Naxçıvanın nəqliyyat-logistika əhəmiyyəti daha da artır
13.08.2026 [16:24]
Cənab Prezident İlham Əliyevin avqustun 11-də Naxçıvan Muxtar Respublikasına 17-ci səfəri və səfər zamanı Azərbaycan Televiziyasına verdiyi geniş müsahibə regionun gələcək inkişafında yeni və mühüm mərhələnin əsasını qoyan hadisə kimi qiymətləndirilə bilər. Səfərin əhəmiyyəti yalnız yeni infrastruktur obyektlərinin istifadəyə verilməsi ilə məhdudlaşmır. Bu səfər həm də Naxçıvanın Azərbaycanın dövlətçilik tarixində, milli-mədəni irsində xüsusi yerinin və ölkənin təhlükəsizliyi baxımından strateji əhəmiyyətinin dövlət səviyyəsində növbəti dəfə təsdiqlənməsi baxımından mühüm önəm daşıyır. Dövlət başçısının müsahibəsində səsləndirdiyi fikirlər göstərir ki, Naxçıvanın müdafiəsindən enerji təminatına, iqtisadi inkişafından sosial siyasətə qədər bütün sahələrdə ardıcıl və məqsədyönlü tədbirlər həyata keçirilir. Bu isə Naxçıvanın Azərbaycanın ayrılmaz tərkib hissəsi və strateji baxımdan mühüm bölgəsi kimi mövqeyinin daha da möhkəmləndiyini nümayiş etdirir.
Cənab Prezidentin həyata keçirdiyi enerji siyasəti Naxçıvanın davamlı inkişafının və iqtisadi dayanıqlığının əsas istiqamətlərindən birini təşkil edir. Regional təhlükəsizlik risklərinin yüksəldiyi, enerji resurslarının daşınması və təminatı ilə bağlı müxtəlif problemlərin meydana çıxdığı indiki şəraitdə Naxçıvanın enerji ilə etibarlı, dayanıqlı və fasiləsiz təmin edilməsi dövlət siyasətinin prioritet məsələlərindən biridir. Prezident müsahibəsində də bu istiqamətə xüsusi diqqət yetirərək qeyd edib: "Naxçıvan Muxtar Respublikasını dayanıqlı enerji ilə təmin etmək... bizim əsas məqsədlərimizdən biridir". 300 meqavat gücündə yeni istilik elektrik stansiyasının inşasına başlanılması, eləcə də günəş enerjisi üzrə planlaşdırılan yüzlərlə meqavatlıq layihələr Naxçıvanın enerji təhlükəsizliyinin uzunmüddətli perspektivdə təmin olunmasına imkan yaradır. Bu layihələr yalnız bölgənin daxili enerji ehtiyaclarının qarşılanmasına deyil, gələcəkdə Naxçıvanın elektrik enerjisi ixrac edən mərkəzlərdən birinə çevrilməsinə də şərait yaradaraq onun regional iqtisadi əhəmiyyətini artıracaq.
Naxçıvanın Azərbaycanın qədim tarixə və zəngin mədəni irsə malik mühüm bölgələrindən biri olması, xalqımıza böyük şəxsiyyətlər bəxş edən bu diyarın milli kimliyimizin formalaşmasındakı rolu da dövlət başçısının diqqət mərkəzindədir. Ulu Öndər Heydər Əliyevin doğulduğu bu qədim torpaq milli yaddaşımızın, mənəvi dəyərlərimizin və milli ruhumuzun mühüm dayaqlarından biri hesab olunur. Dövlət başçısı milli-mədəni irsin əhəmiyyətini ifadə edərək bildirib: "Bütün bu görülən işlərin təməlində bizim milli kimliyimiz dayanır, milli ruhumuz dayanır, mədəniyyətimiz, dilimiz, ədəbiyyatımız, tariximiz dayanır". Möminə xatun məqbərəsinin bərpası, dahi memar Əcəmi Naxçıvaninin irsinə göstərilən ehtiram və qədim tarixi abidələrin mühafizəsi dövlətin milli-mədəni irsimizə və tarixi keçmişimizə verdiyi yüksək qiymətin aydın göstəriciləridir.
Müsahibədə diqqəti cəlb edən əsas strateji məsələlərdən biri də Zəngəzur dəhlizinin açılması ilə bağlı səsləndirilən fikirlərdir. Prezident bu məsələnin Azərbaycanın uzun illərdir qarşıya qoyduğu və öz aktuallığını qoruyan əsas strateji məqsədlərdən biri olduğunu bir daha bəyan edib. Müharibədən sonrakı dövrdə bu istiqamətdə gözlənilən praktiki nəticələrin əldə olunmamasından yaranan narahatlığı ifadə edən dövlət başçısı qətiyyətlə vurğulayıb: "Azərbaycanın əsas hissəsini onun ayrılmaz hissəsi olan Naxçıvanla birləşdirmək bizim çoxdankı arzumuz olub. Biz bu hədəfə doğru inamla və çox böyük məharətlə addımlayırdıq". Bu yanaşma Azərbaycanın Naxçıvanla ölkənin əsas hissəsi arasında nəqliyyat və kommunikasiya əlaqələrinin bərpasına, tarixi və regional reallıqların təmin olunmasına yönəlmiş prinsipial mövqeyini əks etdirir.
