Azərbaycanın enerji siyasətinin beynəlxalq təsiri
04.06.2026 [16:26]
Bakı Enerji Həftəsi Azərbaycanın qlobal enerji məkanında artan əhəmiyyətini nümayiş etdirən ən vacib beynəlxalq tədbirlərdən hesab olunur. Bu platformada Prezident İlham Əliyevin səsləndirdiyi fikirlər bir daha göstərdi ki, ölkəmiz malik olduğu təbii ehtiyatlardan yalnız iqtisadi qazanc əldə etmək üçün deyil, həm də dövlət müstəqilliyinin gücləndirilməsi, milli maraqların qorunması, regional əməkdaşlığın inkişafı və beynəlxalq əlaqələrin genişləndirilməsi məqsədilə istifadə edir. Son otuz ildə həyata keçirilən məqsədyönlü siyasət nəticəsində Azərbaycan regionun aparıcı enerji mərkəzlərindən birinə çevrilərək Avrasiyanın enerji təhlükəsizliyində mühüm rol oynamağa başlayıb. Eyni zamanda, ölkə ənənəvi enerji resursları ilə yanaşı, alternativ və bərpaolunan enerji sahəsində də yeni təşəbbüslərlə çıxış edir.
Bakı Enerji Həftəsində səsləndirilən fikirlər Azərbaycanın enerji strategiyasının uğurlarını və perspektivlərini əks etdirən mühüm mesajlar kimi qiymətləndirilə bilər. Prezidentin çıxışı ölkənin keçdiyi inkişaf yoluna, enerji diplomatiyasının nəticələrinə və beynəlxalq nüfuzunun möhkəmlənməsinə geniş nəzər saldı. Çıxış zamanı vurğulanan məqamlar göstərdi ki, enerji sektoru Azərbaycanın iqtisadi yüksəlişinin, siyasi sabitliyinin və geosiyasi mövqeyinin güclənməsinin əsas amillərindən biridir.
Müstəqilliyin ilk illərində təməli qoyulan bu tədbir ilkin mərhələdə "Xəzər Neft və Qaz" sərgisi kimi fəaliyyət göstərsə də, zamanla dünyanın nüfuzlu enerji tədbirlərindən birinə çevrilib. Dövlət başçısı çıxışında "Şahdəniz" layihəsinin əhəmiyyətinə xüsusi diqqət ayıraraq bildirdi ki, həmin layihə Azərbaycanın qaz sənayesinin inkişafında dönüş nöqtəsi olub. Bu müqavilə sayəsində ölkəmiz beynəlxalq enerji bazarlarında mövqeyini möhkəmləndirib və Avropanın enerji təminatında vacib tərəfdaşlardan birinə çevrilib.
Prezident çıxışında qlobal enerji bazarlarında baş verən proseslərə də toxundu. O qeyd etdi ki, karbohidrogen ehtiyatlarının əhəmiyyətini azaltmağa yönəlmiş müxtəlif çağırışlara baxmayaraq, dünya iqtisadiyyatı hələ də neft və qaz resurslarına böyük ehtiyac duyur. Enerji təhlükəsizliyinin ideoloji yanaşmalardan deyil, real iqtisadi tələbatlardan qaynaqlandığını vurğulayan dövlət başçısı bu sahədə rasional yanaşmanın vacibliyini ön plana çəkdi. Azərbaycanın müasir inkişaf tarixi göstərir ki, düzgün seçilmiş enerji siyasəti ölkənin taleyində mühüm dəyişikliklərə səbəb olub. Ötən əsrin sonlarında iqtisadi çətinliklər, siyasi qeyri-sabitlik və işğal nəticəsində yaranmış problemlərlə üzləşən ölkə üçün əsas vəzifə dövlət müstəqilliyini qorumaq və iqtisadiyyatı dirçəltmək idi. Sonrakı illərdə həyata keçirilən enerji layihələri isə bu məqsədlərə nail olmaq üçün mühüm imkanlar yaratdı.
Ümummilli Lider Heydər Əliyevin müəyyən etdiyi enerji strategiyası Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilərək yeni mərhələyə yüksəldildi. Xarici investisiyaların cəlb olunması, beynəlxalq enerji layihələrinin reallaşdırılması və təbii ehtiyatların səmərəli idarə olunması Azərbaycanın iqtisadi inkişafını sürətləndirdi. Nəticədə yoxsulluğun səviyyəsi əhəmiyyətli dərəcədə azaldıldı, məşğulluq imkanları genişləndirildi və ölkənin maliyyə dayanıqlığı gücləndirildi.
