Azərbaycan və Özbəkistan münasibətləri: qardaşlıqdan müttəfiqliyə doğru
24.08.2026 [14:04]
Mələk Rzayeva
YAP Kəngərli rayon təşkilatının əməkdaşı
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Özbəkistanın Milli
İnformasiya Agentliyinə verdiyi müsahibə iki qardaş ölkə arasında münasibətlərin
bugünkü yüksək səviyyəsini və gələcək inkişaf perspektivlərini bir daha nümayiş
etdirir. Müsahibədə Azərbaycan-Özbəkistan əlaqələrinin möhkəm tarixi və mənəvi
təməlləri, dövlətlərarası münasibətlərin son illərdə sürətli inkişafı, eləcə də iki ölkə
lideri arasında formalaşmış səmimi dostluq və qarşılıqlı etimad xüsusi vurğulanır.
Azərbaycan və Özbəkistanı birləşdirən münasibətlərin kökləri əsrlərin
dərinliklərinə gedib çıxır. Ortaq tarix, mədəniyyət, dil, milli-mənəvi dəyərlər və
adət-ənənələr xalqlarımız arasında möhkəm bağlar yaradıb. Bu bağlar nəsildən-
nəslə ötürülərək qarşılıqlı rəğbət, həmrəylik və qardaşlıq hisslərini daha da
gücləndirib. Məhz bu möhkəm mənəvi bünövrə üzərində Azərbaycan və
Özbəkistan arasında müasir dövlətlərarası münasibətlər formalaşıb.
Prezident İlham Əliyevin qeyd etdiyi kimi, son illərdə iki ölkə arasında əlaqələr
misli görünməmiş inkişaf mərhələsinə qədəm qoyub. Əvvəllər dostluq və
tərəfdaşlıq xarakteri daşıyan münasibətlər bu gün strateji məzmun kəsb edərək
müttəfiqlik səviyyəsinə yüksəlib. Bu, Azərbaycan və Özbəkistanın bir-birinə olan
etimadının, siyasi iradəsinin və qarşılıqlı dəstəyinin mühüm göstəricisidir.
Müttəfiqlik münasibətləri ölkələr arasında siyasi dialoqun daha da
intensivləşməsinə, iqtisadi, humanitar və digər sahələrdə əməkdaşlığın
genişlənməsinə əlverişli imkan yaradır.
Azərbaycan Prezidenti müsahibəsində Özbəkistan Prezidenti Şavkat Mirziyoyevlə
şəxsi münasibətlərinin də ölkələrimiz arasındakı əlaqələrin inkişafında mühüm rol
oynadığını bildirib. Liderlər arasında mövcud olan səmimi dostluq, qarşılıqlı
hörmət və etimad Azərbaycan-Özbəkistan qardaşlığının möhkəmlənməsinə
mühüm töhfə verir. Prezident Mirziyoyevin Azərbaycanla münasibətlərin
inkişafına, iki xalqın birlik və həmrəyliyinin gücləndirilməsinə yönəlmiş fəaliyyəti
ölkəmizdə yüksək qiymətləndirilir.
Bu gün Azərbaycan və Özbəkistan beynəlxalq və regional məsələlərdə də bir-
birinə yaxın mövqelər nümayiş etdirirlər. Qarşılıqlı səfərlər, yüksək səviyyəli
görüşlər və müxtəlif sahələrdə imzalanan sənədlər münasibətlərin daha da
möhkəmləndiyini göstərir. İqtisadi-ticarət əlaqələrinin genişləndirilməsi, nəqliyyat
və logistika imkanlarından birgə istifadə, mədəni-humanitar əməkdaşlığın inkişafı
iki ölkənin qarşılıqlı maraqlarına xidmət edir.
Xüsusilə xalqlarımız arasında humanitar və mədəni əlaqələr Azərbaycan-
Özbəkistan qardaşlığının mühüm istiqamətlərindən biridir. Tarixi və mədəni
irsimizin yaxınlığı qarşılıqlı mədəni layihələrin, təhsil və elm sahəsində
əməkdaşlığın inkişafı üçün geniş imkanlar yaradır. Bu əlaqələr yalnız dövlətlər
arasında deyil, Azərbaycan və Özbəkistan xalqları arasında da dostluq
münasibətlərinin daha da möhkəmlənməsinə xidmət edir.
