Azərbaycan–Özbəkistan qardaşlığının yeni inkişaf mərhələsi
25.08.2026 [13:12]
Prezident İlham Əliyevin Özbəkistanın Milli İnformasiya Agentliyinə müsahibəsi Azərbaycan–Özbəkistan münasibətlərinin strateji əhəmiyyətini bir daha nümayiş etdirir. Müsahibə iki qardaş ölkə arasında münasibətlərin bugünkü yüksək səviyyəsini, qarşılıqlı etimadın möhkəmliyini və gələcək əməkdaşlığın geniş perspektivlərini əks etdirən mühüm siyasi mesajlarla zəngindir. Azərbaycan ilə Özbəkistan arasında əlaqələrin yalnız dövlətlərarası münasibətlər çərçivəsində deyil, eyni zamanda xalqlarımızı birləşdirən ortaq tarix, mədəniyyət, mənəvi dəyərlər və qardaşlıq telləri əsasında inkişaf etdiyini göstərir.Eyni zamanda iki ölkə arasında siyasi, iqtisadi, investisiya, nəqliyyat, enerji, təhsil, elm, mədəniyyət və humanitar sahələrdə əməkdaşlığın vəziyyəti və gələcək inkişaf istiqamətləri geniş şəkildə diqqətə çatdırılıb. Azərbaycan və Özbəkistanı birləşdirən münasibətlərin əsasında dərin tarixi və mədəni köklər dayanır. Prezident İlham Əliyev müsahibəsində xüsusi vurğulayıb ki, iki ölkə arasında əlaqələr ortaq tarixə, mədəniyyətə, dilə və mənəvi dəyərlərə, həmçinin xalqlarımızın əsrlər boyu qoruyub saxladığı qarşılıqlı rəğbət və həmrəyliyə əsaslanır. Bu münasibətlər son illərdə xüsusilə sürətli inkişaf mərhələsinə qədəm qoyub.
Azərbaycan–Özbəkistan əlaqələri ən yüksək səviyyəyə – müttəfiqlik münasibətləri səviyyəsinə yüksəlib. Bu, iki dövlət arasında siyasi etimadın və strateji tərəfdaşlığın nə qədər möhkəm olduğunu göstərən mühüm göstəricidir. Azərbaycan Prezidenti müsahibəsində Özbəkistan Prezidenti Şavkat Mirziyoyevlə şəxsi dostluq, qarşılıqlı hörmət və etimad münasibətlərinin iki ölkə arasındakı əlaqələrin inkişafında mühüm rol oynadığını qeyd edib. Dövlət başçıları arasında müntəzəm təmaslar və qarşılıqlı səfərlər Azərbaycan–Özbəkistan münasibətlərinin dinamik xarakter daşımasına ciddi təkan verib. Son beş il ərzində yüksək səviyyədə 15 qarşılıqlı səfərin həyata keçirilməsi siyasi dialoqun intensivliyinin göstəricisidir.
Azərbaycan və Özbəkistan arasında strateji tərəfdaşlığın hüquqi-siyasi bazası da son illərdə daha da möhkəmləndirilib. 2024-cü ildə Azərbaycan Prezidentinin Özbəkistana dövlət səfəri, 2025-ci ildə isə Özbəkistan Prezidentinin Azərbaycana dövlət səfəri çərçivəsində mühüm sənədlər imzalanıb. Xüsusilə “Strateji tərəfdaşlığın dərinləşdirilməsi haqqında Bəyannamə” və “Müttəfiqlik münasibətləri haqqında Müqavilə” iki ölkə arasında münasibətlərin yeni mərhələyə yüksəldiyini təsdiqləyir. 2023-cü ildə yaradılmış Ali Dövlətlərarası Şura isə Azərbaycan–Özbəkistan strateji tərəfdaşlığının və müttəfiqlik münasibətlərinin daha da dərinləşdirilməsi baxımından mühüm institusional mexanizmə çevrilib. Şuranın Bakıda və Daşkənddə keçirilmiş iclasları iki ölkənin uzunmüddətli əməkdaşlıq prioritetlərini müəyyənləşdirməsinə və yeni birgə təşəbbüslərin həyata keçirilməsinə imkan yaradır.
Azərbaycan Prezidentinin müsahibəsində iqtisadi-ticari əməkdaşlığa geniş yer verilməsi təsadüfi deyil. Çünki siyasi münasibətlərin yüksək səviyyəsi iqtisadi əlaqələrin də sürətli inkişafı üçün əlverişli şərait yaradıb. 2025-ci ildə Azərbaycanla Özbəkistan arasında ticarət dövriyyəsi əvvəlki illə müqayisədə üç dəfədən çox artaraq 795 milyon ABŞ dollarına çatıb. 2026-cı ilin yanvar-may aylarında isə ticarət dövriyyəsi əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 33 faiz artaraq 144 milyon dollara yüksəlib. Azərbaycan–Özbəkistan İnvestisiya Şirkətinin yaradılması da qarşılıqlı investisiya əməkdaşlığının genişləndirilməsi baxımından mühüm addımdır. Ümumi kapitalı 500 milyon ABŞ dolları olan şirkət hər iki ölkədə müxtəlif iqtisadi sahələr üzrə perspektivli layihələrin maliyyələşdirilməsinə və həyata keçirilməsinə töhfə verir.
