahisə predmetinə çevirmək, Azərbaycan ərazisindəki tarixi və dini abidələrə dair birtərəfli iddialar irəli sürmək, xarici diplomatların bölgəyə səfərinə etiraz etmək eyni qərəzli yanaşmanın müxtəlif təzahürləridir. Bu yanaşma regionda sülhün və etimadın möhkəmlənməsinə xidmət etmir. Ermənistan cəmiyyəti anlamalıdır ki, müharibə bitdikdən sonra davamlı sülh qurmaq üçün reallıqları qəbul etməkdən başqa yol yoxdur. Ona görə də İrəvan sülhlə bağlı mövqeyinə korrektələr etməlidir. Əgər Ermənistan həqiqətən sülhə hazırdırsa, Azərbaycanın Qarabağ və Şərqi Zəngəzur bölgələrinə səfər edən diplomatları hədəfə almaq əvəzinə onların bölgədə gördükləri reallıqla tanış olmasına hörmətlə yanaşmalıdır.
Azərbaycan dəfələrlə bəyan edib ki, regionda uzunmüddətli sülh və sabitlik üçün yeni səhifə açılmalıdır. Bu səhifənin əsasını qarşılıqlı olaraq suverenliyə hörmət, ərazi bütövlüyünün tanınması, daxili işlərə müdaxilədən çəkinmək və regional əməkdaşlığın genişləndirilməsi təşkil edir. Sülhün gələcəyi üçün isə revanşist çağırışların deyil, reallıqların qəbul edilməsi, qarşılıqlı hörmətin və məsuliyyətli siyasi üslubun üstünlük təşkil etməsi zəruridir.
Bu gün azad Qarabağda və Şərqi Zəngəzurda dalğalanan şanlı üçrəngli bayrağımız Azərbaycanın gücünün və tarixi Zəfərimizin ən parlaq nümayişidir. Ermənistan cəmiyyəti nəhayət anlamalıdır ki, Azərbaycanın regionda yaratdığı reallıqları nə revanşist çağırışlarla, nə siyasi manipulyasiyalarla, nə də sosial şəbəkələrdə aparılan kampaniyalarla dəyişmək mümkün deyil. Azərbaycan öz gücü, ədalətə və beynəlxalq hüquqa əsaslanan siyasəti ilə ərazi bütövlüyünü və suverenliyini bərpa edib. Azərbaycanın müasir tarixinin bu qürurverici səhifələrini dəyişmək, yalanları həqiqət kimi qəbul etdirmək mümkünsüzdür.
Emil Tağıyev
YAP Xaçmaz rayon təşkilatının sədri
Xəbər lenti
Hamısına baxDünya
17 Sentyabr 23:39
Dünya
17 Sentyabr 23:17
Sosial
17 Sentyabr 22:43
Dünya
17 Sentyabr 22:25
Dünya
17 Sentyabr 21:50
Dünya
17 Sentyabr 21:18
Dünya
17 Sentyabr 20:45
Dünya
17 Sentyabr 20:17
Dünya
17 Sentyabr 19:59
Xəbər lenti
17 Sentyabr 19:21
Xəbər lenti
17 Sentyabr 18:26
YAP xəbərləri
17 Sentyabr 17:59
Siyasət
17 Sentyabr 17:24
Siyasət
17 Sentyabr 17:23
Siyasət
17 Sentyabr 17:23
Siyasət
17 Sentyabr 17:23
Gündəm
17 Sentyabr 17:16
Gündəm
17 Sentyabr 17:04
Gündəm
17 Sentyabr 17:01
YAP xəbərləri
17 Sentyabr 16:49
YAP xəbərləri
17 Sentyabr 16:47
Analitik
17 Sentyabr 16:45
YAP xəbərləri
17 Sentyabr 16:42
YAP xəbərləri
17 Sentyabr 16:39
Gündəm
17 Sentyabr 16:11
Gündəm
17 Sentyabr 15:52
YAP xəbərləri
17 Sentyabr 15:47
Hadisə
17 Sentyabr 15:27
Xəbər lenti
17 Sentyabr 15:10
Siyasət
17 Sentyabr 15:06
Sosial
17 Sentyabr 15:01
Siyasət
17 Sentyabr 14:57
Siyasət
17 Sentyabr 14:55
Siyasət
17 Sentyabr 14:13
İdman
17 Sentyabr 13:59
Gündəm
17 Sentyabr 12:57
Xəbər lenti
17 Sentyabr 12:55
Xəbər lenti
17 Sentyabr 12:53
Sosial
17 Sentyabr 12:22
Sosial
17 Sentyabr 12:21
İqtisadiyyat
17 Sentyabr 12:20
Sosial
17 Sentyabr 12:19
Siyasət
17 Sentyabr 11:08
Gündəm
17 Sentyabr 11:02
Siyasət
17 Sentyabr 10:15
İqtisadiyyat
17 Sentyabr 09:58
Analitik
17 Sentyabr 09:25
Analitik
17 Sentyabr 08:50
MEDİA
17 Sentyabr 08:36
İqtisadiyyat
16 Sentyabr 23:31
Dünya
16 Sentyabr 23:19
Dünya
16 Sentyabr 22:56
YAP xəbərləri
16 Sentyabr 22:26
İdman
16 Sentyabr 22:20
YAP xəbərləri
16 Sentyabr 22:14
Elanlar
16 Sentyabr 22:10
İqtisadiyyat
16 Sentyabr 21:43
Dünya
16 Sentyabr 21:18
Dünya
16 Sentyabr 20:49
Dünya
16 Sentyabr 20:25
Dünya
16 Sentyabr 19:52
Dünya
16 Sentyabr 19:17
YAP xəbərləri
16 Sentyabr 19:03
YAP xəbərləri
16 Sentyabr 18:48
Dünya
16 Sentyabr 18:29
YAP xəbərləri
16 Sentyabr 18:03
YAP xəbərləri
16 Sentyabr 18:01
YAP xəbərləri
16 Sentyabr 17:57
YAP xəbərləri
16 Sentyabr 17:53
Dünya
16 Sentyabr 17:35

