Azərbaycan–Almaniya əməkdaşlığı: iqtisadi tərəfdaşlıqdan enerji təhlükəsizliyinə doğru
23.07.2026 [16:39]
Azərbaycan ilə Almaniya arasında münasibətlər son illərdə dinamik inkişaf edərək iqtisadi, enerji, investisiya və sənaye sahələrində yeni mərhələyə qədəm qoymuşdur. Qarşılıqlı etimada əsaslanan əməkdaşlıq hər iki ölkənin maraqlarına xidmət edir və Avropa ilə Azərbaycan arasında strateji tərəfdaşlığın möhkəmlənməsinə mühüm töhfə verir.
Hazırda Almaniya şirkətlərinin Azərbaycanda uğurlu fəaliyyəti bu əməkdaşlığın ən bariz göstəricilərindən biridir. Ölkəmizdə müxtəlif sahələrdə fəaliyyət göstərən 200-dən çox Almaniya şirkəti sənaye, tikinti, logistika, kənd təsərrüfatı, enerji, informasiya texnologiyaları və xidmət sektorlarında mühüm layihələr həyata keçirir. Bu şirkətlər yalnız iqtisadi əlaqələrin genişlənməsinə deyil, həm də müasir texnologiyaların tətbiqinə, yeni iş yerlərinin yaradılmasına və yerli kadrların peşəkar inkişafına mühüm töhfə verirlər.
Son dövrlərdə keçirilən yüksək səviyyəli görüşlər zamanı qarşılıqlı sərmayələrin artırılması və Alman şirkətlərinin Azərbaycanda daha geniş fəaliyyət göstərməsi üçün konkret təkliflərin irəli sürülməsi əməkdaşlığın gələcək perspektivlərinin olduqca geniş olduğunu göstərir. Azərbaycanın əlverişli investisiya mühiti, siyasi sabitliyi, müasir infrastruktur layihələri və əlverişli coğrafi mövqeyi Alman investorları üçün cəlbedici imkanlar yaradır.
Enerji sahəsində əməkdaşlıq isə Azərbaycan–Almaniya münasibətlərinin strateji istiqamətlərindən biridir. Bu ildən etibarən Azərbaycanın təbii qazının Almaniyaya ixracına başlanılması mühüm hadisə kimi qiymətləndirilir. Bununla da Azərbaycan qazı artıq Avropa İttifaqına üzv 10 ölkəyə çatdırılır. Bu fakt ölkəmizin Avropanın enerji təhlükəsizliyində oynadığı mühüm rolu bir daha təsdiq edir. Azərbaycan uzun illərdir etibarlı enerji tərəfdaşı kimi öhdəliklərini vaxtında və tam şəkildə yerinə yetirərək beynəlxalq etimad qazanmışdır.
Təbii qazla yanaşı, Azərbaycan Almaniyanı neftlə də təmin edir. Gələcəkdə isə yaşıl enerji sahəsində əməkdaşlığın daha da genişlənməsi gözlənilir. Ölkəmiz günəş, külək və digər bərpa olunan enerji mənbələrinin inkişafına böyük sərmayələr yatırır. Qarabağ və Şərqi Zəngəzur bölgələrinin "yaşıl enerji zonası" elan edilməsi bu istiqamətdə atılan mühüm addımlardandır. Gələcəkdə Azərbaycanın istehsal edəcəyi yaşıl enerjinin Avropa bazarına, o cümlədən Almaniyaya ixracı həm enerji təhlükəsizliyinin möhkəmlənməsinə, həm də iqlim məqsədlərinə nail olunmasına xidmət edəcək.
Azərbaycan ilə Almaniya arasında iqtisadi və enerji əlaqələrinin genişlənməsi təkcə iki ölkə üçün deyil, bütövlükdə Avropa regionu üçün də mühüm əhəmiyyət daşıyır. Qarşılıqlı hörmət, etibarlı tərəfdaşlıq və ortaq maraqlar üzərində qurulan bu münasibətlər gələcək illərdə daha da inkişaf edərək yeni layihələrin reallaşmasına, investisiyaların artmasına və dayanıqlı iqtisadi əməkdaşlığın güclənməsinə zəmin yaradacaq.
