“Xocalısız 22 il”
26.02.2014 [09:35]
YAP Yevlax rayon təşkilatında Xocalı soyqırımının 22-ci ildönümünə həsr olunmuş anım tədbiri keçirilib
Yeni Azərbaycan Partiyası (YAP) Yevlax rayon təşkilatında Xocalı soyqırımının 22-ci ildönümünə həsr olunmuş anım tədbiri keçirilib. Əvvəlcə Xocalı faciəsi qurbanlarının və ölkəmizin müstəqilliyi uğrunda şəhid olmuş Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
“Xocalısız 22 il” adlı tədbiri giriş sözü ilə açan YAP Yevlax rayon təşkilatının Aparat rəhbəri Əli Quliyev Xocalı faciəsinin səbəbləri haqqında ətraflı məlumat verib. Qeyd edilib ki, ermənilər və onların havadarlarının Xocalıda törətdikləri qırğınlar XX əsrin ən qanlı faciələrindən biridir: “Bir gecədə Xocalının yer üzündən silinməsində keçmiş Sovet ordusunun 366-cı motoatıcı alayı da yaxından iştirak edərək şəhərin dinc əhalisinə divan tutulmasında canfəşanlıq göstərib, nəticədə görünməmiş vəhşiliklər törədilib”.
Natiq, həmçinin, Xocalı soyqırımı haqqında tarixi həqiqətlərin beynəlxalq ictimaiyyətə çatdırılması istiqamətində Ümummilli liderimiz Heydər Əliyevin əsasını qoyduğu siyasi kursun bu gün ölkə Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilməsindən, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri, millət vəkili Mehriban xanım Əliyevanın gördüyü mühüm işlərdən, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə təsis edilən “Xocalıya ədalət!” kampaniyasının təqdirəlayiq nəticələrindən ətraflı söhbət açıb.
Sonra çıxış edən YAP Yevlax rayon təşkilatı Qadınlar Şurasının sədri Əminə Əhmədova deyib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin inamla həyata keçirdiyi daxili və xarici siyasət, erməni qəsbkarlığının ifşasına yönəlmiş uğurlu addımlar bəhrəsini verməkdədir. Xocalı soyqırımı haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, Azərbaycan xalqı və ümumən insanlıq əleyhinə törədilmiş bu son dərəcə ağır hərbi cinayətin beynəlxalq miqyasda siyasi-hüquqi qiymətini alması məsələsi dövlət siyasətinin mühüm istiqamətini təşkil edir.
Tədbirdə çıxış edən Xocalı sakinləri həmin dəhşətli faciə ilə bağlı acı xatirələrini dilə gətiriblər. Natiqlər, həmçinin, bütün qaçqın və məcburi köçkünlərin, şəhid ailələrinin, müharibə əlillərinin, o cümlədən də Xocalı sakinlərinin ötən müddətdə hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarını vurğulayıblar. Sonda çıxış edən YAP Yevlax rayon təşkilatının sədr müavini Zərifə Məmmədova Xocalı qətliamının təqsirkarlarının haqlı cəzalarına çatacağına və xalqımızın işğal altındakı bütün torpaqlarını yağı düşməndən tezliklə azad edəcəyinə ümidvar olduğunu bildirib.
NADİR
Xəbər lenti
Hamısına baxDünya
09 İyul 23:32
Sosial
09 İyul 23:17
Dünya
09 İyul 22:45
İqtisadiyyat
09 İyul 22:19
Dünya
09 İyul 22:03
İdman
09 İyul 21:50
Hərbi
09 İyul 21:24
Sosial
09 İyul 21:09
Sosial
09 İyul 20:43
Dünya
09 İyul 20:43
Dünya
09 İyul 20:18
Dünya
09 İyul 19:52
Dünya
09 İyul 19:25
Dünya
09 İyul 19:07
Müsahibə
09 İyul 18:37
İqtisadiyyat
09 İyul 17:20
Dünya
09 İyul 17:19
Elanlar
09 İyul 16:49
İqtisadiyyat
09 İyul 16:35
Siyasət
09 İyul 16:34
Sosial
09 İyul 16:32
Dünya
09 İyul 16:32
Gündəm
09 İyul 16:31
Dünya
09 İyul 16:24
Elm
09 İyul 15:22
Elm
09 İyul 15:21
YAP xəbərləri
09 İyul 15:18
Sosial
09 İyul 14:45
İqtisadiyyat
09 İyul 14:21
İqtisadiyyat
09 İyul 13:22
Sosial
09 İyul 12:55
Sosial
09 İyul 12:50
Sosial
09 İyul 12:15
İdman
09 İyul 12:13
Elm
09 İyul 12:02
YAP xəbərləri
09 İyul 11:45
İqtisadiyyat
09 İyul 11:40
Gündəm
09 İyul 11:35
İqtisadiyyat
09 İyul 11:15
Siyasət
09 İyul 11:03
İqtisadiyyat
09 İyul 10:50
Dünya
09 İyul 10:41
Siyasət
09 İyul 10:39
Dünya
09 İyul 10:17
İqtisadiyyat
09 İyul 10:08
Dünya
09 İyul 09:52
Analitik
09 İyul 09:50
Analitik
09 İyul 09:42
Ədəbiyyat
09 İyul 09:36
Ədəbiyyat
09 İyul 09:29
Dünya
09 İyul 09:20
Dünya
09 İyul 08:43
Dünya
08 İyul 23:35
İqtisadiyyat
08 İyul 23:19
Dünya
08 İyul 22:46
Dünya
08 İyul 22:19
Sosial
08 İyul 21:55
Dünya
08 İyul 21:23
Dünya
08 İyul 20:42
Hadisə
08 İyul 20:17
Dünya
08 İyul 19:58
Dünya
08 İyul 19:20
Elm
08 İyul 19:14
YAP xəbərləri
08 İyul 18:55
Dünya
08 İyul 18:25
Dünya
08 İyul 17:43
Dünya
08 İyul 16:31
Sosial
08 İyul 16:30
Dünya
08 İyul 16:21
Siyasət
08 İyul 16:05

