15 iyun - Milli Qurtuluş Günü və Heydər Əliyev irsi
11.06.2026 [10:51]
15 iyun - Milli Qurtuluş Günü Azərbaycan xalqının müasir tarixində mühüm əhəmiyyət daşıyan günlərdən biridir. Bu tarix Azərbaycan dövlətçiliyinin qorunması, siyasi sabitliyin bərpası və ölkənin inkişaf yoluna çıxması ilə əlaqələndirilir. Hər il 15 iyun tarixi ölkəmizdə böyük ehtiramla qeyd olunur.
1991 - ci ildə Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra ölkə ciddi problemlərlə üzləşmişdi. Ermənistanın Azərbaycana təcavüzü nəticəsində torpaqlarımızın bir hissəsi işğal olunmuş, iqtisadi vəziyyət ağırlaşmış, daxili siyasi qarşıdurmalar isə dövlətçiliyimizi təhlükə altına salmışdı. 1993 - cü ilin yayında ölkədə yaranmış gərginlik və hakimiyyət böhranı Azərbaycanı vətəndaş müharibəsi ilə üz-üzə qoymuşdu. Belə bir mürəkkəb şəraitdə xalqın təkidli tələbi ilə Ulu Öndər Heydər Əliyev Bakıya dəvət edildi. Onun siyasi təcrübəsi və dövlətçilik fəaliyyəti ölkənin taleyində həlledici rol oynadı.
1993 - cü il iyunun 15 - də Ulu Öndər Heydər Əliyev Azərbaycan Respublikası Ali Sovetinin sədri seçildi. Bu hadisə ölkədə siyasi sabitliyin təmin olunması istiqamətində mühüm addım oldu.
Məhz həmin gündən etibarən Azərbaycanda dövlət idarəçiliyində yeni mərhələ başladı.
Azərbaycan xalqının Ümummilli Lideri, dünya səviyyəli siyasi xadim Heydər Əliyev çox əsirlik dövlətçilik tariximizdə yeni bir parlaq səhifə açdı. Azərbaycanda müstəqil dövlət təsisatlarının qurulması ,hüquqi dövlətin yaranması, milli, mənəvi və əxlaqi dəyərlimizin qorunub saxlanması, Konstitusiyamızın qəbul edilməsi, yeni iqtisadi kursun müəyyənləşdirilməsi məhz Ümummilli Liderimiz Heydər Əliyevin xidmətləridir. Heydər Əliyev şəxsiyyətinin böyüklüyü məhz onda idi ki, öz fəaliyyəti və siyasi təcrübəsində hər zaman elmi fikrin ən yeni, mütərəqqi nailiyyətlərindən faydalanmış, cəmiyyətin, xalqın inkişaf zəminini elmdə, maariflənmədə görmüşdür. Ulu Öndər gənclərin 1970 – 80 - ci illərdə respublikada və onun hüdudlarından kənarda yüksək səviyyədə təhsil almasına, ixtisaslı kadr kimi yetişməsinə hər cür şərait yaradırdı. Məlum olduğu kimi müasir dövrdə qadınların kişilərlə bərabər hüquqa malik olması, yüksək dövlət vəzifələrində çalışması, təhsil alması olduqca vacibdir. Hələ 1974-cü ildə “Azərbaycan qadını” jurnalının 50 illik yubiley təntənəsində Ulu Öndər Heydər Əliyev demişdi: “Biz çalışmalıyıq ki,a li məktəblərdə və texnikomlarda daha çox qadın təhsil alsın, elmi fəaliyyətlə məşğul olsun. Xüsusən kəndlərdə qadınlar və uşaqlar arasında bədən tərbiyəsi və idmanın daha da inkişaf etdirilməsi problemlərinə biz diqqətimizi xeyli artırmalıyıq.
Ulu Öndərin rəhbərliyi altında hazırlanaraq 1995-ci ilin 12 noyabrında ümumxalq səsverməsi yolu ilə qəbul edilmiş müstəqil Azərbaycan Respublikasının Konstitusiyası dövlətiçiliyimizin tarixində hakimiyyət bölgüsü prinsipini, demokratik, hüquqi və dünyəvi dövlət quruculuğunun hüquqi əsaslarını, insan hüquq və azadlıqlarının qeyd - şərtsiz təmin olunmasının bünövrəsini qoymuşdur. Azərbaycan demokratik, hüquqi, dünyəvi dövlət kimi ilk dəfə olaraq insan hüquqlarının prioritetliyini və hakimiyyət bölgüsünü özünün gələcək inkişaf yolu kimi seçmişdir.
