Uğurlu enerji siyasəti Azərbaycanın etibarlı tərəfdaş mövqeyini gücləndirib
03.06.2026 [10:10]
Bu gün dünya siyasətinin aktual məsələlərindən biri enerji təhlükəsizliyidir. Enerji qaynaqlarının əhəmiyyəti artır və sürətlə böyüyən dünya iqtisadiyyatı bu qaynaqlara əvvəlkindən daha çox ehtiyac duyur. Artıq strateji enerji mənbələri qlobal geosiyasi vəziyyətə təsir edən amillərdən birinə çevrilib. Azərbaycan Respublikası da zəngin enerji ehtiyatlarına, inkişaf etmiş yanacaq və enerji infrastrukturuna və enerji sisteminə malik ölkələrdəndir. Azərbaycanın enerji təhlükəsizliyi siyasətinin əsasları öz başlanğıcını 1994-cü ildə imzalanmış “Əsrin müqaviləsi”ndən götürmüşdür.1994-cü ildə keçirilən ilk Xəzər Neft və Qaz Sərgisindən etibarən Azərbaycanın neft və qaz strategiyası ölkənin geosiyasi çəkisini artırmaqla yanaşı, iqtisadi müstəqilliyinin də təməlini qoydu. Məhz bu sərginin ardınca imzalanan və sonradan “Əsrin müqaviləsi” adlandırılan saziş, Ulu Öndər Heydər Əliyevin uzaqgörən siyasətinin nəticəsi olaraq Azərbaycanın gələcək inkişaf yolunu müəyyənləşdirdi.
Azərbaycan dünya enerji xəritəsində strateji rolunu möhkəmləndirməkdə davam edir. 2026-cı il iyunun 1-də regionun aparıcı sənaye tədbiri olan və hər il qlobal enerji liderlərini bir araya gətirən Bakı Enerji Həftəsi fəaliyyətə başladı. Təşkil edildiyi illər ərzində Bakı Enerji Həftəsi həm regional, həm də beynəlxalq səviyyədə etibarlı enerji platforması kimi formalaşaraq, qlobal tədbirlər təqvimində mühüm və gözlənilən hadisələrdən biri olub.
Bakı Enerji Həftəsinin açılış mərasimində Dövlət başçısı İlham Əliyevin iştirakı bir daha tədbirin yüksək beynəlxalq statusunu və əhəmiyyətini nümayiş etdirir. Bakı Enerji Həftəsi artıq yeni yanaşmaların və beynəlxalq enerji dialoqunun formalaşdığı nüfuzlu bir forum kimi tanınır.
Prezident İlham Əliyevi Bakı Enerji Həftəsinin rəsmi açılış mərasimində çıxışı Azərbaycanın son otuz ildə keçdiyi inkişaf yolunun, enerji strategiyasının uğurlarının və ölkəmizin beynəlxalq enerji təhlükəsizliyində artan rolunun təqdimatı kimi böyük əhəmiyyət daşıyır.
Bu gün Azərbaycan enerji təhlükəsizliyi sahəsində etibarlı tərəfdaş kimi tanınır. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, hazırda Azərbaycan qazı 16 ölkəyə ixrac olunur ki, onların da 10-u Avropa İttifaqına üzv dövlətlərdir. Cənub Qaz Dəhlizi, TANAP və TAP kimi nəhəng layihələr ölkəmizin qlobal enerji xəritəsində strateji mövqeyini daha da gücləndirib. Azərbaycanın təşəbbüsü və sərmayələri ilə reallaşan bu layihələr təkcə iqtisadi deyil, həm də siyasi və geostrateji əhəmiyyət daşıyır. Ölkələrin sayının artacağını qeyd edərək, Prezident İlham Əliyev vurğuladı ki, boru xətti ilə qazın müxtəlif ölkələrə nəql edilməsi, ərazi və coğrafiya kimi parametrlərə baxsanız görərsiniz ki, biz dünyada birinciyik. Biz qaz təchizatımızı artıracağıq. Düzgün enerji siyasəti bizə Azərbaycandan xaricə sərmayə yatırmağa imkan verdi. Otuz il bundan əvvəl biz investorları cəlb edirdik. İndi isə öz investisyalarımızla xaricə çıxırıq. Bu gün Dövlət Neft Şirkəti – SOCAR Yaxın Şərq, Afrika və Mərkəzi Asiyaya investisiya yatırır və bu coğrafiya daha da genişlənəcək".
Vaxtilə 50 faizdən çox olan yoxsulluq səviyyəsinin 5 faizə qədər azalması, işsizliyin minimum həddə enməsi, xarici borcun ÜDM-in cəmi 6 faizi səviyyəsində olması və strateji valyuta ehtiyatlarının xarici borcu 18 dəfədən çox üstələməsi həyata keçirilən uğurlu dövlət siyasətinin nəticəsidir. Bu göstəricilər təbii sərvətlərdən əldə olunan gəlirlərin xalqın rifahına və ölkənin dayanıqlı inkişafına yönəldildiyini bir daha təsdiqləyir.
