Güclü ordu təhlükəsizliyimizin əsas qarantıdır
25.06.2026 [11:23]
26 İyun – Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü müstəqil dövlətçiliyimizin ən mühüm dayaqlarından biri olan Milli Ordumuzun keçdiyi şərəfli inkişaf yoluna nəzər salmaq üçün mühüm fürsətdir. Bu gün Azərbaycan Ordusunun əldə etdiyi nailiyyətlərin əsasında uzun illər ərzində həyata keçirilmiş məqsədyönlü dövlət siyasəti, peşəkar hərbi kadr hazırlığı və güclü rəhbərlik dayanır.
Azərbaycanda milli hərbi kadrların hazırlanması istiqamətində sistemli fəaliyyətin əsası Ulu Öndər Heydər Əliyevin respublikaya rəhbərlik etdiyi dövrdə qoyulub. 1969-cu ildən başlayaraq həyata keçirilən siyasət nəticəsində azərbaycanlı gənclərin hərbi təhsil almasına geniş imkanlar yaradıldı. Bu istiqamətdə ən mühüm addımlardan biri 1971-ci ildə Cəmşid Naxçıvanski adına hərbi liseyin yaradılması oldu. Həmin təhsil ocağı sonrakı onilliklər ərzində minlərlə peşəkar zabitin yetişməsinə, hərb sənətinə marağın artmasına və milli zabit korpusunun formalaşmasına mühüm töhfə verdi. Eyni zamanda, azərbaycanlı gənclərin SSRİ-nin nüfuzlu hərbi məktəblərində təhsil almasına yaradılan şərait gələcək müstəqil Azərbaycanın hərbi potensialının formalaşmasında mühüm rol oynadı.
Müstəqilliyin ilk illərində ölkədə hökm sürən siyasi böhran, daxili qarşıdurmalar və nizami ordunun olmaması dövlətçiliyi ciddi təhlükə qarşısında qoymuşdu. 1993-cü ildə xalqın tələbi ilə hakimiyyətə qayıdan Ulu Öndər Heydər Əliyev qısa müddətdə silahlı dəstələrin ləğvinə nail oldu, vahid komandanlıq prinsipi əsasında nizami ordu quruculuğu prosesinə başladı. 1994-cü ildə əldə olunan atəşkəsdən sonra isə Silahlı Qüvvələrin maddi-texniki bazasının möhkəmləndirilməsi, şəxsi heyətin peşəkarlığının artırılması və döyüş hazırlığının yüksəldilməsi dövlət siyasətinin prioritet istiqamətlərindən birinə çevrildi.
Ordu quruculuğunun mühüm istiqamətlərindən biri də hərbi təhsil sisteminin inkişafı idi. Hərbi Akademiyanın yaradılması, hərbi məktəblərin yenidən təşkili və milli kadr ehtiyatının formalaşdırılması Azərbaycanın müasir Silahlı Qüvvələrinin əsas sütunlarından birinə çevrildi. Eyni zamanda, NATO ilə əməkdaşlıq çərçivəsində həyata keçirilən proqramlar ordumuzun beynəlxalq standartlara uyğunlaşmasına və müasir idarəetmə prinsiplərinin tətbiqinə imkan yaratdı.
Prezident İlham Əliyevin rəhbərliyi dövründə isə ordu quruculuğu keyfiyyətcə yeni mərhələyə qədəm qoydu. Ulu Öndərin müəyyən etdiyi strateji kurs ardıcıl şəkildə inkişaf etdirildi, Silahlı Qüvvələr ən müasir silah və texnika ilə təchiz olundu, hərbi təlimlərin miqyası genişləndirildi, şəxsi heyətin peşəkarlığının artırılması istiqamətində mühüm addımlar atıldı. Dövlət başçısının xüsusi diqqəti nəticəsində Azərbaycan Ordusu regionun ən güclü hərbi qüvvəsinə çevrildi.
