Ölkəmizdə rəqəmsal inkişaf dövlət siyasətinin prioritet istiqamətlərindəndir
06.07.2026 [12:51]
Məlum olduğu kimi, müasir dövrdə rəqəmsal texnologiyalar dövlətlərin inkişaf səviyyəsini, iqtisadi gücünü və beynəlxalq rəqabət qabiliyyətini müəyyən edən əsas amillərdən birinə çevrilib. Süni intellekt, bulud texnologiyaları və kibertəhlükəsizlik kimi istiqamətlər artıq təkcə informasiya-kommunikasiya texnologiyaları sektorunun deyil, bütövlükdə dövlət idarəçiliyinin, iqtisadiyyatın və cəmiyyətin inkişafının əsas hərəkətverici qüvvələri hesab olunur. Yeri gəlmişkən, buna görə də dünyanın aparıcı dövlətləri rəqəmsal transformasiyanı milli inkişaf strategiyalarının prioritet istiqamətlərindən biri kimi müəyyənləşdirirlər. Azərbaycan da qlobal çağırışları və müasir inkişaf tendensiyalarını nəzərə alaraq rəqəmsal inkişafı dövlət siyasətinin strateji prioritetlərindən biri kimi müəyyən edib.
Xüsusilə qeyd etmək lazımdır ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən ardıcıl islahatlar nəticəsində ölkəmizdə rəqəmsallaşmanın hüquqi, institusional və texnoloji əsasları formalaşdırılıb. Qarşıya qoyulan əsas məqsəd yalnız dövlət xidmətlərinin elektronlaşdırılması deyil, həm də idarəetmə sisteminin modernləşdirilməsi, innovasiya əsaslı iqtisadiyyatın inkişafı, insan kapitalının gücləndirilməsi və rəqəmsal texnologiyaların bütün sahələrdə geniş tətbiqinin təmin edilməsidir. Bu istiqamətdə mühüm mərhələlərdən biri 2026-cı ilin fevral ayında cənab Prezident İlham Əliyevin sədrliyi ilə keçirilən müşavirədə qəbul edilmiş qərarlar olub. Həmin qərarlar ölkənin rəqəmsal inkişaf strategiyasının yeni mərhələsinin əsas istiqamətlərini müəyyən etməklə yanaşı, rəqəmsal transformasiya proseslərinin vahid koordinasiya mexanizminin formalaşdırılmasına da zəmin yaradıb. Bu məqsədlə yaradılan Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf Şurası dövlət qurumları arasında koordinasiyanın təmin olunması, innovativ həllərin tətbiqinin sürətləndirilməsi və strateji hədəflərin müəyyənləşdirilməsi baxımından mühüm institusional platforma kimi çıxış edir. Prezident İlham Əliyevin 27 fevral 2026-cı il tarixli sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında rəqəmsal inkişafın sürətləndirilməsinə dair 2026 - 2028-ci illər üçün Fəaliyyət Planı” qarşıdakı dövr üçün əsas yol xəritəsini müəyyən edir. Sənəddə dövlət idarəçiliyinin rəqəmsallaşdırılması, innovasiya ekosisteminin inkişafı, süni intellekt texnologiyalarının tətbiqinin genişləndirilməsi və milli kibertəhlükəsizlik sisteminin gücləndirilməsi prioritet istiqamətlər kimi təsbit olunub.
