Azərbaycan–Almaniya münasibətlərində yeni strateji mərhələ
24.07.2026 [14:33]
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Almaniyaya rəsmi səfəri iki ölkə arasında münasibətlərin keyfiyyətcə yeni mərhələyə yüksəldiyini nümayiş etdirdi. Səfər çərçivəsində keçirilən görüşlər və aparılan müzakirələr siyasi dialoqun daha da intensivləşdirilməsi, iqtisadi əməkdaşlığın genişləndirilməsi, enerji, nəqliyyat, investisiya, rəqəmsal inkişaf və regional təhlükəsizlik istiqamətlərində qarşılıqlı fəaliyyətin möhkəmləndirilməsi üçün mühüm zəmin formalaşdırdı.
Azərbaycan son illərdə Avropanın enerji təhlükəsizliyinə, alternativ nəqliyyat marşrutlarının inkişafına və regional sabitliyin təmin olunmasına verdiyi töhfələrlə etibarlı tərəfdaş statusunu daha da gücləndirib. Almaniyanın ölkəmizlə əməkdaşlığı dərinləşdirməkdə maraqlı olması da məhz Azərbaycanın beynəlxalq nüfuzunun, etibarlılığının və geostrateji əhəmiyyətinin artmasının məntiqi nəticəsidir. Bu əməkdaşlıq təkcə iki dövlət arasında münasibətlərin inkişafına deyil, həm də Azərbaycan ilə Avropa arasında siyasi və iqtisadi inteqrasiyanın yeni mərhələyə keçməsinə xidmət edir.
Müasir dövrdə enerji əməkdaşlığı ənənəvi istiqamətlərlə məhdudlaşmır. Yaşıl enerji istehsalı, bərpaolunan enerji mənbələrinin inkişafı, hidrogen texnologiyaları, enerji səmərəliliyinin artırılması və iqlim dəyişikliklərinə qarşı birgə fəaliyyət Azərbaycan ilə Almaniya arasında əməkdaşlığın prioritet sahələri sırasında yer alır. Azərbaycanın bu istiqamətdə həyata keçirdiyi layihələr Almaniyanın enerji keçidi siyasəti ilə uzlaşır və ölkəmizin Avropanın gələcək enerji sistemində mühüm tərəfdaş kimi mövqeyini möhkəmləndirir.
İqtisadi əlaqələrin inkişafı da yeni məzmun qazanır. Almaniyanın sənaye, yüksək texnologiyalar, innovasiya və rəqəmsallaşma sahəsində topladığı zəngin təcrübə Azərbaycanın iqtisadiyyatın şaxələndirilməsi və rəqabət qabiliyyətinin artırılması siyasəti ilə üst-üstə düşür. Qarşılıqlı investisiyaların təşviqi, sənaye əməkdaşlığı, innovativ layihələrin həyata keçirilməsi və biznes dairələri arasında əlaqələrin genişləndirilməsi gələcək əməkdaşlığın əsas istiqamətlərindən biri kimi qiymətləndirilir.
Səfərin ən mühüm nəticələrindən biri Prezident İlham Əliyev və Almaniya Federativ Respublikasının Federal Kansleri Fridrix Merts tərəfindən imzalanmış "Azərbaycan Respublikası ilə Almaniya Federativ Respublikası arasında ikitərəfli tərəfdaşlıq üçün strateji gündəliyə dair Birgə Bəyannamə" oldu. Bu sənəd iki ölkə münasibətlərinin gələcək inkişaf istiqamətlərini müəyyən edən mühüm siyasi sənəd olmaqla yanaşı, əməkdaşlığın institusional əsaslarını da daha da möhkəmləndirir.
Birgə Bəyannamədə təhlükəsizlik məsələlərinin ayrıca əməkdaşlıq istiqaməti kimi müəyyənləşdirilməsi xüsusi diqqət çəkir. Müdafiə sənayesi, hərbi təhsil, kibertəhlükəsizlik, humanitar minatəmizləmə, transmilli cinayətkarlıqla mübarizə və ekspert mübadiləsi kimi sahələrdə əməkdaşlığın nəzərdə tutulması münasibətlərin yalnız iqtisadi deyil, həm də təhlükəsizlik baxımından strateji xarakter aldığını göstərir. Eyni zamanda Almaniyanın Cənubi Qafqazda davamlı sülhün bərqərar olunmasına və Azərbaycan-Ermənistan normallaşma prosesinə verdiyi dəstək regional sabitlik baxımından mühüm əhəmiyyət daşıyır.