Prezident İlham Əliyev çıxışında enerji resurslarından əldə edilən gəlirlərin ölkənin müdafiə qüdrətinin artırılmasında da mühüm rol oynadığını qeyd etdi. Məhz güclü iqtisadiyyat və maliyyə imkanları sayəsində Azərbaycan qüdrətli ordu quraraq 44 günlük Vətən müharibəsində tarixi Qələbə qazandı və ərazi bütövlüyünü bərpa etdi.
Dövlət başçısının çıxışında diqqət çəkən əsas məqamlardan biri də yaşıl enerji sahəsində həyata keçirilən layihələr oldu. Azərbaycan ənənəvi enerji istehsalçısı olmaqla yanaşı, bərpaolunan enerji sahəsində də regionun lider dövlətlərindən birinə çevrilməkdədir. Gələn ilin sonunadək günəş və külək enerjisi üzrə gücün 2 giqavata, 2032-ci ilin sonunadək isə 8 giqavata çatdırılması planlaşdırılır. Qarabağ və Şərqi Zəngəzurda yaradılan yeni hidroenerji potensialı da bu strategiyanın mühüm tərkib hissəsidir.
Prezident İlham Əliyevin çıxışı bir daha göstərdi ki, Azərbaycan enerji təhlükəsizliyinin təmin edilməsində qlobal miqyasda mühüm rol oynayan etibarlı tərəfdaşdır. Enerji ehtiyatlarının səmərəli idarə olunması, yeni enerji marşrutlarının yaradılması və bərpaolunan enerji mənbələrinin inkişafı ölkəmizin enerji strategiyasının əsas istiqamətlərini təşkil edir. Bu siyasət isə Azərbaycanın beynəlxalq enerji əməkdaşlığında mövqeyini daha da möhkəmləndirir.
YAP Naftalan şəhər təşkilatının sədri Rövlan Heydərov
Xəbər lenti
Hamısına baxSosial
02 Oktyabr 08:50
MEDİA
02 Oktyabr 08:37
Gündəm
02 Oktyabr 08:10
Dünya
01 Oktyabr 23:14
Dünya
01 Oktyabr 22:35
Dünya
01 Oktyabr 21:50
Dünya
01 Oktyabr 21:22
Dünya
01 Oktyabr 20:45
Dünya
01 Oktyabr 20:17
Dünya
01 Oktyabr 19:54
Dünya
01 Oktyabr 19:20
Sosial
01 Oktyabr 18:32
Dünya
01 Oktyabr 18:14
Dünya
01 Oktyabr 17:33
Sosial
01 Oktyabr 17:12
Hadisə
01 Oktyabr 16:24
Sosial
01 Oktyabr 15:26
Sosial
01 Oktyabr 15:19
Sosial
01 Oktyabr 14:59
YAP xəbərləri
01 Oktyabr 14:58
MEDİA
01 Oktyabr 14:35
YAP xəbərləri
01 Oktyabr 14:30
YAP xəbərləri
01 Oktyabr 14:18
İqtisadiyyat
01 Oktyabr 13:23
Gündəm
01 Oktyabr 12:55
İdman
01 Oktyabr 12:49
Hadisə
01 Oktyabr 12:46
Siyasət
01 Oktyabr 12:27
Yeni texnologiyalar
01 Oktyabr 12:13
Siyasət
01 Oktyabr 12:11
Siyasət
01 Oktyabr 11:43
Sosial
01 Oktyabr 11:16
YAP xəbərləri
01 Oktyabr 11:14
Xəbər lenti
01 Oktyabr 11:09
Gündəm
01 Oktyabr 11:04
İqtisadiyyat
01 Oktyabr 10:58
Siyasət
01 Oktyabr 10:36
Analitik
01 Oktyabr 10:24
Analitik
01 Oktyabr 09:45
Sosial
01 Oktyabr 09:19
Mədəniyyət
01 Oktyabr 08:52
Sosial
01 Oktyabr 08:36
Gündəm
01 Oktyabr 08:10
Mədəniyyət
30 Sentyabr 23:53
Hadisə
30 Sentyabr 23:41
Dünya
30 Sentyabr 23:00
YAP xəbərləri
30 Sentyabr 22:49
Elm
30 Sentyabr 22:37
Dünya
30 Sentyabr 22:05
Dünya
30 Sentyabr 21:25
Dünya
30 Sentyabr 21:18
Dünya
30 Sentyabr 20:52
İqtisadiyyat
30 Sentyabr 20:29
Elm
30 Sentyabr 20:15
Dünya
30 Sentyabr 19:45
Dünya
30 Sentyabr 19:37
İqtisadiyyat
30 Sentyabr 19:23
Gündəm
30 Sentyabr 18:47
Dünya
30 Sentyabr 18:21
Elanlar
30 Sentyabr 17:56
Asiya
30 Sentyabr 17:53
Dünya
30 Sentyabr 17:25
Dünya
30 Sentyabr 16:49
Dünya
30 Sentyabr 16:17
Gündəm
30 Sentyabr 16:01
Dünya
30 Sentyabr 15:54
Daxili siyasət
30 Sentyabr 15:29
Dünya
30 Sentyabr 14:43
Xəbər lenti
30 Sentyabr 14:15
Ədəbiyyat
30 Sentyabr 13:43

