Qaradağ rayonunda “Şəhərsalma və Memarlıq İli” çərçivəsində tədbir keçirilib
01.05.2026 [20:29]
2026-cı il mayın 1-də Lökbatan qəsəbəsində yerləşən Heydər Əliyev Mərkəzində Yeni Azərbaycan Partiyası Qaradağ rayon təşkilatının Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin Qaradağ rayonu Sukanal İdarəsi ilə birgə təşkil etdiyi “Müasir şəhərsalmada su təsərrüfatı: dayanıqlı inkişaf modeli” mövzusunda tədbir keçirilib.
Tədbir iştirakçıları əvvəlcə Mərkəzin qarşısında ucaldılmış Ulu Öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyaraq onun əziz xatirəsini dərin ehtiramla yad ediblər.
Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə Ümummilli Lider Heydər Əliyevin və Vətənimizin ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla anılıb.
Tədbiri giriş sözü ilə açan YAP Qaradağ rayon təşkilatı sədrinin müavini Faiq Qurbanov Azərbaycanın qədim şəhərsalma ənənələrinin müasir dövrün tələblərinə uyğun inkişaf etdirilməsində Ulu Öndər Heydər Əliyevin misilsiz rolundan bəhs edib. O, qloballaşan dünyada şəhərlərin dayanıqlı inkişaf prinsipləri əsasında formalaşdırılmasının vacibliyini vurğulayaraq, “Şəhərsalma və Memarlıq İli” çərçivəsində keçirilən maarifləndirici tədbirlərin əhəmiyyətini xüsusi qeyd edib.
F.Qurbanov, həmçinin Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə, o cümlədən işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən genişmiqyaslı quruculuq və abadlıq işlərindən, müasir memarlıq nümunələrinin yaradılmasından, “ağıllı şəhər” və “ağıllı kənd” konsepsiyalarının tətbiqindən danışıb. O, müasir şəhərsalmada su təsərrüfatının rolunu önə çəkərək içməli su ehtiyatlarının qorunması, ekoloji tarazlığın təmin edilməsi və bu sahədə çalışan əməkdaşların zəhmətinin yüksək qiymətləndirilməli olduğunu bildirib.
Daha sonra “Şəhərsalma və Memarlıq İli”nin əhəmiyyətini əks etdirən videoçarx nümayiş olunub.
Tədbirdə geniş məruzə ilə çıxış edən Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin Qaradağ rayonu Sukanal İdarəsinin rəisi Sultan Əmiraslanov 2026-cı ilin Prezident İlham Əliyev tərəfindən “Şəhərsalma və Memarlıq İli” elan edilməsinin strateji əhəmiyyətindən danışıb. O qeyd edib ki, bu təşəbbüs ölkəmizdə şəhərsalma siyasətinin daha da təkmilləşdirilməsinə, müasir infrastrukturun qurulmasına və milli memarlıq irsinin qorunaraq gələcək nəsillərə ötürülməsinə mühüm töhfə verir.
S.Əmiraslanov vurğulayıb ki, Ümummilli Lider Heydər Əliyevin müəyyən etdiyi inkişaf strategiyası bu gün də uğurla davam etdirilir və su təsərrüfatı sektoru bu siyasətin əsas istiqamətlərindən biridir. Onun sözlərinə görə, müasir şəhərsalmada su resurslarının səmərəli idarə olunması, itkilərin minimuma endirilməsi, alternativ su mənbələrinin araşdırılması və rəqəmsal texnologiyaların tətbiqi prioritet məsələlərdəndir.
O, həmçinin bildirib ki, Qaradağ rayonunda həyata keçirilən layihələr çərçivəsində yeni su xətlərinin çəkilməsi, mövcud şəbəkələrin yenilənməsi, müasir sutəmizləyici qurğuların quraşdırılması və kanalizasiya sistemlərinin genişləndirilməsi əhalinin həyat keyfiyyətinin yüksəldilməsinə xidmət edir. Bu layihələr nəticəsində fasiləsiz və keyfiyyətli içməli su təminatı, tullantı sularının təhlükəsiz idarə olunması təmin edilir ki, bu da həm ekoloji təhlükəsizliyin, həm də dayanıqlı inkişafın əsas şərtlərindəndir.
S.Əmiraslanov çıxışında, eyni zamanda, işğaldan azad olunmuş ərazilərdə həyata keçirilən su təsərrüfatı layihələrinə toxunaraq qeyd edib ki, “Böyük Qayıdış” proqramı çərçivəsində həmin ərazilərdə müasir standartlara uyğun su infrastrukturu qurulur və bu, bölgənin sosial-iqtisadi dirçəlişində mühüm rol oynayır.
