Qardaşlığı, həmrəyliyi və strateji tərəfdaşlığı əks etdirən tarixi sənəd
12.06.2026 [14:36]
2021-ci il iyunun 15-də Azərbaycanın mədəniyyət paytaxtı olan Şuşada Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsinin imzalanması iki qardaş ölkənin münasibətlərində yeni bir tarixi mərhələnin başlanğıcı oldu. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti cənab Rəcəb Tayyib Ərdoğanın imzaladığı bu mühüm sənəd Azərbaycan-Türkiyə münasibətlərinin strateji tərəfdaşlıq səviyyəsindən müttəfiqlik səviyyəsinə yüksəldiyini bütün dünyaya nümayiş etdirdi.
Şuşa Bəyannaməsinin məhz Şuşa şəhərində imzalanması eyni zamanda xüsusi siyasi və mənəvi əhəmiyyət daşıyır. Azərbaycan xalqının milli qürur mənbəyi olan Şuşa şəhəri 44 günlük Vətən müharibəsində əldə edilmiş tarixi Qələbənin rəmzi kimi həm də beynəlxalq diqqət mərkəzinə çevrilmişdir. Bu baxımdan, Bəyannamənin Şuşada imzalanması həm Azərbaycan dövlətinin suverenliyinin və ərazi bütövlüyünün bir daha təsdiqi, həm də regionda yeni geosiyasi reallıqların formalaşdığının göstəricisi idi.
Şuşa Bəyannaməsi iki qardaş ölkə arasında həm də siyasi, iqtisadi, hərbi, müdafiə sənayesi, enerji, nəqliyyat, təhsil, mədəniyyət və digər sahələrdə əməkdaşlığın daha da genişləndirilməsini nəzərdə tutur. Sənəddə tərəflərin beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanaraq bir-birinin müstəqilliyini, suverenliyini, ərazi bütövlüyünü və sərhədlərinin toxunulmazlığını dəstəklədiyi xüsusi vurğulanır. Bu, Azərbaycan və Türkiyənin gələcək inkişaf yolunda ortaq maraqlara söykənən strateji mövqeyini bir daha ortaya qoyur.
Bəyannamənin ən mühüm istiqamətlərindən biri də təhlükəsizlik və müdafiə sahəsində əməkdaşlığın gücləndirilməsidir. Sənəddə eyni zamanda qeyd olunur ki, tərəflərdən birinin müstəqilliyinə və ya ərazi bütövlüyünə qarşı təhdid və ya təcavüz halında qarşılıqlı məsləhətləşmələr aparılacaq və birlikdə zəruri tədbirlər görüləcəkdir. Bu müddəa Azərbaycan-Türkiyə münasibətlərinin nə qədər möhkəm təməllər üzərində qurulduğunu bir daha göstərməklə yanaşı, regionda sülhün və sabitliyin qorunmasına da mühüm töhfə verir.
Şuşa Bəyannaməsi həm də iqtisadi əməkdaşlığın inkişafı baxımından da böyük əhəmiyyət kəsb edir. Azərbaycan və Türkiyə eyni zamanda uzun illərdir enerji və nəqliyyat layihələrinin əsas təşəbbüskarları kimi çıxış edirlər. Bakı-Tbilisi-Ceyhan neft kəməri, Bakı-Tbilisi-Ərzurum qaz kəməri və Bakı-Tbilisi-Qars dəmir yolu kimi layihələr regionun iqtisadi xəritəsini dəyişdirən strateji layihələrdir. Şuşa Bəyannaməsi bu əməkdaşlığın daha da genişlənməsinə, yeni iqtisadi imkanların yaradılmasına və regional inteqrasiyanın dərinləşməsinə xidmət edir.
Bəyannamədə humanitar sahədə əməkdaşlıq məsələləri də mühüm yer tutur. Azərbaycan və Türkiyə xalqları ortaq tarixə, mədəniyyətə, dilə və mənəvi dəyərlərə malik xalqlardır. Bu baxımdan elm, təhsil, mədəniyyət, gənclər və idman sahələrində əməkdaşlığın genişləndirilməsi xalqlarımız arasındakı qardaşlıq bağlarının daha da möhkəmlənməsinə xidmət edir. Məhz bu amillər Azərbaycan-Türkiyə münasibətlərini digər dövlətlərarası əlaqələrdən tamamilə fərqləndirir.