Prezident çıxışında vurğuladı ki, təbii sərvətlərə malik olmaqdan daha vacibi həmin imkanlardan düzgün istifadə etməkdir. Azərbaycanın təcrübəsi göstərir ki, enerji gəlirləri sosial rifahın yüksəldilməsinə, infrastrukturun yenilənməsinə, təhsil və səhiyyə sisteminin inkişafına, eləcə də milli təhlükəsizliyin möhkəmləndirilməsinə yönəldildikdə ölkənin davamlı inkişafı təmin olunur. Enerji sektorundan əldə edilən gəlirlər ölkənin müdafiə qabiliyyətinin artırılmasına da mühüm töhfə verib. Güclü iqtisadi baza nəticəsində müasir ordu quruculuğu həyata keçirilib və Azərbaycanın hərbi potensialı əhəmiyyətli dərəcədə yüksəlib. Bu amillər sonrakı dövrdə ölkənin milli maraqlarının təmin edilməsində mühüm rol oynayıb.
Bu gün Azərbaycan həyata keçirdiyi iri enerji layihələri vasitəsilə beynəlxalq enerji təhlükəsizliyinə ciddi töhfə verir. Müxtəlif boru kəmərləri və nəqliyyat infrastrukturları ölkəni Avrasiyanın vacib enerji qovşaqlarından birinə çevirib. Eyni zamanda, alternativ enerji sahəsində görülən işlər Azərbaycanın gələcəkdə təmiz enerji ixracatçısı kimi də mövqeyini gücləndirə bilər. Bakı Enerji Həftəsi yalnız enerji sektoruna həsr olunmuş tədbir deyil, həm də yeni əməkdaşlıq imkanlarının müzakirə olunduğu, strateji qərarların formalaşdırıldığı mühüm beynəlxalq platformadır. Prezident İlham Əliyevin çıxışı isə Azərbaycanın gələcək inkişaf prioritetlərini və enerji siyasətinin əsas istiqamətlərini aydın şəkildə ortaya qoyur.
Rail Tağızadə
Yeni Azərbaycan Partiyası Naxçıvan şəhər təşkilatının sədr müavini
Xəbər lenti
Hamısına baxİdman
29 Sentyabr 14:44
Gündəm
29 Sentyabr 14:24
Dünya
29 Sentyabr 14:22
Dünya
29 Sentyabr 13:25
Sosial
29 Sentyabr 13:13
İqtisadiyyat
29 Sentyabr 13:08
Sosial
29 Sentyabr 12:28
Gündəm
29 Sentyabr 12:26
Sosial
29 Sentyabr 12:26
Hadisə
29 Sentyabr 12:25
Gündəm
29 Sentyabr 12:15
YAP xəbərləri
29 Sentyabr 12:10
Gündəm
29 Sentyabr 11:59
Dünya
29 Sentyabr 11:55
Siyasət
29 Sentyabr 11:35
YAP xəbərləri
29 Sentyabr 11:18
Dünya
29 Sentyabr 11:16
Dünya
29 Sentyabr 11:13
YAP xəbərləri
29 Sentyabr 11:12
Sosial
29 Sentyabr 11:10
Elanlar
29 Sentyabr 11:09
Siyasət
29 Sentyabr 10:58
İqtisadiyyat
29 Sentyabr 10:50
Elanlar
29 Sentyabr 10:35
Hadisə
29 Sentyabr 10:30
Sosial
29 Sentyabr 10:27
Dünya
29 Sentyabr 10:25
Gündəm
29 Sentyabr 10:24
Dünya
29 Sentyabr 10:22
İqtisadiyyat
29 Sentyabr 10:18
İqtisadiyyat
29 Sentyabr 10:17
Analitik
29 Sentyabr 09:45
Analitik
29 Sentyabr 09:17
Sosial
29 Sentyabr 08:50
Turizm
29 Sentyabr 08:34
İqtisadiyyat
28 Sentyabr 23:35
Dünya
28 Sentyabr 23:12
Elm
28 Sentyabr 22:40
Dünya
28 Sentyabr 22:18
Dünya
28 Sentyabr 21:56
Dünya
28 Sentyabr 21:29
Dünya
28 Sentyabr 20:45
Dünya
28 Sentyabr 20:32
Dünya
28 Sentyabr 20:17
Dünya
28 Sentyabr 19:50
Dünya
28 Sentyabr 19:24
Dünya
28 Sentyabr 19:09
Sosial
28 Sentyabr 18:37
Sosial
28 Sentyabr 18:35
Sosial
28 Sentyabr 18:34
Dünya
28 Sentyabr 18:16
İdman
28 Sentyabr 18:11
Siyasət
28 Sentyabr 17:39
Dünya
28 Sentyabr 17:31
Dünya
28 Sentyabr 17:22
YAP xəbərləri
28 Sentyabr 16:40
Dünya
28 Sentyabr 16:31
YAP xəbərləri
28 Sentyabr 16:23
Xəbər lenti
28 Sentyabr 16:12
Elanlar
28 Sentyabr 15:59
Sosial
28 Sentyabr 15:30
Dünya
28 Sentyabr 15:19
Elanlar
28 Sentyabr 15:16
Sosial
28 Sentyabr 14:31
Dünya
28 Sentyabr 14:25
Din
28 Sentyabr 14:03
İdman
28 Sentyabr 13:55
Sosial
28 Sentyabr 13:41
Dünya
28 Sentyabr 13:30
Sosial
28 Sentyabr 13:06