Bununla da Azərbaycanın dünya dövlətləri sırasında özünəlayiq yer tutması, beynəlxalq münasibətlərin subyektinə çevrilməsi istiqamətində ardıcıl fəaliyyətin əsası qoyulmuşdur.
Milli Qurtuluş Günü yalnız tarixi hadisə deyil, həmdə Azərbaycan xalqının milli birliyinin dövlətçilik ənənələrinin və müstəqillik iradəsinin rəmzidir. Bu gün ölkənin gələcək inkişafının təməlini qoyan mühüm siyasi qərarların qəbul edildiyi tarix kimi qiymətləndirilir. Azərbaycan xalqı 15 iyun tarixini dövlətçilk tariximizin ən əlamətdar səhifələrindən biri kimi xatırlayır. Bu gün gənc nəsillərə vətənpərvərlik, milli birlik və müstəqilliyin qorunmasının vacibliyini aşılayan mühüm tarixi hadisədir.
Ümummilli Lider Heydər Əliyevin siyasi fəaliyyəti Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsində mühüm rol oynamış və ölkənin müasir inkişaf yolunun formalaşmasına əhəmiyyətli təsir göstərmişdir.
Pərvin Mirzəyeva
Naxçıvan şəhər 12 saylı tam orta məktəbin direktor müavini, YAP Naxçıvan şəhər təşkilatının fəal üzvü
Xəbər lenti
Hamısına baxDünya
11 Avqust 23:50
Dünya
11 Avqust 23:30
Dünya
11 Avqust 23:15
Dünya
11 Avqust 22:42
Gündəm
11 Avqust 22:24
Dünya
11 Avqust 22:15
Gündəm
11 Avqust 22:09
Gündəm
11 Avqust 21:59
Gündəm
11 Avqust 21:50
Dünya
11 Avqust 21:50
Gündəm
11 Avqust 21:42
Gündəm
11 Avqust 21:39
Dünya
11 Avqust 21:30
Gündəm
11 Avqust 21:26
Dünya
11 Avqust 20:57
Gündəm
11 Avqust 20:35
Dünya
11 Avqust 20:35
Gündəm
11 Avqust 20:24
Gündəm
11 Avqust 20:22
Dünya
11 Avqust 20:05
Gündəm
11 Avqust 19:55
Gündəm
11 Avqust 19:53
Dünya
11 Avqust 19:40
Gündəm
11 Avqust 19:26
Dünya
11 Avqust 19:20
İdman
11 Avqust 18:50
Sosial
11 Avqust 18:30
Mədəniyyət
11 Avqust 18:20
Elm
11 Avqust 17:50
Mədəniyyət
11 Avqust 17:30
İdman
11 Avqust 17:10
Mədəniyyət
11 Avqust 16:32
İdman
11 Avqust 16:10
İqtisadiyyat
11 Avqust 15:52
Elm
11 Avqust 15:45
Elm
11 Avqust 15:30
İdman
11 Avqust 15:10
Mədəniyyət
11 Avqust 14:50
Dünya
11 Avqust 14:50
İqtisadiyyat
11 Avqust 14:46
Sosial
11 Avqust 14:21
İqtisadiyyat
11 Avqust 14:19
İdman
11 Avqust 14:10
Dünya
11 Avqust 13:35
Siyasət
11 Avqust 13:25
Sosial
11 Avqust 13:20
Dünya
11 Avqust 13:15
Sosial
11 Avqust 13:05
Siyasət
11 Avqust 13:03
Analitik
11 Avqust 12:54
Dünya
11 Avqust 12:50
İdman
11 Avqust 12:45
Dünya
11 Avqust 12:31
Elm
11 Avqust 12:20
Dünya
11 Avqust 12:10
Sosial
11 Avqust 12:06
Gündəm
11 Avqust 11:50
Gündəm
11 Avqust 11:30
Gündəm
11 Avqust 10:55
Analitik
11 Avqust 10:35
Gündəm
11 Avqust 10:15
Analitik
11 Avqust 09:50
Analitik
11 Avqust 09:35
Analitik
11 Avqust 09:15
Sosial
11 Avqust 09:05
Dünya
11 Avqust 07:53
Dünya
10 Avqust 23:45
Dünya
10 Avqust 23:24
Dünya
10 Avqust 22:52
Dünya
10 Avqust 22:38