Bununla yanaşı, cənab Prezidentin Naxçıvanın hərbi imkanlarının artırılması, Əlahiddə Ordunun müasir standartlara uyğun şəkildə yenilənməsi və komando birliklərinin yaradılması ilə bağlı qeyd etdiyi məqamlar bölgənin təhlükəsizliyinin etibarlı təminat altında olduğunu göstərir. Sosial istiqamətdə isə DOST və "ASAN xidmət" mərkəzlərinin fəaliyyətə başlaması, kənd təsərrüfatının inkişafına hesablanmış Dövlət Proqramlarının həyata keçirilməsi əhalinin rifahının yüksəldilməsinə və Naxçıvanın aqrar potensialından daha səmərəli istifadə edilməsinə xidmət edir.
Nəticə etibarilə, Naxçıvanda həyata keçirilən genişmiqyaslı layihələr yalnız regionun sosial-iqtisadi tərəqqisinə deyil, Azərbaycanın öz ərazi bütövlüyünə, milli-mədəni irsinə və tarixi dəyərlərinə sahib çıxmaq iradəsinin nümayişinə də xidmət edir. Cənab Prezidentin müsahibəsində səsləndirdiyi fikirlər bir daha göstərir ki, Naxçıvanın inkişafı artıq konkret nəticələrə əsaslanan reallıqdır və bu proses qarşıdakı illərdə də davamlı xarakter daşıyacaq. Həyata keçirilən tədbirlər bölgənin iqtisadi, hərbi və mənəvi potensialını daha da gücləndirəcək. Dövlət başçısının həyata keçirdiyi məqsədyönlü siyasət Naxçıvanın gələcək inkişafının möhkəm əsaslar üzərində qurulduğunu və Zəngəzur dəhlizi də daxil olmaqla qarşıya qoyulan mühüm strateji hədəflərin reallaşdırılması istiqamətində Azərbaycanın qətiyyətli mövqeyini qoruyacağını göstərir.
Anar Abbasov,
YAP Nərimanov rayon təşkilatının sədr müavini
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
28 Sentyabr 23:35
Dünya
28 Sentyabr 23:12
Elm
28 Sentyabr 22:40
Dünya
28 Sentyabr 22:18
Dünya
28 Sentyabr 21:56
Dünya
28 Sentyabr 21:29
Dünya
28 Sentyabr 20:45
Dünya
28 Sentyabr 20:32
Dünya
28 Sentyabr 20:17
Dünya
28 Sentyabr 19:50
Dünya
28 Sentyabr 19:24
Dünya
28 Sentyabr 19:09
Sosial
28 Sentyabr 18:37
Sosial
28 Sentyabr 18:35
Sosial
28 Sentyabr 18:34
Dünya
28 Sentyabr 18:16
İdman
28 Sentyabr 18:11
Siyasət
28 Sentyabr 17:39
Dünya
28 Sentyabr 17:31
Dünya
28 Sentyabr 17:22
YAP xəbərləri
28 Sentyabr 16:40
Dünya
28 Sentyabr 16:31
YAP xəbərləri
28 Sentyabr 16:23
Xəbər lenti
28 Sentyabr 16:12
Elanlar
28 Sentyabr 15:59
Sosial
28 Sentyabr 15:30
Dünya
28 Sentyabr 15:19
Elanlar
28 Sentyabr 15:16
Sosial
28 Sentyabr 14:31
Dünya
28 Sentyabr 14:25
Din
28 Sentyabr 14:03
İdman
28 Sentyabr 13:55
Sosial
28 Sentyabr 13:41
Dünya
28 Sentyabr 13:30
Sosial
28 Sentyabr 13:06
Sosial
28 Sentyabr 12:48
Siyasət
28 Sentyabr 12:44
Sosial
28 Sentyabr 12:34
Sosial
28 Sentyabr 12:33
Dünya
28 Sentyabr 12:14
YAP xəbərləri
28 Sentyabr 12:13
Hadisə
28 Sentyabr 12:12
Sosial
28 Sentyabr 12:12
İqtisadiyyat
28 Sentyabr 11:58
Dünya
28 Sentyabr 11:26
Xəbər lenti
28 Sentyabr 11:18
YAP xəbərləri
28 Sentyabr 11:17
Mədəniyyət
28 Sentyabr 11:05
Gündəm
28 Sentyabr 11:04
Sosial
28 Sentyabr 10:40
Sosial
28 Sentyabr 10:39
Dünya
28 Sentyabr 10:39
YAP xəbərləri
28 Sentyabr 10:17
YAP xəbərləri
28 Sentyabr 10:05
YAP xəbərləri
28 Sentyabr 10:02
YAP xəbərləri
28 Sentyabr 10:00
YAP xəbərləri
28 Sentyabr 09:55
Dünya
28 Sentyabr 09:45
Hadisə
28 Sentyabr 09:17
Dünya
28 Sentyabr 08:50
Dünya
28 Sentyabr 08:23
Siyasət
28 Sentyabr 07:24
Xəbər lenti
27 Sentyabr 23:33
Hərbi
27 Sentyabr 23:11
Siyasət
27 Sentyabr 22:25
İdman
27 Sentyabr 21:39
Dünya
27 Sentyabr 20:18
Siyasət
27 Sentyabr 20:00
Dünya
27 Sentyabr 19:21
Dünya
27 Sentyabr 18:35