Prezident İlham Əliyev Federal Kansler Fridrix Merts ilə birgə mətbuat konfransında çıxışı zamanı imzalanmış sənədlərin münasibətlərin gələcək inkişafında yeni mərhələ açacağını vurğulayaraq bildirdi ki, Azərbaycan ilə Almaniya arasında strateji dialoq artıq reallığa çevrilib. Dövlət başçısı qeyd etdi ki, ikitərəfli gündəlik kifayət qədər genişdir və siyasi, iqtisadi, enerji, nəqliyyat, investisiya, humanitar və digər istiqamətlər üzrə əməkdaşlığın inkişafı üçün böyük potensial mövcuddur.
Müasir beynəlxalq münasibətlər sistemində Almaniya Avropa İttifaqının aparıcı siyasi və iqtisadi gücü kimi mühüm rol oynayır. Azərbaycan isə etibarlı tərəfdaş, mühüm enerji təchizatçısı və regionun əsas nəqliyyat-logistika mərkəzlərindən biri kimi Avropa üçün strateji əhəmiyyət daşıyır. Bu baxımdan iki ölkə arasında formalaşan yeni əməkdaşlıq modeli yalnız ikitərəfli münasibətlərin inkişafına deyil, bütövlükdə Avropa ilə Cənubi Qafqaz arasında qarşılıqlı etimadın, iqtisadi əməkdaşlığın və uzunmüddətli sülhün möhkəmlənməsinə də mühüm töhfə verəcək.
Elvin Əliyev
YAP Babək rayon təşkilatı sədrinin müavini
Xəbər lenti
Hamısına baxMədəniyyət
10 Avqust 14:26
Sosial
10 Avqust 14:19
İqtisadiyyat
10 Avqust 14:13
Elm
10 Avqust 13:59
Siyasət
10 Avqust 13:52
Siyasət
10 Avqust 13:51
Siyasət
10 Avqust 13:50
Siyasət
10 Avqust 13:49
Sosial
10 Avqust 13:34
İdman
10 Avqust 13:22
Mədəniyyət
10 Avqust 13:07
İqtisadiyyat
10 Avqust 12:45
Sosial
10 Avqust 12:44
Sosial
10 Avqust 12:08
İqtisadiyyat
10 Avqust 12:06
Elm
10 Avqust 11:53
Sosial
10 Avqust 11:50
İdman
10 Avqust 11:50
Dünya
10 Avqust 11:30
Dünya
10 Avqust 10:53
Dünya
10 Avqust 10:20
Dünya
10 Avqust 09:50
Dünya
10 Avqust 09:30
Dünya
10 Avqust 08:55
Sosial
10 Avqust 08:30
Dünya
10 Avqust 08:15
Dünya
09 Avqust 23:19
Maraqlı
09 Avqust 22:26
Dünya
09 Avqust 21:35
Maraqlı
09 Avqust 20:17
Dünya
09 Avqust 19:24
Dünya
09 Avqust 18:49
Dünya
09 Avqust 18:31
Dünya
09 Avqust 17:43
Dünya
09 Avqust 17:10
Dünya
09 Avqust 16:34
Dünya
09 Avqust 16:18
Siyasət
09 Avqust 16:00
İdman
09 Avqust 15:56
İqtisadiyyat
09 Avqust 15:23
Maraqlı
09 Avqust 14:50
İdman
09 Avqust 14:35
Dünya
09 Avqust 13:42
Maraqlı
09 Avqust 13:16
Yeni texnologiyalar
09 Avqust 12:34
Dünya
09 Avqust 12:19
Hadisə
09 Avqust 11:52
Dünya
09 Avqust 11:30
Hadisə
09 Avqust 10:45
İdman
09 Avqust 10:17
Hadisə
09 Avqust 09:59
Dünya
09 Avqust 09:25
Dünya
09 Avqust 08:50
Siyasət
09 Avqust 08:33
Dünya
09 Avqust 08:03
Siyasət
09 Avqust 00:20
Dünya
08 Avqust 23:39
Siyasət
08 Avqust 22:17
Hadisə
08 Avqust 21:24
Gündəm
08 Avqust 21:23
Gündəm
08 Avqust 20:08
Gündəm
08 Avqust 19:41
Sosial
08 Avqust 17:21
Sosial
08 Avqust 16:39
Analitik
08 Avqust 15:22
Siyasət
08 Avqust 15:08
Dünya
08 Avqust 13:24
Gündəm
08 Avqust 12:35
Dünya
08 Avqust 12:17
Elm
08 Avqust 12:06

