Qüdrətli Ordumuzun Şanlı Zəfər Yolu
25.06.2026 [12:33]
Hər il 26 İyun Azərbaycanda böyük qürur və iftixar hissi ilə qeyd olunan Silahlı Qüvvələr Günüdür. Bu əlamətdar tarix Azərbaycan Ordusunun keçdiyi şərəfli yolu, dövlətimizin müstəqilliyinin və ərazi bütövlüyünün qorunmasında göstərdiyi misilsiz xidmətləri bir daha xatırlatmaq üçün mühüm əhəmiyyət daşıyır.
Lakin müstəqilliyin ilk illərində ölkədə hökm sürən siyasi böhran, hakimiyyət uğrunda çəkişmələr və idarəetmədəki ciddi problemlər ordunun formalaşmasına mənfi təsir göstərirdi. Məhz belə bir mürəkkəb dövrdə xalqın təkidli tələbi ilə Ümummilli Lider Heydər Əliyevin 1993-cü ildə yenidən hakimiyyətə qayıdışı Azərbaycan dövlətçiliyini xilas etməklə yanaşı, milli ordu quruculuğunda da yeni mərhələnin başlanğıcını qoydu.
Ulu Öndər Heydər Əliyev Azərbaycan Ordusunun vahid komandanlıq əsasında formalaşdırılması, nizami hərbi hissələrin yaradılması, hərbi intizamın möhkəmləndirilməsi və peşəkar zabit korpusunun hazırlanmasını dövlət siyasətinin əsas istiqamətlərindən birinə çevirdi. Məhz onun rəhbərliyi ilə Azərbaycan Ordusunun hüquqi bazası yaradıldı, hərbi quruculuq sistemli xarakter aldı və Silahlı Qüvvələr dövlətin etibarlı dayağına çevrildi.
Azərbaycanın hərbi kadr potensialının formalaşdırılmasında Ümummilli Liderin hələ sovet dövründə həyata keçirdiyi uzaqgörən siyasət xüsusi rol oynamışdır. 1971-ci ildə Bakıda Cəmşid Naxçıvanski adına Hərbi Liseyin yaradılması milli hərbi kadrların hazırlanması istiqamətində mühüm addım oldu. Bu təhsil ocağında yetişən minlərlə gənc sonradan Azərbaycan Ordusunun zabit korpusunun əsasını təşkil etmiş, ölkəmizin müdafiə qabiliyyətinin gücləndirilməsində mühüm xidmətlər göstərmişdir. Uli Öndər Heydər Əliyevin əsasını qoyduğu ordu quruculuğu siyasəti Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilmişdir. Son illər ərzində dövlətimizin iqtisadi imkanlarının artması nəticəsində ordunun maddi-texniki bazası əsaslı şəkildə möhkəmləndirilmiş, Silahlı Qüvvələr ən müasir silah və texnika ilə təchiz edilmişdir.
Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunda genişmiqyaslı islahatlar həyata keçirilmiş, idarəetmə sistemi təkmilləşdirilmiş, döyüş hazırlığı daha da gücləndirilmişdir. Müasir döyüş təcrübəsinin öyrənilməsi, beynəlxalq hərbi əməkdaşlığın genişləndirilməsi və peşəkar kadr hazırlığının inkişaf etdirilməsi nəticəsində Azərbaycan Ordusu regionun ən güclü ordularından birinə çevrilmişdir. Ordu quruculuğunun mühüm istiqamətlərindən biri də ölkəmizdə hərbi sənayenin inkişafıdır. Azərbaycan Respublikasında müdafiə sənayesi müəssisələrinin yaradılması və istehsal imkanlarının genişləndirilməsi nəticəsində müxtəlif təyinatlı silahlar, sursatlar, pilotsuz uçuş aparatları və digər hərbi məhsullar istehsal olunmağa başlanmışdır. Bu isə ölkəmizin müdafiə potensialının daha da güclənməsinə və xarici asılılığın azalmasına mühüm töhfə vermişdir. Dövlət tərəfindən hərbi qulluqçuların sosial müdafiəsinin gücləndirilməsi istiqamətində də mühüm tədbirlər həyata keçirilmişdir. Şəhid ailələri, qazilər və hərbi qulluqçular daim dövlət qayğısı ilə əhatə olunmuş, onların mənzil-məişət şəraitinin yaxşılaşdırılması, sosial rifahının yüksəldilməsi istiqamətində mühüm proqramlar reallaşdırılmışdır. Azərbaycan Ordusunun qüdrəti və peşəkarlığı xüsusilə 2020-ci ilin 44 günlük Vətən müharibəsində bütün dünyaya nümayiş etdirildi. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusu 30 ilə yaxın işğal altında qalmış torpaqlarımızı azad etdi, düşmən üzərində tarixi qələbə qazandı və xalqımıza böyük Zəfər sevincini yaşatdı. Vətən müharibəsi zamanı Azərbaycan əsgəri yüksək döyüş ruhu, peşəkarlığı və qəhrəmanlığı ilə dünya hərb tarixində yeni səhifə yazdı. 2023-cü ilin sentyabr ayında həyata keçirilən lokal xarakterli antiterror tədbirləri nəticəsində isə ölkəmizin suverenliyi tam bərpa edildi. Cəmi bir neçə saat ərzində qarşıya qoyulan bütün vəzifələr yüksək peşəkarlıqla yerinə yetirildi və Azərbaycan Respublikasının konstitusiya quruluşu bütün ərazilərimizdə təmin olundu. Bu uğur Azərbaycan Ordusunun yüksək hazırlıq səviyyəsinin və gücünün növbəti təzahürü oldu. Bu gün Azərbaycan Silahlı Qüvvələri dünyanın qabaqcıl orduları sırasında öz layiqli yerini tutmuşdur. Müasir texnologiyalarla təchiz olunmuş, yüksək döyüş qabiliyyətinə malik və peşəkar kadr potensialına sahib olan Azərbaycan Ordusu dövlətimizin müstəqilliyinin, ərazi bütövlüyünün və xalqımızın təhlükəsizliyinin etibarlı təminatçısıdır. Əminik ki, qalib Azərbaycan Ordusu bundan sonra da dövlətimizin qüdrətinin, xalqımızın qürur mənbəyinin və müstəqilliyimizin sarsılmaz dayağı olaraq yeni uğurlara imza atacaqdır. Bu gün həm də ordumuzun inkişafı, torpaqlarımızın işğaldan azad olunması və ərazi bütövlüyümüzün təmin edilməsi uğrunda misilsiz qəhrəmanlıq göstərərək şəhidlik zirvəsinə ucalmış igid hərbçilərimizi dərin hörmət və ehtiramla yad edirik. Onların əziz xatirəsi xalqımızın qəlbində daim yaşayacaq, qəhrəmanlıqları gələcək nəsillər üçün örnək olacaqdır.
