Xocalı faciəsi insanlıq tarixinə ən dəhşətli soyqırımlardan biri kimi daxil olub
21.02.2014 [09:16]
YAP Qaradağ rayon təşkilatının Gənclər Birliyi “Xocalıya ədalət!” kampaniyasına dəstək məqsədilə tədbir keçirib
Yeni Azərbaycan Partiyası (YAP) Qaradağ rayon təşkilatının Gənclər Birliyi Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə başlanan “Xocalıya ədalət!” kampaniyasına dəstək məqsədilə tədbir keçirib. Qaradağ rayonu ərazisində yaşayan Xocalıdan olan məcburi köçkünlərin də iştirak etdikləri tədbirdə giriş sözü ilə çıxış edən YAP Qaradağ rayon təşkilatının sədri, partiyanın Siyasi Şurasının üzvü Aydın Hüseynov deyib ki, bəşər sivilizasiyasında insanların kütləvi qətliamı ilə tarixə yazılan soyqırımlar çox olub. Xatın, Xirosima, Naqasaki, Uqanda və s. Amma onların içərisində Xocalı soyqırımı xarakter etibarı və qəddarlığı ilə fərqlənir.
Onun sözlərinə görə, ilk dəfə Azərbaycanın Ümummilli lideri Heydər Əliyev Xocalı soyqırımına hüquqi-siyasi qiymət verib: “Bu amansız və qəddar soyqırımı aktı insanlıq tarixinə ən dəhşətli kütləvi terror aktlarından biri kimi daxil olub. Cinayət cəzasız qalmamalıdır. Ermənistanın hərbi-siyasi təcavüzü dünya ictimaiyyəti tərəfindən qınanmalıdır. Bu gün dünyanın bir sıra beynəlxalq təşkilatlarında Xocalı soyqırımı daim gündəmə gəlir, insanlığa qarşı edilən bu soyqırımı pislənir”.
Aydın Hüseynov deyib ki, Azərbaycan gücləndikcə, onun beynəlxalq mövqeləri möhkəmləndikcə ölkə həqiqətlərinin beynəlxalq ictimaiyyətə çatdırılması istiqamətində də daha effektiv tədbirlər həyata keçirilir. O, Xocalı soyqırımının dünyaya çatdırılmasında Heydər Əliyev Fondunun gördüyü işləri xüsusi qeyd edərək vurğulayıb ki, fondun vitse-prezidenti Leyla Əliyevanın başlatdığı “Xocalıya ədalət!” kampaniyası bu mənada böyük əhəmiyyətə malikdir: “Elə, məhz bu fəaliyyətlərin nəticəsidir ki, artıq bir çox ölkələr Xocalı soyqırımını tanıyıblar. Bütün dövlətlər o cümlədən beynəlxalq təşkilatların hər biri, Ermənistanın Azərbaycan torpaqlarında törətdiyi hərbi cinayətə - Xocalı soyqırımına beynəlxalq siyasi-hüquqi qiymət verməlidirlər”, - deyə YAP Siyasi Şurasının üzvü A.Hüseynov əlavə edib.
Daha sonra çıxış edən Qaradağ rayon İcra Hakimiyyəti başçısının müavini, YAP Qaradağ rayon təşkilatı Qadınlar Şurasının sədri Təranə İsmayılova, Ə.C.Əmirov adına NQÇİ-nin rəisi Ramin Quliyev, YAP Qaradağ rayon təşkilatı İdarə Heyətinin üzvü Zaməddin Həmişəyev, rayon təşkilatı Gənclər Birliyinin üzvü Aysel Qəribova, Xocalıdan olan məcburi köçkün Rasim Əliyev və digərləri XX əsrin ən dəhşətli faciəsi və onun başvermə səbəbləri, Xocalının işğalı zamanı dinc əhaliyə qarşı törədilmiş genişmiqyaslı qanlı hərbi cinayət barədə ətraflı məlumat veriblər.
Çıxışlarda Xocalıda törədilənlər bəşəriyyətə qarşı ən amansız cinayət adlandırılıb. Vurğulanıb ki, dünya ictimaiyyəti Xocalıda törədilmiş terrora biganə qalmamalı, bu soyqırımında günahkar olanlar beynəlxalq aləmin qınaq obyektinə çevrilərək cəzalandırılmalıdır.
Xəbər lenti
Hamısına baxHadisə
03 Oktyabr 21:18
Sosial
03 Oktyabr 20:31
Dünya
03 Oktyabr 19:17
Dünya
03 Oktyabr 18:23
Dünya
03 Oktyabr 17:40
Siyasət
03 Oktyabr 16:56
Dünya
03 Oktyabr 16:26
Dünya
03 Oktyabr 15:32
Hadisə
03 Oktyabr 14:58
Dünya
03 Oktyabr 14:19
Dünya
03 Oktyabr 13:25
Siyasət
03 Oktyabr 13:05
Sosial
03 Oktyabr 13:02
Siyasət
03 Oktyabr 12:18
Siyasət
03 Oktyabr 11:37
Siyasət
03 Oktyabr 11:25
Gündəm
03 Oktyabr 11:03
Siyasət
03 Oktyabr 10:54
Gündəm
03 Oktyabr 10:39
Gündəm
03 Oktyabr 09:22
Siyasət
03 Oktyabr 08:57
İdman
02 Oktyabr 23:56
İdman
02 Oktyabr 23:05
Elm
02 Oktyabr 22:39
İqtisadiyyat
02 Oktyabr 22:22
Sosial
02 Oktyabr 22:04
İqtisadiyyat
02 Oktyabr 21:43
Elm
02 Oktyabr 21:29
İqtisadiyyat
02 Oktyabr 21:27
Elm
02 Oktyabr 20:52
Sosial
02 Oktyabr 20:31
Siyasət
02 Oktyabr 20:19
Siyasət
02 Oktyabr 20:17
Elm
02 Oktyabr 19:06
Elm
02 Oktyabr 18:45
Dünya
02 Oktyabr 18:34
Mədəniyyət
02 Oktyabr 18:17
Siyasət
02 Oktyabr 18:13
Siyasət
02 Oktyabr 18:11
Siyasət
02 Oktyabr 18:04
Siyasət
02 Oktyabr 18:04
Siyasət
02 Oktyabr 18:03
Siyasət
02 Oktyabr 18:01
Siyasət
02 Oktyabr 18:01
Siyasət
02 Oktyabr 18:00
Sosial
02 Oktyabr 17:56
Dünya
02 Oktyabr 17:51
Sosial
02 Oktyabr 17:44
Sosial
02 Oktyabr 17:21
Gündəm
02 Oktyabr 16:14
Dünya
02 Oktyabr 16:12
Siyasət
02 Oktyabr 15:50
Sosial
02 Oktyabr 14:53
Siyasət
02 Oktyabr 14:32
Sosial
02 Oktyabr 14:32
Siyasət
02 Oktyabr 14:26
Mədəniyyət
02 Oktyabr 14:10
Siyasət
02 Oktyabr 13:49
İqtisadiyyat
02 Oktyabr 13:48
İqtisadiyyat
02 Oktyabr 13:27
Dünya
02 Oktyabr 12:53
Gündəm
02 Oktyabr 12:38
Dünya
02 Oktyabr 12:21
Sosial
02 Oktyabr 11:50
Sosial
02 Oktyabr 11:49
Siyasət
02 Oktyabr 11:45
Gündəm
02 Oktyabr 11:43
Siyasət
02 Oktyabr 11:42
Sosial
02 Oktyabr 11:36
Siyasət
02 Oktyabr 11:34