Onu da qeyd edək ki, Birinci vitse-prezident Mehriban xanım Əliyeva bu strateji kursun həyata keçirilməsində mühüm rol oynayır. Belə ki, iyunun 29-da onun sədrliyi ilə keçirilən Rəqəmsal İnkişaf Şurasının ilk iclası ölkədə rəqəmsal transformasiya prosesinin yeni mərhələyə qədəm qoyduğunu nümayiş etdirib. İclasda Fəaliyyət Planının icrası, qanunvericilik bazasının təkmilləşdirilməsi, təhsil sisteminin rəqəmsallaşdırılması, innovasiya layihələrinin genişləndirilməsi və süni intellekt texnologiyalarının tətbiqi ilə bağlı məsələlər müzakirə olunub. Birinci vitse-prezident Mehriban xanım Əliyeva çıxışında dövlət idarəçiliyində rəqəmsallaşmanın dərinləşdirilməsi, süni intellekt texnologiyalarının tətbiqi, kibertəhlükəsizliyin təmin olunması, innovasiya ekosisteminin inkişafı, investisiyaların və startap fəaliyyətinin dəstəklənməsinin dövlət siyasətinin əsas prioritetlərindən olduğunu vurğulayıb. Eyni zamanda, süni intellekt sahəsində qəbul olunan bütün qərarlarda ölkəmizin milli maraqlarının və strateji hədəflərinin əsas götürülməsinin vacibliyi xüsusi qeyd olunub. Fəaliyyət Planının icrası çərçivəsində dövlət xidmətlərinin vətəndaşlara və biznes subyektlərinə daha da yaxınlaşdırılması, vətəndaş-məmur təmasının minimuma endirilməsi, şəffaflığın və vətəndaş məmnuniyyətinin artırılması məqsədilə “mygov” və “mygov Biznes” platformalarının inkişaf etdirilməsi istiqamətində işlər davam etdirilir. Yeri gəlmişkən, nəzərdə tutulur ki, müxtəlif dövlət qurumlarının ayrıca fəaliyyət göstərən portal və mobil tətbiqləri mərhələli şəkildə vahid rəqəmsal ekosistemə inteqrasiya olunsun. Bu isə xidmətlərin keyfiyyətinin yüksəldilməsinə, istifadəçi təcrübəsinin təkmilləşdirilməsinə və dövlət idarəçiliyinin səmərəliliyinin artırılmasına xidmət edəcək. Rəqəmsal transformasiya siyasətinin əsas hədəflərindən biri də hazırda elektron formada təqdim olunmayan xidmətlərin rəqəmsallaşdırılması və inzibati proseslərin optimallaşdırılmasıdır. Proaktiv dövlət xidmətlərinin tətbiqi vətəndaşların bir sıra xidmətləri dövlət qurumlarına müraciət etmədən, mövcud informasiya sistemləri əsasında avtomatik əldə etməsinə imkan yaradacaq ki, bu da dövlət idarəçiliyində keyfiyyətcə yeni mərhələnin formalaşdığını göstərir. İnnovasiya ekosisteminin maliyyə dayanıqlığının gücləndirilməsi, informasiya-kommunikasiya texnologiyaları ixracının artırılması və Azərbaycanın regional texnologiya mərkəzinə çevrilməsi də dövlət siyasətinin mühüm istiqamətlərindəndir. Bu məqsədlə hazırlanmış qanunvericilik paketi 34 qanunu, 9 Prezident fərmanını və 3 Nazirlər Kabineti qərarını əhatə etməklə ölkənin texnoloji inkişafı üçün müasir hüquqi bazanın formalaşdırılmasına xidmət edir. Həyata keçirilən islahatların əsas məqsədi Azərbaycanı texnologiya şirkətləri, innovativ biznes subyektləri və investorlar üçün regionun ən cəlbedici mərkəzlərindən birinə çevirməkdir.
Məlumdur ki, süni intellekt texnologiyalarının inkişafı da dövlət siyasətinin əsas prioritetləri sırasındadır. Dövlət xidmətlərində süni intellekt əsaslı həllərin tətbiqi, virtual köməkçilərin istifadəyə verilməsi və innovativ layihələrin sınaqdan keçirilməsi üçün hüquqi mexanizmlərin hazırlanması istiqamətində ardıcıl işlər görülür. Bu texnologiyaların tətbiqi dövlət idarəçiliyində operativliyin artırılmasına, resurslardan daha səmərəli istifadəyə və xidmətlərin keyfiyyətinin yüksəldilməsinə mühüm töhfə verir. Eyni zamanda, rəqəmsal transformasiyanın uğurla həyata keçirilməsi güclü kibertəhlükəsizlik sisteminin formalaşdırılmasını da zəruri edir. Bu məqsədlə Milli Kibertəhlükəsizlik Agentliyinin yaradılması, kritik informasiya infrastrukturunun qorunması, Milli CERT və Təhlükəsizlik Əməliyyatları Mərkəzinin fəaliyyətinin genişləndirilməsi, eləcə də süni intellekt əsaslı müdafiə sistemlərinin tətbiqi istiqamətində mühüm tədbirlər həyata keçirilir. Təhsil sahəsində aparılan rəqəmsal islahatlar gələcəyin insan kapitalının formalaşdırılmasına xidmət edir. “Rəqəmsal məktəb”, “Rəqəmsal bacarıqlar” və “STEAM Azərbaycan” layihələri minlərlə gəncin müasir texnologiyalar sahəsində bilik və bacarıqlarının artırılmasına mühüm töhfə verir. Elektron təhsil xidmətlərinin genişləndirilməsi, rəqəmsal sənədləşmə sistemlərinin tətbiqi və innovativ tədris metodlarının inkişafı ölkədə təhsilin keyfiyyətinin yüksəldilməsinə xidmət edir.