Azərbaycan–Almaniya əməkdaşlığı strateji tərəfdaşlığın uğurlu nümunəsidir. Enerji, investisiya, sənaye və yaşıl iqtisadiyyat sahələrində genişlənən əlaqələr ölkələr arasında münasibətləri daha da möhkəmləndirir və Azərbaycanın Avropanın etibarlı tərəfdaşı kimi beynəlxalq mövqeyini gücləndirir.
Sona Əsədova
Naxçıvan Dövlət Peşə Təhsil Mərkəzinin əməkdaşı,
YAP Naxçıvan şəhər təşkilatının fəalı
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
05 Avqust 21:37
Dünya
05 Avqust 21:28
Elm
05 Avqust 21:22
İqtisadiyyat
05 Avqust 20:50
Dünya
05 Avqust 20:47
Dünya
05 Avqust 20:15
Dünya
05 Avqust 19:50
İqtisadiyyat
05 Avqust 19:29
Dünya
05 Avqust 19:15
Dünya
05 Avqust 18:53
Turizm
05 Avqust 18:49
İqtisadiyyat
05 Avqust 18:48
Sosial
05 Avqust 18:45
Mədəniyyət
05 Avqust 18:33
Dünya
05 Avqust 18:20
Dünya
05 Avqust 18:11
Dünya
05 Avqust 17:49
İqtisadiyyat
05 Avqust 17:28
Sosial
05 Avqust 17:25
Dünya
05 Avqust 17:10
Dünya
05 Avqust 16:50
Elm
05 Avqust 16:41
İqtisadiyyat
05 Avqust 16:37
Sosial
05 Avqust 16:30
Dünya
05 Avqust 16:26
İdman
05 Avqust 16:06
İqtisadiyyat
05 Avqust 15:55
Dünya
05 Avqust 15:54
Mədəniyyət
05 Avqust 15:50
Elm
05 Avqust 15:45
Sosial
05 Avqust 15:45
Dünya
05 Avqust 15:32
İqtisadiyyat
05 Avqust 15:23
İdman
05 Avqust 15:20
Dünya
05 Avqust 14:59
Siyasət
05 Avqust 14:57
İdman
05 Avqust 14:55
İqtisadiyyat
05 Avqust 14:50
Sosial
05 Avqust 14:48
Turizm
05 Avqust 14:45
Mədəniyyət
05 Avqust 14:44
Elm
05 Avqust 14:42
İqtisadiyyat
05 Avqust 14:29
Dünya
05 Avqust 14:24
Siyasət
05 Avqust 14:10
İqtisadiyyat
05 Avqust 13:58
Dünya
05 Avqust 13:54
Elm
05 Avqust 13:45
İdman
05 Avqust 13:35
Dünya
05 Avqust 13:29
İqtisadiyyat
05 Avqust 13:25
Elm
05 Avqust 13:25
Mədəniyyət
05 Avqust 12:58
İqtisadiyyat
05 Avqust 12:55
Xəbər lenti
05 Avqust 12:55
İdman
05 Avqust 12:55
Elm
05 Avqust 12:48
Dünya
05 Avqust 12:45
İdman
05 Avqust 12:35
Mədəniyyət
05 Avqust 12:33
Dünya
05 Avqust 12:25
Sosial
05 Avqust 12:25
İqtisadiyyat
05 Avqust 12:10
Dünya
05 Avqust 12:06
Elm
05 Avqust 12:05
Gündəm
05 Avqust 11:50
Gündəm
05 Avqust 11:40
Analitik
05 Avqust 11:20
COP29
05 Avqust 10:57
Analitik
05 Avqust 10:40

