Azərbaycanın sülh diplomatiyası
16.09.2026 [16:19]
Prezident cənab İlham Əliyevin Türk Dövlətləri Təşkilatının Müsəlman Dini Rəhbərləri Şurasının üzvlərindən və müşahidəçilərindən, Yəhya Bakuvi Beynəlxalq Konfransının həmtəşkilatçılarından və Qafqaz Xalqları Ali Dini Şurasının üzvlərindən ibarət nümayəndə heyətini qəbul edərkən söylədiyi nitq Azərbaycanın regional və beynəlxalq siyasətinin mühüm istiqamətlərini əks etdirir. Dövlət başçısının çıxışında Türk dünyası ilə İslam aləmi arasında əlaqələrin möhkəmləndirilməsi, dini-mədəni irsin qorunması, Qarabağda bərpa-quruculuq işləri və Azərbaycan-Ermənistan münasibətlərinin gələcəyi məsələləri bir-birini tamamlayan mövzular kimi təqdim olunmuşdur. Bu çıxışın mühüm məqamlarından biri Azərbaycanın sülh gündəliyinin dini və mədəni diplomatiya ilə əlaqələndirilməsidir. Bakı şəhərində keçirilən beynəlxalq tədbirlər yalnız fikir mübadiləsi üçün deyil, həm də müxtəlif ölkələrin və xalqların ortaq dəyərlər ətrafında bir araya gəlməsi üçün platforma kimi qiymətləndirilir. Bu yanaşma Azərbaycanın beynəlxalq münasibətlərdə dialoq, qarşılıqlı hörmət və əməkdaşlıq prinsiplərinə verdiyi əhəmiyyəti göstərir. Türk Dövlətləri Təşkilatının Müsəlman Dini Rəhbərləri Şurasının 7-ci toplantısının Bakıda keçirilməsi Türk dünyasının dini-mənəvi əlaqələrinin inkişafı baxımından əhəmiyyətli hadisədir. Şuranın fəaliyyətində dini rəhbərlərin qarşılıqlı təcrübə mübadiləsi aparması, müsəlman icmalarını maraqlandıran məsələləri müzakirə etməsi və mənəvi dəyərlərin qorunmasına dair fikir mübadiləsi aparması üçün imkanlar yaranır. Toplantının Qafqaz Xalqları Ali Dini Şurasının nümayəndələri və Yəhya Bakuvi konfransının iştirakçıları ilə eyni vaxtda keçirilməsi bu əməkdaşlıq müstəvisini daha da genişləndirir.
Azərbaycanın İslam həmrəyliyi siyasəti dövlət başçısının nitqində yalnız dini və mənəvi çağırışlar səviyyəsində deyil, əməli-praktiki fəaliyyət istiqaməti kimi xarakterizə olunur. Bakı şəhərində İslam Əməkdaşlıq Təşkilatı və İCESCO xətti ilə keçirilən tədbirlər, 2017-ci ildə IV İslam Həmrəyliyi Oyunlarının təşkili, dini və mədəni irsin qorunması istiqamətində həyata keçirilən layihələr bu siyasətin müxtəlif təzahürləridir. İslam Həmrəyliyi Oyunlarının idman yarışından daha geniş məna daşıyan birlik platforması kimi təqdim edilməsi Azərbaycanın müxtəlif müsəlman ölkələri arasında əməkdaşlıq və qarşılıqlı anlaşmanın gücləndirilməsinə verdiyi əhəmiyyəti göstərir. Gələn il Bakıda İslam Əməkdaşlıq Təşkilatının Zirvə Görüşünün keçirilməsi ilə bağlı dövlət başçısının fikirləri də bu kontekstdə diqqət çəkir. Azərbaycanın belə bir tədbirə ev sahibliyi etməsi ölkənin beynəlxalq təşkilatlarda fəal iştirakının, çoxtərəfli diplomatiyaya verdiyi önəmin və müxtəlif dövlətlər arasında dialoqun təşviqinə yönəlmiş siyasətinin davamı kimi qiymətləndirilə bilər. Zirvə Görüşünün gündəliyində İslam dünyasında sülh, təhlükəsizlik, iqtisadi əməkdaşlıq, humanitar əlaqələr və mədəni irsin qorunması kimi məsələlərin mühüm yer tutacağı gözlənilir.