Tədbirdə çıxış edən digər natiqlər – Bakı şəhəri Gənclər və İdman İdarəsinin Qaradağ rayonu üzrə sektor müdiri Elçin Abbasov, ADSEA Qaradağ rayonu Sukanal İdarəsinin şöbə müdiri Murad Əliyev, kadrlar şöbəsinin əməkdaşı Fatma Cəfərova və başqaları su təsərrüfatı işçilərinin fədakar əməyindən, sahədə aparılan islahatlardan və əldə olunan nailiyyətlərdən bəhs edərək bu sahəyə göstərilən dövlət qayğısını yüksək qiymətləndiriblər.
Tədbirin sonunda çıxış edən Faiq Qurbanov su təsərrüfatı sahəsində çalışan əməkdaşlara təşəkkürünü bildirib, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.
Xəbər lenti
Hamısına baxDünya
01 Oktyabr 23:14
Dünya
01 Oktyabr 22:35
Dünya
01 Oktyabr 21:50
Dünya
01 Oktyabr 21:22
Dünya
01 Oktyabr 20:45
Dünya
01 Oktyabr 20:17
Dünya
01 Oktyabr 19:54
Dünya
01 Oktyabr 19:20
Sosial
01 Oktyabr 18:32
Dünya
01 Oktyabr 18:14
Dünya
01 Oktyabr 17:33
Sosial
01 Oktyabr 17:12
Hadisə
01 Oktyabr 16:24
Sosial
01 Oktyabr 15:26
Sosial
01 Oktyabr 15:19
Sosial
01 Oktyabr 14:59
YAP xəbərləri
01 Oktyabr 14:58
MEDİA
01 Oktyabr 14:35
YAP xəbərləri
01 Oktyabr 14:30
YAP xəbərləri
01 Oktyabr 14:18
İqtisadiyyat
01 Oktyabr 13:23
Gündəm
01 Oktyabr 12:55
İdman
01 Oktyabr 12:49
Hadisə
01 Oktyabr 12:46
Siyasət
01 Oktyabr 12:27
Yeni texnologiyalar
01 Oktyabr 12:13
Siyasət
01 Oktyabr 12:11
Siyasət
01 Oktyabr 11:43
Sosial
01 Oktyabr 11:16
YAP xəbərləri
01 Oktyabr 11:14
Xəbər lenti
01 Oktyabr 11:09
Gündəm
01 Oktyabr 11:04
İqtisadiyyat
01 Oktyabr 10:58
Siyasət
01 Oktyabr 10:36
Analitik
01 Oktyabr 10:24
Analitik
01 Oktyabr 09:45
Sosial
01 Oktyabr 09:19
Mədəniyyət
01 Oktyabr 08:52
Sosial
01 Oktyabr 08:36
Gündəm
01 Oktyabr 08:10
Mədəniyyət
30 Sentyabr 23:53
Hadisə
30 Sentyabr 23:41
Dünya
30 Sentyabr 23:00
YAP xəbərləri
30 Sentyabr 22:49
Elm
30 Sentyabr 22:37
Dünya
30 Sentyabr 22:05
Dünya
30 Sentyabr 21:25
Dünya
30 Sentyabr 21:18
Dünya
30 Sentyabr 20:52
İqtisadiyyat
30 Sentyabr 20:29
Elm
30 Sentyabr 20:15
Dünya
30 Sentyabr 19:45
Dünya
30 Sentyabr 19:37
İqtisadiyyat
30 Sentyabr 19:23
Gündəm
30 Sentyabr 18:47
Dünya
30 Sentyabr 18:21
Elanlar
30 Sentyabr 17:56
Asiya
30 Sentyabr 17:53
Dünya
30 Sentyabr 17:25
Dünya
30 Sentyabr 16:49
Dünya
30 Sentyabr 16:17
Gündəm
30 Sentyabr 16:01
Dünya
30 Sentyabr 15:54
Daxili siyasət
30 Sentyabr 15:29
Dünya
30 Sentyabr 14:43
Xəbər lenti
30 Sentyabr 14:15
Ədəbiyyat
30 Sentyabr 13:43
Sosial
30 Sentyabr 13:37
Dünya
30 Sentyabr 13:10
İqtisadiyyat
30 Sentyabr 13:09