Vətən müharibəsi iştirakçılarına, qazilərimizə və bütün hərbi qulluqçularımıza Uca Allahdan möhkəm can sağlığı, uzun ömür və müqəddəs xidmətlərində yeni-yeni uğurlar arzulayırıq. Ordumuzun qüdrəti daim artsın, Vətənimizin keşiyində duran bütün əsgər və zabitlərimizə şərəfli fəaliyyətlərində müvəffəqiyyətlər diləyirik. Uca Allah müzəffər Ali Baş Komandanımızı, cənab Prezidentimizi, rəşadətli Azərbaycan Ordusunu, doğma Vətənimizi və müstəqil dövlətimizi qorusun. Dövlətimizin qüdrəti, xalqımızın birliyi və ordumuzun gücü daim olsun.
Həbib Misirov
YAP Kəlbəcər rayon təşkilatının sədri
Xəbər lenti
Hamısına baxDünya
28 Sentyabr 15:19
Elanlar
28 Sentyabr 15:16
Sosial
28 Sentyabr 14:31
Dünya
28 Sentyabr 14:25
Din
28 Sentyabr 14:03
İdman
28 Sentyabr 13:55
Sosial
28 Sentyabr 13:41
Dünya
28 Sentyabr 13:30
Sosial
28 Sentyabr 13:06
Sosial
28 Sentyabr 12:48
Siyasət
28 Sentyabr 12:44
Sosial
28 Sentyabr 12:34
Sosial
28 Sentyabr 12:33
Dünya
28 Sentyabr 12:14
YAP xəbərləri
28 Sentyabr 12:13
Hadisə
28 Sentyabr 12:12
Sosial
28 Sentyabr 12:12
İqtisadiyyat
28 Sentyabr 11:58
Dünya
28 Sentyabr 11:26
Xəbər lenti
28 Sentyabr 11:18
YAP xəbərləri
28 Sentyabr 11:17
Mədəniyyət
28 Sentyabr 11:05
Gündəm
28 Sentyabr 11:04
Sosial
28 Sentyabr 10:40
Sosial
28 Sentyabr 10:39
Dünya
28 Sentyabr 10:39
YAP xəbərləri
28 Sentyabr 10:17
YAP xəbərləri
28 Sentyabr 10:05
YAP xəbərləri
28 Sentyabr 10:02
YAP xəbərləri
28 Sentyabr 10:00
YAP xəbərləri
28 Sentyabr 09:55
Dünya
28 Sentyabr 09:45
Hadisə
28 Sentyabr 09:17
Dünya
28 Sentyabr 08:50
Dünya
28 Sentyabr 08:23
Siyasət
28 Sentyabr 07:24
Xəbər lenti
27 Sentyabr 23:33
Hərbi
27 Sentyabr 23:11
Siyasət
27 Sentyabr 22:25
İdman
27 Sentyabr 21:39
Dünya
27 Sentyabr 20:18
Siyasət
27 Sentyabr 20:00
Dünya
27 Sentyabr 19:21
Dünya
27 Sentyabr 18:35
YAP xəbərləri
27 Sentyabr 17:45
Dünya
27 Sentyabr 17:18
Dünya
27 Sentyabr 16:32
Sosial
27 Sentyabr 15:17
YAP xəbərləri
27 Sentyabr 14:06
Dünya
27 Sentyabr 13:19
Dünya
27 Sentyabr 12:38
Dünya
27 Sentyabr 11:20
Siyasət
27 Sentyabr 10:46
Gündəm
27 Sentyabr 10:36
Gündəm
27 Sentyabr 09:08
Siyasət
27 Sentyabr 08:26
Formula 1
27 Sentyabr 08:15
Siyasət
27 Sentyabr 07:25
Hadisə
26 Sentyabr 23:29
MEDİA
26 Sentyabr 22:46
Sosial
26 Sentyabr 21:16
Maraqlı
26 Sentyabr 20:46
YAP xəbərləri
26 Sentyabr 20:25
Dünya
26 Sentyabr 19:20
Dünya
26 Sentyabr 18:35
Gündəm
26 Sentyabr 18:31
Gündəm
26 Sentyabr 17:44
Dünya
26 Sentyabr 17:24
Gündəm
26 Sentyabr 16:20
Dünya
26 Sentyabr 16:19

