İdmanın inkişafı istiqamətində mühüm addımlar
01.05.2026 [20:31]
Cari ilin aprel ayının 30-da Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Albaniyanın paytaxtı Tiranada keçirilmiş Avropa çempionatında komanda hesabında Avropa çempionu olan yunan-Roma güləşi və sərbəst güləş, həmçinin qadın güləşi üzrə medal qazanmış idmançıları və onların məşqçilərini qəbul edib. Görüşdə idmaçılar qarşısında çıxış edən dövlətimizin başçısı ilk növbədə Avropa çempionatında əldə olunmuş böyük qələbə münasibətilə təbriklərini və xoş arzularını çatdırmış, xüsusi vurğulamışdır ki, “Hər dəfə beynəlxalq yarışlarda bizim bayrağımız qaldırılanda bütün Azərbaycan xalqı qürur hissi keçirir, sevinir.” Cənab Prezident çıxışında son illərdə Azərbaycan idmanının əldə etdiyi uğurlardan, idmanın inkişafı istiqamətində həyata keçirilən dövlət siyasətindən, həmçinin ölkəmizin beynəlxalq səviyyəli idman yarışlarına ev sahibliyi etməsindən bəhs etdi. Cənab Prezident qeyd etmişdir ki, Azərbaycanda idmanın inkişafı dövlət siyasətidir və dövlət xətti ilə bir çox proqramlar icra edilmişdir. İdman infrastrukturu demək olar ki, sıfırdan qurulmuşdur və bu gün ən yüksək səviyyədədir.
Dövlətimizin başçısı gənc nəslin sağlam və vətənpərvərlik ruhunda tərbiyə edilməsində idmanın olduqca vacib amillərdən biri olduğunu qeyd edərək bildirmişdir ki, “Bu qələbə sevincini idmançılarımız xalqımıza bəxş edir və bu da öz növbəsində gənc nəsli vətənpərvərlik ruhunda tərbiyə etmək üçün çox önəmli amildir.” Qeyd etməliyik ki, Əsası Ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş və Möhtərəm cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən idman siyasətimizin əsas istiqamətlərindən biri də gəncləri sağlam və vətənpərvərlik ruhunda tərbiyə etməkdir ki, gənclər Vətən sevgisi ilə böyüyüb tərbiyə alsınlar və beləliklə, ölkəmizin inkişafı daimi və əbədi olsun.
Bundan əlavə dövlətimizin başçısı son illərdə Azərbaycanın beynəlxalq səviyyəli idman yarışlarında əldə etdiyi uğurlara toxunaraq qeyd etdi ki, bu istiqamətdə bizim təcrübəmiz böyükdür və çox böyük beynəlxalq yarışlar keçirmişik, həm Avropa Oyunlarını, həm İslam Həmrəyliyi Oyunlarını. Bunlar demək olar ki, Yay Olimpiya Oyunlarının səviyyəsinə çox yaxındır. Keçən il MDB Oyunlarını özü də paytaxtda yox, bölgələrdə keçirmişik. Yəni bu onu göstərir ki, çox güclü potensial var və idmana, idmançılara qayğı dövlət siyasətidir.
Xüsusi qeyd etməliyik ki, müstəqil və suveren Azərbaycan dövlətinin bütün sahələrdə əldə etdiyi uğurlar ölkəmizdə idmanın da inkişafına mühüm təkan vermişdir. Məhz bunun nəticəsidir ki, idmana dövlət qayğısı daha da artmış, ölkəmizin iqtisadi inkişafına, artan maliyyə imkanlarına uyğun olaraq onun maddi-texniki bazasının möhkəmləndirilməsi yolunda ciddi işlərə başlanılmışdır. Azərbaycanda idman siyasətinin düzgün qurulduğunu bu sahədə qazanılmış uğurlu nəticələr təsdiqləyir. Son illərdə beynəlxalq yarışlarda idmançılarımızın qazandığı uğurlar uzun illər ərzində formalaşmış inkişaf modelinin nəticəsidir. Sevindirici və qürurverici haldır ki, bu gün hərtərəfli dövlət qayğısı ilə əhatə olunmuş idmançılarımız respublikamızın idman şərəfini yüksəklərə qaldırır, beynəlxalq səviyyəli yarışlarda üçrəngli bayrağımızı göylərə ucaldırlar.
Bəhruz Ramazanov
YAP Qusar rayon təşkilatının məsləhətçisi
Xəbər lenti
Hamısına baxDünya
06 Avqust 23:45
Dünya
06 Avqust 23:10
İdman
06 Avqust 23:07
Dünya
06 Avqust 22:42
Dünya
06 Avqust 22:05
Dünya
06 Avqust 21:39
Dünya
06 Avqust 21:17
Siyasət
06 Avqust 21:06
Siyasət
06 Avqust 20:46
Dünya
06 Avqust 20:45
Dünya
06 Avqust 20:12
Dünya
06 Avqust 19:48
İdman
06 Avqust 19:26
İqtisadiyyat
06 Avqust 18:55
İqtisadiyyat
06 Avqust 18:30
İqtisadiyyat
06 Avqust 18:10
Siyasət
06 Avqust 17:50
İdman
06 Avqust 17:32
Elm
06 Avqust 17:27
Dünya
06 Avqust 17:05
İqtisadiyyat
06 Avqust 16:46
Elm
06 Avqust 16:43
Sosial
06 Avqust 16:40
İqtisadiyyat
06 Avqust 16:28
Elm
06 Avqust 16:17
Sosial
06 Avqust 16:11
İqtisadiyyat
06 Avqust 16:07
Dünya
06 Avqust 16:05
İdman
06 Avqust 15:54
Dünya
06 Avqust 15:26
Dünya
06 Avqust 15:23
Sosial
06 Avqust 14:55
Sosial
06 Avqust 14:41
İdman
06 Avqust 14:39
İqtisadiyyat
06 Avqust 14:36
Dünya
06 Avqust 14:34
İqtisadiyyat
06 Avqust 14:29
Dünya
06 Avqust 14:18
Siyasət
06 Avqust 14:05
Sosial
06 Avqust 14:02
Siyasət
06 Avqust 13:54
İqtisadiyyat
06 Avqust 13:46
Dünya
06 Avqust 13:42
Sosial
06 Avqust 13:42
Mədəniyyət
06 Avqust 13:38
İqtisadiyyat
06 Avqust 13:31
Elm
06 Avqust 13:17
İqtisadiyyat
06 Avqust 13:05
Elm
06 Avqust 12:43
Elm
06 Avqust 12:20
Gündəm
06 Avqust 11:50
Müsahibə
06 Avqust 11:32
Gündəm
06 Avqust 11:28
Siyasət
06 Avqust 11:25
Analitik
06 Avqust 11:13
Siyasət
06 Avqust 10:48
Gündəm
06 Avqust 10:30
Analitik
06 Avqust 10:14
Analitik
06 Avqust 09:55
Siyasət
06 Avqust 09:53
Analitik
06 Avqust 09:40
Ədəbiyyat
06 Avqust 09:20
MEDİA
06 Avqust 09:05
Siyasət
06 Avqust 08:14
Dünya
05 Avqust 23:51
Dünya
05 Avqust 23:15
Dünya
05 Avqust 22:58
Dünya
05 Avqust 22:36
YAP xəbərləri
05 Avqust 22:23
İdman
05 Avqust 22:19