İki ölkə arasında iqtisadi əməkdaşlığın mühüm istiqamətlərindən biri də sənaye kooperasiyasıdır. Azərbaycanda Özbəkistanla birgə həyata keçirilən avtomobil istehsalı layihələri artıq real nəticələr verməkdədir. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, 2026-cı il iyulun 13-nə olan məlumata əsasən, Azərbaycanda 10 720 “Chevrolet” avtomobili və 275 “Isuzu” avtobusu istehsal olunub. Bu layihələr yalnız iqtisadi göstəricilərin yüksəlməsinə deyil, həm də yeni istehsal sahələrinin yaradılmasına, texnologiya və təcrübə mübadiləsinə, məşğulluğun artırılmasına xidmət edir. Özbəkistan investisiyalı 130-dan çox kommersiya təşkilatının Azərbaycanda fəaliyyət göstərməsi də qarşılıqlı iqtisadi etimadın göstəricisidir.
Bu gün Azərbaycan və Özbəkistan münasibətləri ən yüksək – müttəfiqlik səviyyəsindədir. Siyasi dialoqun intensivliyi, qarşılıqlı səfərlərin artması, iqtisadi-ticari əlaqələrin genişlənməsi, investisiya layihələri, nəqliyyat və logistika əməkdaşlığı, yaşıl enerji təşəbbüsləri, mədəni-humanitar əlaqələr və Qarabağın bərpasında Özbəkistanın qardaş dəstəyi bu münasibətlərin real məzmununu müəyyənləşdirir.
Azər Ağayev
YAP Tərtər rayon təşkilatının sədr müavini
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
23 Sentyabr 23:39
Dünya
23 Sentyabr 23:17
Dünya
23 Sentyabr 22:50
Dünya
23 Sentyabr 22:21
Dünya
23 Sentyabr 21:45
Hadisə
23 Sentyabr 21:19
İqtisadiyyat
23 Sentyabr 20:58
Dünya
23 Sentyabr 20:25
İqtisadiyyat
23 Sentyabr 19:42
Dünya
23 Sentyabr 19:17
Sosial
23 Sentyabr 18:31
YAP xəbərləri
23 Sentyabr 18:16
Elanlar
23 Sentyabr 17:13
YAP xəbərləri
23 Sentyabr 16:57
Sosial
23 Sentyabr 16:55
Gündəm
23 Sentyabr 16:52
Sosial
23 Sentyabr 16:41
İqtisadiyyat
23 Sentyabr 16:36
Hadisə
23 Sentyabr 16:35
YAP xəbərləri
23 Sentyabr 16:20
İqtisadiyyat
23 Sentyabr 16:19
Formula 1
23 Sentyabr 15:54
İqtisadiyyat
23 Sentyabr 15:43
Sosial
23 Sentyabr 15:32
Hadisə
23 Sentyabr 15:22
Sosial
23 Sentyabr 15:20
İqtisadiyyat
23 Sentyabr 14:58
İdman
23 Sentyabr 14:33
Dünya
23 Sentyabr 14:10
Dünya
23 Sentyabr 13:56
İdman
23 Sentyabr 13:44
İqtisadiyyat
23 Sentyabr 13:18
Sosial
23 Sentyabr 13:11
Gündəm
23 Sentyabr 13:03
Gündəm
23 Sentyabr 12:40
Formula 1
23 Sentyabr 12:25
Gündəm
23 Sentyabr 12:19
Dünya
23 Sentyabr 12:08
Dünya
23 Sentyabr 12:00
Siyasət
23 Sentyabr 11:45
Elm
23 Sentyabr 11:43
Dünya
23 Sentyabr 11:41
İqtisadiyyat
23 Sentyabr 11:39
Hadisə
23 Sentyabr 11:38
İqtisadiyyat
23 Sentyabr 11:33
İqtisadiyyat
23 Sentyabr 11:32
Siyasət
23 Sentyabr 11:31
Gündəm
23 Sentyabr 11:29
YAP xəbərləri
23 Sentyabr 11:28
İqtisadiyyat
23 Sentyabr 11:26
Gündəm
23 Sentyabr 11:25
Sosial
23 Sentyabr 11:22
Elm
23 Sentyabr 11:22
İqtisadiyyat
23 Sentyabr 11:19
Mədəniyyət
23 Sentyabr 10:56
İqtisadiyyat
23 Sentyabr 10:52
İqtisadiyyat
23 Sentyabr 10:47
İqtisadiyyat
23 Sentyabr 10:45
Gündəm
23 Sentyabr 10:37
Dünya
23 Sentyabr 10:34
İqtisadiyyat
23 Sentyabr 10:28
İqtisadiyyat
23 Sentyabr 10:26
Sosial
23 Sentyabr 10:25
Sosial
23 Sentyabr 10:24
Analitik
23 Sentyabr 09:40
Analitik
23 Sentyabr 09:17
Elm
23 Sentyabr 08:59
Sosial
23 Sentyabr 08:37
Gündəm
23 Sentyabr 08:14
Dünya
22 Sentyabr 23:34

