/ / Qusarda görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın anadan olmasının 103-cü ildönümünə həsr edilmiş konfrans keçirilib
Qusarda görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın anadan olmasının 103-cü ildönümünə həsr edilmiş konfrans keçirilib
29.04.2026 [10:16]
Qusar rayon Mərkəzi Xəstəxanası və Yeni Azərbaycan Partiyası (YAP) Qusar rayon təşkilatının birgə təşkilatçılığı ilə “Zərifə Əliyeva: elm və humanizm nümunəsi” mövzusunda elmi-praktik konfrans keçirildi.
Qusar rayon Mərkəzi Xəstəxanasında keçirilən tədbirdə rayon İcra Hakimiyyətinin başçısı Sahir Məmmədxanov, Milli Məclisin deputatı, YAP İdarə Heyətinin üzvü Azər Badamov, YAP Qusar rayon təşkilatının sədri David İbramxəlilov, Qusar rayon Mərkəzi Xəstəxanası Publik Hüquqi Şəxsin direktoru İmran Qurbanov, rayon ictimaiyyətinin nümayəndələri, partiya fəalları və həkimlər iştirak edib.Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və görkəmli oftalmoloq-alim Zərifə xanım Əliyevanın xatirələrinə həsr olunmuş stend önünə tər gül dəstələri düzülərək xatirələri yad edilib.
Rayon Mərkəzi Xəstəxanasının akt zalında davam etdirilən konfransda Ulu Öndər Heydər Əliyevin, akademik Zərifə Əliyevanın, eləcə də Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Daha sonra akademik Zərifə Əliyevanın şərəfli ömür yolu, zəngin elmi-pedaqoji fəaliyyəti, Ulu Öndər Heydər Əliyevlə birgə keçdiyi mənalı həyat yolundan bəhs edən sənədli videoçarx nümayiş etdirilib.
Konfransı giriş sözü ilə Qusar rayon Mərkəzi Xəstəxanası Publik Hüquqi Şəxsin direktoru İmran Qurbanov açaraq akademik Zərifə Əliyeva XX əsr Azərbaycan tibb elminin ən parlaq simalarından biri olmaqla, oftalmologiya sahəsində bir sıra problemlərin elmi həllini vermiş, bu sahənin inkişafında yeni mərhələnin əsasını qoyulduğunu qeyd etdi. Direktor vurğulayıb: “Bu gün Qusar səhiyyəsində çalışan hər bir oftalmoloq özünü Zərifə Əliyeva məktəbinin davamçısı hesab edir. Bizim borcumuz onun ideyalarını yaşatmaq, xəstələrə göstərdiyi şəfqəti nümunə götürməkdir”.
Konfransın işində iştirak edən Qusar Rayon İcra Hakimiyyətinin başçısı Sahir Məmmədxanov görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın Azərbaycan tibb elminin inkişafındakı müstəsna xidmətlərindən, zəngin elmi-pedaqoji fəaliyyətindən bəhs edərək Zərifə xanım Əliyevanın təkcə alim deyil, həm də şəfqətli ana, vəfalı ömür-gün yoldaşı, yüksək mədəniyyətə və mənəviyyata malik ziyalı olduğunu diqqətə çatdırıb: “Zərifə xanım bütün həyatını insanların sağlamlığına, minlərlə insana işıq, nur bəxş etməyə həsr edib. Ulu Öndər Heydər Əliyevlə çiyin-çiyinə xalqına xidmət edən Zərifə Əliyeva Azərbaycan qadınının zəka, mərhəmət, sədaqət və ziyalılıq keyfiyyətlərini özündə cəmləşdirən bir şəxsiyyət idi. İcra başçısı rayonda icra olunacaq infrastruktur layihələri ilə bağlı da qısa məlumat verib.
Milli Məclisin deputatı, YAP İdarə Heyətinin üzvü Azər Badamov öz çıxışında insanlara şəfa vermək, onları sağlam həyata qaytarmaq ən ülvi və müqəddəs peşələrdən biri olduğunu vurğuladı. Akademik Zərifə Əliyeva bu müqəddəs peşənin ən layiqli daşıyıcısı olub. O, təkcə görkəmli həkim-oftalmoloq kimi minlərlə insanın gözünə nur bəxş etməyib, eyni zamanda bacarıqlı pedaqoq, alim-müəllim kimi neçə-neçə gənc həkimin yetişməsində əvəzsiz rol oynayıb, fədakar ana, vəfalı ömür-gün yoldaşı kimi üzərinə düşən bütün şərəfli vəzifələri ləyaqətlə yerinə yetirib.