Prezident İlham Əliyevin müsahibəsində səsləndirilən fikirlər Azərbaycan və
Özbəkistan münasibətlərinin yalnız bu günü deyil, gələcək inkişaf istiqamətlərini
də aydın şəkildə ortaya qoyur. Ortaq tarix və mənəvi dəyərlər üzərində qurulan
qardaşlıq münasibətləri artıq müttəfiqlik səviyyəsinə yüksəlib. Dövlət başçıları
arasında mövcud olan qarşılıqlı etimad və siyasi iradə isə bu münasibətlərin
gələcəkdə daha da dərinləşəcəyinə əminlik yaradır. Azərbaycan və Özbəkistanın
qardaşlığı xalqlarımızın birliyinin, həmrəyliyinin və qarşılıqlı rəğbətinin parlaq
nümunəsidir.
Xəbər lenti
Hamısına baxDünya
22 Sentyabr 23:34
İqtisadiyyat
22 Sentyabr 23:12
Dünya
22 Sentyabr 22:53
Dünya
22 Sentyabr 22:19
Dünya
22 Sentyabr 21:42
Dünya
22 Sentyabr 21:15
Sosial
22 Sentyabr 20:58
Dünya
22 Sentyabr 20:21
İqtisadiyyat
22 Sentyabr 20:18
Elm
22 Sentyabr 20:17
Elm
22 Sentyabr 20:12
Dünya
22 Sentyabr 19:45
YAP xəbərləri
22 Sentyabr 19:37
Dünya
22 Sentyabr 19:17
Dünya
22 Sentyabr 18:35
Analitik
22 Sentyabr 18:19
Dünya
22 Sentyabr 17:26
Dünya
22 Sentyabr 16:40
Sosial
22 Sentyabr 16:12
Formula 1
22 Sentyabr 15:56
Dünya
22 Sentyabr 15:32
İqtisadiyyat
22 Sentyabr 15:21
Elanlar
22 Sentyabr 15:20
Siyasət
22 Sentyabr 15:20
Siyasət
22 Sentyabr 15:20
Siyasət
22 Sentyabr 15:19
İqtisadiyyat
22 Sentyabr 15:19
YAP xəbərləri
22 Sentyabr 15:18
Dünya
22 Sentyabr 14:59
Dünya
22 Sentyabr 14:58
Dünya
22 Sentyabr 14:25
Gündəm
22 Sentyabr 13:59
Dünya
22 Sentyabr 13:46
Dünya
22 Sentyabr 13:19
Xəbər lenti
22 Sentyabr 12:53
Gündəm
22 Sentyabr 12:47
Sosial
22 Sentyabr 12:40
Elm
22 Sentyabr 12:31
Dünya
22 Sentyabr 12:29
Gündəm
22 Sentyabr 12:28
Dünya
22 Sentyabr 12:27
Dünya
22 Sentyabr 12:26
Sosial
22 Sentyabr 12:24
Dünya
22 Sentyabr 12:23
İdman
22 Sentyabr 12:21
İqtisadiyyat
22 Sentyabr 12:17
İdman
22 Sentyabr 11:56
Mədəniyyət
22 Sentyabr 11:53
Elm
22 Sentyabr 11:51
Sosial
22 Sentyabr 11:49
Hadisə
22 Sentyabr 11:42
Daxili siyasət
22 Sentyabr 11:26
Sosial
22 Sentyabr 11:23
Sosial
22 Sentyabr 11:22
İqtisadiyyat
22 Sentyabr 11:22
İdman
22 Sentyabr 11:20
Sosial
22 Sentyabr 11:17
Analitik
22 Sentyabr 10:59
YAP xəbərləri
22 Sentyabr 10:56
YAP xəbərləri
22 Sentyabr 10:51
Elm
22 Sentyabr 10:35
Dünya
22 Sentyabr 10:32
YAP xəbərləri
22 Sentyabr 10:31
İqtisadiyyat
22 Sentyabr 10:23
Dünya
22 Sentyabr 10:15
Dünya
22 Sentyabr 10:13
Sosial
22 Sentyabr 10:11
Xəbər lenti
22 Sentyabr 09:46
İqtisadiyyat
22 Sentyabr 09:40
Siyasət
22 Sentyabr 09:16

