Göygöl rayonunda tədbir keçirilib
12.08.2026 [15:39]
Avqustun 11-də Yeni Azərbaycan Partiyası Göygöl rayon təşkilatının 3 № - li Magistral Yolların İstismarı MMC ərazi partiya təşkilatında “Tarixi Vaşinqton görüşü: Azərbaycanın sülh siyasəti Cənubi Qafqazda yeni reallıq formalaşdırır” mövzusunda tədbir keçirilib.
Tədbirin əvvəlində Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü, suverenliyi uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Giriş nitqi ilə çıxış edən Yeni Azərbaycan Partiyası Göygöl rayon təşkilatı sədrinin müavini Zamir Hüseynov bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyev, ABŞ Prezidenti Donald Tramp və Ermənistanın Baş naziri Nikol Paşinyanın iştirakı ilə keçirilmiş tarixi Vaşinqton görüşündən bir il ötür. Vaşinqtonda əldə edilmiş nəticələr Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması və Cənubi Qafqazda dayanıqlı sülhün formalaşdırılması baxımından mühüm siyasi mərhələ olmaqla, regionda yaranmış yeni reallıqların beynəlxalq səviyyədə qəbul edilməsinin göstəricisidir.
3 № - li Magistral Yolların İstismarı MMC ərazi partiya təşkilatının fəal üzvü İbrahim Heydərli çıxışında qeyd edib ki, Vaşinqton görüşünün siyasi əhəmiyyətini qiymətləndirərkən, ilk növbədə, həmin prosesə gətirib çıxaran tarixi və siyasi şəraiti nəzərə almaq lazımdır. Yeni mərhələnin əsasını Azərbaycanın öz ərazi bütövlüyünü və suverenliyini tam bərpa etməsi təşkil edir. 2020-ci ilin Vətən müharibəsi və 2023-cü ilin antiterror tədbirlərindən sonra Azərbaycan bütün ərazisində suverenliyini təmin etməklə regionda uzun illər mövcud olmuş status-kvonu kökündən dəyişdi. Bu, ilk növbədə, tarixi ədalətin və beynəlxalq hüququn bərpası demək idi. Azərbaycan öz gücü və siyasi iradəsi hesabına BMT Təhlükəsizlik Şurasının uzun illər icra olunmamış qətnamələrinin tələblərini yerinə yetirdi və bununla Cənubi Qafqazda tamamilə fərqli siyasi reallıq formalaşdırdı.
Ərazi partiya təşkilatının üzvü Aysima Hüseynova çıxış edərək bildirib ki, Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin strateji mahiyyəti həm də ondan ibarətdir ki, Azərbaycan qazandığı hərbi-siyasi Qələbəni yeni qarşıdurmanın başlanğıc nöqtəsinə deyil, uzunmüddətli sülhün təməlinə çevirdi. Müharibədən sonra Ermənistanla münasibətlərin normallaşdırılması təşəbbüsü məhz Azərbaycan tərəfindən irəli sürüldü. 2022-ci ildə Bakı gələcək sülh sazişinin əsasını təşkil etməli olan beş baza prinsipini təqdim etdi. Ötən müddət Azərbaycanın irəli sürdüyü prinsiplərin faktiki olaraq sülh prosesinin siyasi çərçivəsinə çevrildiyini göstərdi. Vaşinqtonda “Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında sülhün və dövlətlərarası münasibətlərin təsis olunması haqqında Saziş” layihəsinin paraflanması isə bu istiqamətdə ən mühüm nəticələrdən biri oldu.
Tədbirdə çıxış edən YAP üzvü Şəhla İsmayılova vurğulayıb ki, bu gün Cənubi Qafqazda formalaşan yeni siyasi reallığın əsas müəllifi məhz ölkəmizdir. Prezident İlham Əliyevin qazanılmış Qələbənin davamlı regional sülh və əməkdaşlıq modelinə çevrilməsi üçün irəli sürdüyü təşəbbüs regionun gələcək siyasi arxitekturasını da dəyişir. Formalaşan yeni modelin əsasını isə dövlətlərin suverenliyinə hörmət, birbaşa dialoq, iqtisadi qarşılıqlı maraqlar, nəqliyyat bağlantıları və regional əməkdaşlıq təşkil edir
Yığıncaqda digər çıxış edən partiya fəalları bildiriblər ki, Vaşinqton görüşündən ötən bir ilin nəticələri əsas tendensiyanın artıq formalaşdığını göstərir. Cənubi Qafqaz tədricən keçmiş münaqişənin məntiqindən uzaqlaşaraq yeni siyasi və geoiqtisadi reallığa uyğunlaşır. Ölkəmiz isə bu transformasiyanın əsas təşəbbüskarlarından və aparıcı qüvvələrindən biri olaraq çıxış edir. Bu baxımdan Vaşinqton Sammitindən ötən bir ili Azərbaycanın yaratdığı yeni reallığın sülh, əməkdaşlıq və inkişaf modelinə çevrilməsi istiqamətində mühüm mərhələ kimi qiymətləndirmək olar.