Zülfüqar Cəfərov
YAP Sabunçu rayon təşkilatının sədr müavini
Xəbər lenti
Hamısına baxXəbər lenti
17 Sentyabr 19:21
Xəbər lenti
17 Sentyabr 18:26
YAP xəbərləri
17 Sentyabr 17:59
Siyasət
17 Sentyabr 17:24
Siyasət
17 Sentyabr 17:23
Siyasət
17 Sentyabr 17:23
Siyasət
17 Sentyabr 17:23
Gündəm
17 Sentyabr 17:16
Gündəm
17 Sentyabr 17:04
Gündəm
17 Sentyabr 17:01
YAP xəbərləri
17 Sentyabr 16:49
YAP xəbərləri
17 Sentyabr 16:47
Analitik
17 Sentyabr 16:45
YAP xəbərləri
17 Sentyabr 16:42
YAP xəbərləri
17 Sentyabr 16:39
Gündəm
17 Sentyabr 16:11
Gündəm
17 Sentyabr 15:52
YAP xəbərləri
17 Sentyabr 15:47
Hadisə
17 Sentyabr 15:27
Xəbər lenti
17 Sentyabr 15:10
Siyasət
17 Sentyabr 15:06
Sosial
17 Sentyabr 15:01
Siyasət
17 Sentyabr 14:57
Siyasət
17 Sentyabr 14:55
Siyasət
17 Sentyabr 14:13
İdman
17 Sentyabr 13:59
Gündəm
17 Sentyabr 12:57
Xəbər lenti
17 Sentyabr 12:55
Xəbər lenti
17 Sentyabr 12:53
Sosial
17 Sentyabr 12:22
Sosial
17 Sentyabr 12:21
İqtisadiyyat
17 Sentyabr 12:20
Sosial
17 Sentyabr 12:19
Siyasət
17 Sentyabr 11:08
Gündəm
17 Sentyabr 11:02
Siyasət
17 Sentyabr 10:15
İqtisadiyyat
17 Sentyabr 09:58
Analitik
17 Sentyabr 09:25
Analitik
17 Sentyabr 08:50
MEDİA
17 Sentyabr 08:36
İqtisadiyyat
16 Sentyabr 23:31
Dünya
16 Sentyabr 23:19
Dünya
16 Sentyabr 22:56
YAP xəbərləri
16 Sentyabr 22:26
İdman
16 Sentyabr 22:20
YAP xəbərləri
16 Sentyabr 22:14
Elanlar
16 Sentyabr 22:10
İqtisadiyyat
16 Sentyabr 21:43
Dünya
16 Sentyabr 21:18
Dünya
16 Sentyabr 20:49
Dünya
16 Sentyabr 20:25
Dünya
16 Sentyabr 19:52
Dünya
16 Sentyabr 19:17
YAP xəbərləri
16 Sentyabr 19:03
YAP xəbərləri
16 Sentyabr 18:48
Dünya
16 Sentyabr 18:29
YAP xəbərləri
16 Sentyabr 18:03
YAP xəbərləri
16 Sentyabr 18:01
YAP xəbərləri
16 Sentyabr 17:57
YAP xəbərləri
16 Sentyabr 17:53
Dünya
16 Sentyabr 17:35
Analitik
16 Sentyabr 17:08
Dünya
16 Sentyabr 16:22
Sosial
16 Sentyabr 16:21
Hərbi
16 Sentyabr 16:18
Dünya
16 Sentyabr 15:51
Sosial
16 Sentyabr 15:51
Dünya
16 Sentyabr 15:18
İqtisadiyyat
16 Sentyabr 15:10
YAP xəbərləri
16 Sentyabr 15:08