Bu siyasətin nəticələri ilk növbədə 2016-cı ilin Aprel döyüşlərində və 2018-ci ilin Günnüt əməliyyatında özünü göstərdi. Həmin uğurlar Azərbaycan Ordusunun döyüş qabiliyyətinin, peşəkarlığının və yüksək mənəvi ruhunun göstəricisi oldu. Nəhayət, 2020-ci ildə Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusu 44 günlük Vətən müharibəsində tarixi Qələbə qazanaraq ölkəmizin ərazi bütövlüyünü bərpa etdi. Bu Zəfər uzun illər ərzində həyata keçirilən məqsədyönlü ordu quruculuğu siyasətinin məntiqi nəticəsi idi.
Bu gün Azərbaycan Silahlı Qüvvələri yalnız ölkənin təhlükəsizliyinin təminatçısı deyil, həm də dövlətimizin gücünün, xalqımızın birliyinin və milli iradəsinin rəmzidir. 26 İyun Silahlı Qüvvələr Günü münasibətilə Ordumuzun keçdiyi şərəfli yol bir daha göstərir ki, güclü dövlətin ən etibarlı dayaqlarından biri məhz güclü və peşəkar ordudur.
Natiq Quluzadə,
YAP Zəngilan rayon təşkilatının sədri
Xəbər lenti
Hamısına baxDünya
03 Avqust 14:22
Dünya
03 Avqust 13:38
YAP xəbərləri
03 Avqust 12:30
YAP xəbərləri
03 Avqust 12:28
Dünya
03 Avqust 12:24
Gündəm
03 Avqust 12:04
Dünya
03 Avqust 11:19
Dünya
03 Avqust 10:55
Dünya
03 Avqust 10:33
Dünya
03 Avqust 09:52
Dünya
03 Avqust 09:17
Dünya
03 Avqust 08:25
Mədəniyyət
03 Avqust 07:30
Diaspor
03 Avqust 07:04
Dünya
02 Avqust 23:37
Hadisə
02 Avqust 22:20
İdman
02 Avqust 21:32
Sosial
02 Avqust 20:19
Hadisə
02 Avqust 19:17
Dünya
02 Avqust 18:22
Dünya
02 Avqust 17:35
Hadisə
02 Avqust 16:19
Hadisə
02 Avqust 15:53
Dünya
02 Avqust 14:28
Dünya
02 Avqust 13:40
Ədəbiyyat
02 Avqust 12:36
Dünya
02 Avqust 12:16
Ədəbiyyat
02 Avqust 11:59
Siyasət
02 Avqust 11:46
Siyasət
02 Avqust 11:42
Dünya
02 Avqust 11:34
Dünya
02 Avqust 10:12
Dünya
02 Avqust 09:18
Dünya
02 Avqust 08:59
Xəbər lenti
02 Avqust 00:23
Dünya
01 Avqust 23:18
Xəbər lenti
01 Avqust 23:18
Dünya
01 Avqust 22:45
Xəbər lenti
01 Avqust 22:12
Ədəbiyyat
01 Avqust 21:31
Xəbər lenti
01 Avqust 21:16
Xəbər lenti
01 Avqust 20:30
Siyasət
01 Avqust 20:15
Maraqlı
01 Avqust 19:17
Dünya
01 Avqust 18:21
Dünya
01 Avqust 17:35
Dünya
01 Avqust 16:40
Dünya
01 Avqust 16:18
Hadisə
01 Avqust 15:59
Dünya
01 Avqust 15:23
İdman
01 Avqust 14:40
Ədəbiyyat
01 Avqust 14:32
Gündəm
01 Avqust 14:32
Dünya
01 Avqust 14:31
Siyasət
01 Avqust 14:12
Dünya
01 Avqust 13:19
Dünya
01 Avqust 12:50
Gündəm
01 Avqust 12:25
Sosial
01 Avqust 11:43
Sosial
01 Avqust 11:17
Siyasət
01 Avqust 10:59
Analitik
01 Avqust 10:21
Analitik
01 Avqust 09:57
Analitik
01 Avqust 09:32
Mədəniyyət
01 Avqust 09:15
Ədəbiyyat
01 Avqust 08:52
Mədəniyyət
01 Avqust 08:35
Ədəbiyyat
01 Avqust 08:30
Xəbər lenti
01 Avqust 07:59
Dünya
31 İyul 23:43