Sonra təşkilatı məsələyə baxılıb. Heydərli İbrahim Əfqan oğlu yekdil səslə 3 № - li Magistral Yolların İstismarı MMC ərazi partiya təşkilatının sədr müavini seçilib. Tədbir iştirakçıları yeni seçilən sədr müavininə fəaliyyətində uğurlar arzulayıb, təşkilatın fəaliyyətinin daha da gücləndirilməsi istiqamətində fəal və məsuliyyətli iş aparacaqlarına əmin olduqlarını bildiriblər.
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
23 Sentyabr 23:39
Dünya
23 Sentyabr 23:17
Dünya
23 Sentyabr 22:50
Dünya
23 Sentyabr 22:21
Dünya
23 Sentyabr 21:45
Hadisə
23 Sentyabr 21:19
İqtisadiyyat
23 Sentyabr 20:58
Dünya
23 Sentyabr 20:25
İqtisadiyyat
23 Sentyabr 19:42
Dünya
23 Sentyabr 19:17
Sosial
23 Sentyabr 18:31
YAP xəbərləri
23 Sentyabr 18:16
Elanlar
23 Sentyabr 17:13
YAP xəbərləri
23 Sentyabr 16:57
Sosial
23 Sentyabr 16:55
Gündəm
23 Sentyabr 16:52
Sosial
23 Sentyabr 16:41
İqtisadiyyat
23 Sentyabr 16:36
Hadisə
23 Sentyabr 16:35
YAP xəbərləri
23 Sentyabr 16:20
İqtisadiyyat
23 Sentyabr 16:19
Formula 1
23 Sentyabr 15:54
İqtisadiyyat
23 Sentyabr 15:43
Sosial
23 Sentyabr 15:32
Hadisə
23 Sentyabr 15:22
Sosial
23 Sentyabr 15:20
İqtisadiyyat
23 Sentyabr 14:58
İdman
23 Sentyabr 14:33
Dünya
23 Sentyabr 14:10
Dünya
23 Sentyabr 13:56
İdman
23 Sentyabr 13:44
İqtisadiyyat
23 Sentyabr 13:18
Sosial
23 Sentyabr 13:11
Gündəm
23 Sentyabr 13:03
Gündəm
23 Sentyabr 12:40
Formula 1
23 Sentyabr 12:25
Gündəm
23 Sentyabr 12:19
Dünya
23 Sentyabr 12:08
Dünya
23 Sentyabr 12:00
Siyasət
23 Sentyabr 11:45
Elm
23 Sentyabr 11:43
Dünya
23 Sentyabr 11:41
İqtisadiyyat
23 Sentyabr 11:39
Hadisə
23 Sentyabr 11:38
İqtisadiyyat
23 Sentyabr 11:33
İqtisadiyyat
23 Sentyabr 11:32
Siyasət
23 Sentyabr 11:31
Gündəm
23 Sentyabr 11:29
YAP xəbərləri
23 Sentyabr 11:28
İqtisadiyyat
23 Sentyabr 11:26
Gündəm
23 Sentyabr 11:25
Sosial
23 Sentyabr 11:22
Elm
23 Sentyabr 11:22
İqtisadiyyat
23 Sentyabr 11:19
Mədəniyyət
23 Sentyabr 10:56
İqtisadiyyat
23 Sentyabr 10:52
İqtisadiyyat
23 Sentyabr 10:47
İqtisadiyyat
23 Sentyabr 10:45
Gündəm
23 Sentyabr 10:37
Dünya
23 Sentyabr 10:34
İqtisadiyyat
23 Sentyabr 10:28
İqtisadiyyat
23 Sentyabr 10:26
Sosial
23 Sentyabr 10:25
Sosial
23 Sentyabr 10:24
Analitik
23 Sentyabr 09:40
Analitik
23 Sentyabr 09:17
Elm
23 Sentyabr 08:59
Sosial
23 Sentyabr 08:37
Gündəm
23 Sentyabr 08:14
Dünya
22 Sentyabr 23:34