Bu il Şuşa Bəyannaməsinin imzalanmasından artıq beş il keçməsinə baxmayaraq, sənəd öz aktuallığını və strateji əhəmiyyətini qoruyub saxlayır. Azərbaycan və Türkiyə beynəlxalq platformalarda daim bir-birini dəstəkləyir, regional layihələrdə birgə iştirak edir və Türk dünyasının birliyinin möhkəmləndirilməsi istiqamətində mühüm addımlar atırlar. Bu yüksək əməkdaşlıq yalnız iki dövlətin deyil, bütövlükdə regionun inkişafına və təhlükəsizliyinə xidmət edir.
Bir sözlə Şuşa Bəyannaməsi Azərbaycan - Türkiyə münasibətlərində qardaşlığın, həmrəyliyin və strateji tərəfdaşlığın yeni mərhələsini müəyyənləşdirən tarixi bir sənəddir. Bu Bəyannamə gələcək nəsillər üçün də etibarlı bir əməkdaşlıq modelidir. Şuşada imzalanan bu tarixi sənəd Azərbaycan və Türkiyə xalqlarının birliyinin sarsılmaz olduğunu nümayiş etdirməklə yanaşı, həm də regionda sülhün, təhlükəsizliyin və tərəqqinin təmin olunmasına xidmət edir.
Mehman Ballayev
YAP Qazax rayon təşkilatının əməkdaşı
Xəbər lenti
Hamısına baxMaraqlı
07 Avqust 22:17
Maraqlı
07 Avqust 21:35
Analitik
07 Avqust 21:02
Siyasət
07 Avqust 21:00
Siyasət
07 Avqust 20:57
Siyasət
07 Avqust 20:41
Dünya
07 Avqust 20:17
Dünya
07 Avqust 19:22
Dünya
07 Avqust 18:45
Dünya
07 Avqust 18:19
Dünya
07 Avqust 17:49
Dünya
07 Avqust 17:25
Dünya
07 Avqust 16:57
Dünya
07 Avqust 16:40
Dünya
07 Avqust 16:23
İdman
07 Avqust 15:31
Dünya
07 Avqust 15:06
Dünya
07 Avqust 14:45
Hadisə
07 Avqust 14:19
Dünya
07 Avqust 13:50
Siyasət
07 Avqust 13:28
Gündəm
07 Avqust 13:27
Siyasət
07 Avqust 13:26
Siyasət
07 Avqust 13:25
Dünya
07 Avqust 13:25
Siyasət
07 Avqust 13:23
MEDİA
07 Avqust 13:22
Siyasət
07 Avqust 13:22
Sosial
07 Avqust 13:20
MEDİA
07 Avqust 13:04
MEDİA
07 Avqust 12:55
Dünya
07 Avqust 12:43
Hadisə
07 Avqust 12:18
Gündəm
07 Avqust 11:55
Gündəm
07 Avqust 11:40
Siyasət
07 Avqust 11:20
Sosial
07 Avqust 10:50
Analitik
07 Avqust 10:30
Analitik
07 Avqust 10:05
Analitik
07 Avqust 09:45
Analitik
07 Avqust 09:20
Ədəbiyyat
07 Avqust 09:05
Dünya
07 Avqust 07:28
Dünya
06 Avqust 23:45
Dünya
06 Avqust 23:10
İdman
06 Avqust 23:07
Dünya
06 Avqust 22:42
Dünya
06 Avqust 22:05
Dünya
06 Avqust 21:39
Dünya
06 Avqust 21:17
Siyasət
06 Avqust 21:06
Siyasət
06 Avqust 20:46
Dünya
06 Avqust 20:45
Dünya
06 Avqust 20:12
Dünya
06 Avqust 19:48
İdman
06 Avqust 19:26
İqtisadiyyat
06 Avqust 18:55
İqtisadiyyat
06 Avqust 18:30
İqtisadiyyat
06 Avqust 18:10
Siyasət
06 Avqust 17:50
İdman
06 Avqust 17:32
Elm
06 Avqust 17:27
Dünya
06 Avqust 17:05
İqtisadiyyat
06 Avqust 16:46
Elm
06 Avqust 16:43
Sosial
06 Avqust 16:40
İqtisadiyyat
06 Avqust 16:28
Elm
06 Avqust 16:17
Sosial
06 Avqust 16:11
İqtisadiyyat
06 Avqust 16:07