Ən əsası, ölkəmiz rəqəmsal inkişafı dövlət siyasətinin strateji istiqamətlərindən biri kimi müəyyənləşdirərək bu sahədə sistemli və məqsədyönlü fəaliyyət həyata keçirir. Möhtərəm Prezident İlham Əliyevin müəyyən etdiyi strateji kursun və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın rəhbərliyi ilə həyata keçirilən təşəbbüslərin nəticəsi olaraq ölkəmiz rəqəmsallaşma, innovasiya, süni intellekt və kibertəhlükəsizlik sahələrində regionun aparıcı mərkəzlərindən birinə çevrilmək istiqamətində inamla irəliləyir. Bu siyasət ölkəmizin uzunmüddətli dayanıqlı inkişafının, iqtisadi rəqabət qabiliyyətinin və gələcək texnoloji üstünlüklərinin təmin olunmasına xidmət edir.
Roman Abbasov,
YAP Göygöl rayon təşkilatı üzrə Göygöl şəhər İcra nümayəndəliyi ərazi partiya təşkilatının üzvü
Xəbər lenti
Hamısına baxDünya
01 Oktyabr 23:14
Dünya
01 Oktyabr 22:35
Dünya
01 Oktyabr 21:50
Dünya
01 Oktyabr 21:22
Dünya
01 Oktyabr 20:45
Dünya
01 Oktyabr 20:17
Dünya
01 Oktyabr 19:54
Dünya
01 Oktyabr 19:20
Sosial
01 Oktyabr 18:32
Dünya
01 Oktyabr 18:14
Dünya
01 Oktyabr 17:33
Sosial
01 Oktyabr 17:12
Hadisə
01 Oktyabr 16:24
Sosial
01 Oktyabr 15:26
Sosial
01 Oktyabr 15:19
Sosial
01 Oktyabr 14:59
YAP xəbərləri
01 Oktyabr 14:58
MEDİA
01 Oktyabr 14:35
YAP xəbərləri
01 Oktyabr 14:30
YAP xəbərləri
01 Oktyabr 14:18
İqtisadiyyat
01 Oktyabr 13:23
Gündəm
01 Oktyabr 12:55
İdman
01 Oktyabr 12:49
Hadisə
01 Oktyabr 12:46
Siyasət
01 Oktyabr 12:27
Yeni texnologiyalar
01 Oktyabr 12:13
Siyasət
01 Oktyabr 12:11
Siyasət
01 Oktyabr 11:43
Sosial
01 Oktyabr 11:16
YAP xəbərləri
01 Oktyabr 11:14
Xəbər lenti
01 Oktyabr 11:09
Gündəm
01 Oktyabr 11:04
İqtisadiyyat
01 Oktyabr 10:58
Siyasət
01 Oktyabr 10:36
Analitik
01 Oktyabr 10:24
Analitik
01 Oktyabr 09:45
Sosial
01 Oktyabr 09:19
Mədəniyyət
01 Oktyabr 08:52
Sosial
01 Oktyabr 08:36
Gündəm
01 Oktyabr 08:10
Mədəniyyət
30 Sentyabr 23:53
Hadisə
30 Sentyabr 23:41
Dünya
30 Sentyabr 23:00
YAP xəbərləri
30 Sentyabr 22:49
Elm
30 Sentyabr 22:37
Dünya
30 Sentyabr 22:05
Dünya
30 Sentyabr 21:25
Dünya
30 Sentyabr 21:18
Dünya
30 Sentyabr 20:52
İqtisadiyyat
30 Sentyabr 20:29
Elm
30 Sentyabr 20:15
Dünya
30 Sentyabr 19:45
Dünya
30 Sentyabr 19:37
İqtisadiyyat
30 Sentyabr 19:23
Gündəm
30 Sentyabr 18:47
Dünya
30 Sentyabr 18:21
Elanlar
30 Sentyabr 17:56
Asiya
30 Sentyabr 17:53
Dünya
30 Sentyabr 17:25
Dünya
30 Sentyabr 16:49
Dünya
30 Sentyabr 16:17
Gündəm
30 Sentyabr 16:01
Dünya
30 Sentyabr 15:54
Daxili siyasət
30 Sentyabr 15:29
Dünya
30 Sentyabr 14:43
Xəbər lenti
30 Sentyabr 14:15
Ədəbiyyat
30 Sentyabr 13:43
Sosial
30 Sentyabr 13:37
Dünya
30 Sentyabr 13:10
İqtisadiyyat
30 Sentyabr 13:09

