Güclü Azərbaycan, inkişaf edən Naxçıvan
18.08.2026 [14:23]
11 avqust 2026-cı ildə Prezident İlham Əliyev Naxçıvan Muxtar Respublikasına səfəri çərçivəsində Azərbaycan Televiziyasına müsahibə verib. Dövlət başçısının müsahibəsi Naxçıvanın bugünkü inkişafı, qarşıdakı hədəfləri və Azərbaycanın regionda həyata keçirdiyi strateji siyasətin mühüm istiqamətlərinə dair fikirləri ilə diqqət çəkib.
Naxçıvana səfər çərçivəsində dövlət başçısının diqqət yetirdiyi əsas məsələlərdən biri muxtar respublikanın sosial-iqtisadi inkişafının sürətləndirilməsi və insanların rifahının daha da yüksəldilməsi olub. Bu baxımdan sosial evlərin təməlinin qoyulması, DOST Regional Mərkəzinin açılması, yeni infrastruktur layihələrinin həyata keçirilməsi mühüm əhəmiyyət daşıyır.
Müsahibə və səfər çərçivəsində Naxçıvanın gələcək şəhərsalma inkişafı da xüsusi diqqət mərkəzində olub. Dövlət başçısı Naxçıvan şəhərinin 2044-cü ilədək inkişafına dair Baş Planla tanış olub. Bu, qədim şəhərin müasir tələblərə uyğun inkişaf etdirilməsi, rahat və dayanıqlı şəhər mühitinin formalaşdırılması baxımından mühüm strateji addımdır.
Digər mühüm istiqamət nəqliyyat-kommunikasiya imkanlarının genişləndirilməsidir. Naxçıvanın Azərbaycanın əsas hissəsi ilə əlaqələrinin gücləndirilməsi, dəmir yolu və avtomobil infrastrukturlarının inkişafı, regionun beynəlxalq nəqliyyat dəhlizlərində rolunun artırılması Azərbaycanın uzunmüddətli strateji hədəfləri sırasında xüsusi yer tutur.
Naxçıvanın enerji potensialından səmərəli istifadə olunması da gələcək inkişafın əsas istiqamətlərindəndir. “Şəms 1” və “Qərbi Üfüq” Günəş Elektrik stansiyaları ilə bağlı görülən işlər regionda yaşıl enerjiyə keçidin və dayanıqlı enerji siyasətinin mühüm nümunələridir.
Səfər çərçivəsində Naxçıvan Sənaye Parkının təməlinin qoyulması isə sənaye potensialının artırılması, yeni istehsal sahələrinin yaradılması, məşğulluğun genişləndirilməsi və özəl sektorun inkişafı baxımından əhəmiyyətli addımdır.
Eyni zamanda, Naxçıvanın zəngin tarixi-mədəni irsinin qorunması və gələcək nəsillərə çatdırılması istiqamətində görülən işlər də diqqət çəkir.Möminə xatun türbəsində aparılan bərpa işləri və memar Əcəmi Naxçıvaninin abidəsinin açılışı qədim Naxçıvanın Azərbaycan tarixində və mədəniyyətindəki xüsusi yerinin bir daha nümayişidir.
Prezident İlham Əliyevin səfəri bir daha göstərir ki, Naxçıvanın inkişafı dövlət siyasətinin mühüm istiqamətlərindən biridir. Sosial rifahın yüksəldilməsi, müasir infrastrukturun qurulması, sənaye və enerji potensialının artırılması, nəqliyyat imkanlarının genişləndirilməsi və tarixi-mədəni irsin qorunması paralel şəkildə həyata keçirilir.
Naxçıvanın inkişafı Azərbaycanın güclənməsi, regionda yeni imkanların yaranması və gələcəyə hesablanmış strateji hədəflərin reallaşdırılması deməkdir.
Pirverdiyeva Gülüş - YAP Qusar rayon təşkilatının fəalı.
Xəbər lenti
Hamısına baxDünya
22 Sentyabr 19:45
YAP xəbərləri
22 Sentyabr 19:37
Dünya
22 Sentyabr 19:17
Dünya
22 Sentyabr 18:35
Analitik
22 Sentyabr 18:19
Dünya
22 Sentyabr 17:26
Dünya
22 Sentyabr 16:40
Sosial
22 Sentyabr 16:12
Formula 1
22 Sentyabr 15:56
Dünya
22 Sentyabr 15:32
İqtisadiyyat
22 Sentyabr 15:21
Elanlar
22 Sentyabr 15:20
Siyasət
22 Sentyabr 15:20
Siyasət
22 Sentyabr 15:20
Siyasət
22 Sentyabr 15:19
İqtisadiyyat
22 Sentyabr 15:19
YAP xəbərləri
22 Sentyabr 15:18
Dünya
22 Sentyabr 14:59
Dünya
22 Sentyabr 14:58
Dünya
22 Sentyabr 14:25
Gündəm
22 Sentyabr 13:59
Dünya
22 Sentyabr 13:46
Dünya
22 Sentyabr 13:19
Xəbər lenti
22 Sentyabr 12:53
Gündəm
22 Sentyabr 12:47
Sosial
22 Sentyabr 12:40
Elm
22 Sentyabr 12:31
Dünya
22 Sentyabr 12:29
Gündəm
22 Sentyabr 12:28
Dünya
22 Sentyabr 12:27
Dünya
22 Sentyabr 12:26
Sosial
22 Sentyabr 12:24
Dünya
22 Sentyabr 12:23
İdman
22 Sentyabr 12:21
İqtisadiyyat
22 Sentyabr 12:17
İdman
22 Sentyabr 11:56
Mədəniyyət
22 Sentyabr 11:53
Elm
22 Sentyabr 11:51
Sosial
22 Sentyabr 11:49
Hadisə
22 Sentyabr 11:42
Daxili siyasət
22 Sentyabr 11:26
Sosial
22 Sentyabr 11:23
Sosial
22 Sentyabr 11:22
İqtisadiyyat
22 Sentyabr 11:22
İdman
22 Sentyabr 11:20
Sosial
22 Sentyabr 11:17
Analitik
22 Sentyabr 10:59
YAP xəbərləri
22 Sentyabr 10:56
YAP xəbərləri
22 Sentyabr 10:51
Elm
22 Sentyabr 10:35
Dünya
22 Sentyabr 10:32
YAP xəbərləri
22 Sentyabr 10:31
İqtisadiyyat
22 Sentyabr 10:23
Dünya
22 Sentyabr 10:15
Dünya
22 Sentyabr 10:13
Sosial
22 Sentyabr 10:11
Xəbər lenti
22 Sentyabr 09:46
İqtisadiyyat
22 Sentyabr 09:40
Siyasət
22 Sentyabr 09:16
Gündəm
22 Sentyabr 08:54
Gündəm
22 Sentyabr 08:30
Hadisə
22 Sentyabr 07:52
Sosial
22 Sentyabr 07:23
Dünya
21 Sentyabr 23:34
İqtisadiyyat
21 Sentyabr 23:19
Sosial
21 Sentyabr 22:56
Dünya
21 Sentyabr 22:20
Dünya
21 Sentyabr 21:43
Dünya
21 Sentyabr 21:15
Dünya
21 Sentyabr 20:58