YAP Qusar rayon təşkilatının sədri David İbramxəlilov çıxışında akademik Zərifə Əliyevanın həyat və fəaliyyətinin mühüm məqamlarına toxunaraq Zərifə xanım yalnız elmi-nəzəri fəaliyyətlə kifayətlənən alim olmadığını qeyd edərək, əksinə görkəmli oftalmoloq mütəmadi olaraq respublikanın müxtəlif regionlarına, o cümlədən ucqar kəndlərə səfərlər edərək əhaliyə səyyar tibbi yardım göstərib, onun traxomaya qarşı apardığı qətiyyətli mübarizə nəticəsində bu ağır infeksion xəstəlik Azərbaycanda tamamilə aradan qaldırıldığını söyləyib. Təşkilatın sədri qeyd edib ki, Zərifə Əliyevanın xalqın sağlamlığı naminə göstərdiyi bu fədakarlıq əsl vətəndaşlıq və humanizm nümunəsi olduğunu bəhs etdi.
Sonda Yeni Azərbaycan Partiyasının sıralarına yeni qoşulmuş bir qrup səhiyyə işçisinə üzvlük vəsiqələri təqdim edilib.
Xəbər lenti
Hamısına baxSosial
03 Oktyabr 22:24
Hadisə
03 Oktyabr 21:18
Sosial
03 Oktyabr 20:31
Dünya
03 Oktyabr 19:17
Dünya
03 Oktyabr 18:23
Dünya
03 Oktyabr 17:40
Siyasət
03 Oktyabr 16:56
Dünya
03 Oktyabr 16:26
Dünya
03 Oktyabr 15:32
Hadisə
03 Oktyabr 14:58
Dünya
03 Oktyabr 14:19
Dünya
03 Oktyabr 13:25
Siyasət
03 Oktyabr 13:05
Sosial
03 Oktyabr 13:02
Siyasət
03 Oktyabr 12:18
Siyasət
03 Oktyabr 11:37
Siyasət
03 Oktyabr 11:25
Gündəm
03 Oktyabr 11:03
Siyasət
03 Oktyabr 10:54
Gündəm
03 Oktyabr 10:39
Gündəm
03 Oktyabr 09:22
Siyasət
03 Oktyabr 08:57
İdman
02 Oktyabr 23:56
İdman
02 Oktyabr 23:05
Elm
02 Oktyabr 22:39
İqtisadiyyat
02 Oktyabr 22:22
Sosial
02 Oktyabr 22:04
İqtisadiyyat
02 Oktyabr 21:43
Elm
02 Oktyabr 21:29
İqtisadiyyat
02 Oktyabr 21:27
Elm
02 Oktyabr 20:52
Sosial
02 Oktyabr 20:31
Siyasət
02 Oktyabr 20:19
Siyasət
02 Oktyabr 20:17
Elm
02 Oktyabr 19:06
Elm
02 Oktyabr 18:45
Dünya
02 Oktyabr 18:34
Mədəniyyət
02 Oktyabr 18:17
Siyasət
02 Oktyabr 18:13
Siyasət
02 Oktyabr 18:11
Siyasət
02 Oktyabr 18:04
Siyasət
02 Oktyabr 18:04
Siyasət
02 Oktyabr 18:03
Siyasət
02 Oktyabr 18:01
Siyasət
02 Oktyabr 18:01
Siyasət
02 Oktyabr 18:00
Sosial
02 Oktyabr 17:56
Dünya
02 Oktyabr 17:51
Sosial
02 Oktyabr 17:44
Sosial
02 Oktyabr 17:21
Gündəm
02 Oktyabr 16:14
Dünya
02 Oktyabr 16:12
Siyasət
02 Oktyabr 15:50
Sosial
02 Oktyabr 14:53
Siyasət
02 Oktyabr 14:32
Sosial
02 Oktyabr 14:32
Siyasət
02 Oktyabr 14:26
Mədəniyyət
02 Oktyabr 14:10
Siyasət
02 Oktyabr 13:49
İqtisadiyyat
02 Oktyabr 13:48
İqtisadiyyat
02 Oktyabr 13:27
Dünya
02 Oktyabr 12:53
Gündəm
02 Oktyabr 12:38
Dünya
02 Oktyabr 12:21
Sosial
02 Oktyabr 11:50
Sosial
02 Oktyabr 11:49
Siyasət
02 Oktyabr 11:45
Gündəm
02 Oktyabr 11:43
Siyasət
02 Oktyabr 11:42
Sosial
02 Oktyabr 11:36

