Aqrar sektorun inkişafı dövlət siyasətinin prioritet istiqamətlərindən biridir
01.06.2026 [10:09]
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə keçirilən kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirə ölkədə aqrar sektorun inkişafına verilən yüksək önəmin növbəti təsdiqi oldu. Müşavirədə kənd təsərrüfatının mövcud vəziyyəti, qarşıda duran əsas vəzifələr, ərzaq təhlükəsizliyinin təmin olunması, müasir texnologiyaların tətbiqi və fermerlərin dövlət dəstəyi ilə əhatə olunması kimi mühüm məsələlər geniş şəkildə müzakirə edildi. Son illər Azərbaycanda qeyri-neft sektorunun inkişafı istiqamətində həyata keçirilən siyasətdə aqrar sahə xüsusi yer tutur. Dövlət başçısının rəhbərliyi ilə qəbul edilən proqramlar kənd təsərrüfatının davamlı inkişafına, regionlarda məşğulluğun artırılmasına və kənd əhalisinin sosial rifahının yüksəldilməsinə mühüm töhfə verir. Bu baxımdan keçirilən müşavirə aqrar sahənin gələcək inkişaf istiqamətlərinin müəyyənləşdirilməsi baxımından böyük əhəmiyyət daşıyır. Bu müşavirədə vurğulandı ki, ərzaq təhlükəsizliyi hər bir dövlət üçün strateji məsələdir. Dünyada baş verən qlobal iqtisadi dəyişikliklər, iqlim problemləri və ərzaq bazarında müşahidə olunan dalğalanmalar fonunda kənd təsərrüfatının inkişaf etdirilməsi daha da aktuallaşır. Azərbaycan dövləti bu çağırışları nəzərə alaraq aqrar sahədə məhsuldarlığın artırılması, torpaq və su resurslarından səmərəli istifadə, yerli istehsalın genişləndirilməsi istiqamətində mühüm addımlar atır. Ölkə prezidenti
cənab İlham Əliyev müşavirədə kənd təsərrüfatında innovativ yanaşmaların tətbiqinin vacibliyini xüsusi qeyd etdi. Müasir suvarma sistemlərinin qurulması, rəqəmsal texnologiyaların tətbiqi, aqroparkların fəaliyyətinin genişləndirilməsi və texnika təminatının gücləndirilməsi aqrar sahənin modernləşdirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Bu addımlar həm məhsuldarlığın yüksəlməsinə, həm də kənd təsərrüfatı məhsullarının keyfiyyətinin artmasına şərait yaradır.Fermerlərə göstərilən dövlət dəstəyi də müşavirədə diqqət mərkəzində olan əsas məsələlərdən biri idi. Subsidiyalar, güzəştli kreditlər, lizinq yolu ilə kənd təsərrüfatı texnikasının verilməsi və toxum təminatı fermerlərin fəaliyyətinin genişlənməsinə ciddi stimul yaradır. Dövlətin bu istiqamətdə həyata keçirdiyi siyasət kənd təsərrüfatında sahibkarlığın inkişafına və regionların iqtisadi potensialının güclənməsinə xidmət edir.Müşavirədə işğaldan azad edilmiş ərazilərdə kənd təsərrüfatının inkişaf perspektivlərinə də xüsusi diqqət yetirildi.Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında münbit torpaq sahələrinin yenidən dövriyyəyə cəlb olunması, müasir infrastrukturun qurulması və “ağıllı kənd” layihələrinin həyata keçirilməsi bu bölgələrin aqrar potensialını daha da artıracaq.Bu istiqamətdə həyata keçirilən layihələr Azərbaycanın kənd təsərrüfatında yeni inkişaf mərhələsinin başlanğıcı kimi qiymətləndirilir. Kənd təsərrüfatına dair müşavirə bir daha göstərdi ki, Azərbaycan dövləti aqrar sahənin inkişafını ölkənin iqtisadi siyasətinin əsas prioritetlərindən biri kimi müəyyən edib. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü siyasət nəticəsində kənd təsərrüfatı həm iqtisadi inkişafın, həm də sosial rifahın təmin olunmasında mühüm rol oynayır.Qarşıdakı dövrdə bu sahədə aparılan islahatların daha da dərinləşdirilməsi Azərbaycanın ərzaq təhlükəsizliyinin möhkəmləndirilməsinə və qeyri-neft sektorunun dayanıqlı inkişafına mühüm töhfələr verəcək.
Səyyad Mirzəyev
YAP Ağdam rayon təşkilatının əməkdaşı
Xəbər lenti
Hamısına baxDünya
07 Avqust 23:21
Maraqlı
07 Avqust 22:17
Maraqlı
07 Avqust 21:35
Analitik
07 Avqust 21:02
Siyasət
07 Avqust 21:00
Siyasət
07 Avqust 20:57
Siyasət
07 Avqust 20:41
Dünya
07 Avqust 20:17
Dünya
07 Avqust 19:22
Dünya
07 Avqust 18:45
Dünya
07 Avqust 18:19
Dünya
07 Avqust 17:49
Dünya
07 Avqust 17:25
Dünya
07 Avqust 16:57
Dünya
07 Avqust 16:40
Dünya
07 Avqust 16:23
İdman
07 Avqust 15:31
Dünya
07 Avqust 15:06
Dünya
07 Avqust 14:45
Hadisə
07 Avqust 14:19
Dünya
07 Avqust 13:50
Siyasət
07 Avqust 13:28
Gündəm
07 Avqust 13:27
Siyasət
07 Avqust 13:26
Siyasət
07 Avqust 13:25
Dünya
07 Avqust 13:25
Siyasət
07 Avqust 13:23
MEDİA
07 Avqust 13:22
Siyasət
07 Avqust 13:22
Sosial
07 Avqust 13:20
MEDİA
07 Avqust 13:04
MEDİA
07 Avqust 12:55
Dünya
07 Avqust 12:43
Hadisə
07 Avqust 12:18
Gündəm
07 Avqust 11:55
Gündəm
07 Avqust 11:40
Siyasət
07 Avqust 11:20
Sosial
07 Avqust 10:50
Analitik
07 Avqust 10:30
Analitik
07 Avqust 10:05
Analitik
07 Avqust 09:45
Analitik
07 Avqust 09:20
Ədəbiyyat
07 Avqust 09:05
Dünya
07 Avqust 07:28
Dünya
06 Avqust 23:45
Dünya
06 Avqust 23:10
İdman
06 Avqust 23:07
Dünya
06 Avqust 22:42
Dünya
06 Avqust 22:05
Dünya
06 Avqust 21:39
Dünya
06 Avqust 21:17
Siyasət
06 Avqust 21:06
Siyasət
06 Avqust 20:46
Dünya
06 Avqust 20:45
Dünya
06 Avqust 20:12
Dünya
06 Avqust 19:48
İdman
06 Avqust 19:26
İqtisadiyyat
06 Avqust 18:55
İqtisadiyyat
06 Avqust 18:30
İqtisadiyyat
06 Avqust 18:10
Siyasət
06 Avqust 17:50
İdman
06 Avqust 17:32
Elm
06 Avqust 17:27
Dünya
06 Avqust 17:05
İqtisadiyyat
06 Avqust 16:46
Elm
06 Avqust 16:43
Sosial
06 Avqust 16:40
İqtisadiyyat
06 Avqust 16:28
Elm
06 Avqust 16:17
Sosial
06 Avqust 16:11

