Türk Dövlətləri Təşkilatı Türk coğrafiyası üçün müstəsna əhəmiyyət kəsb edir
03.04.2026 [11:58]
Məlumdur ki, Türk Dövlətləri Təşkilatı (TDT) baş nazirlərinin görüşlərinin əsas məqsədi üzv ölkələr arasında iqtisadi-ticarət əlaqələrini, nəqliyyat-logistika, enerji və rəqəmsal transformasiya sahələrində əməkdaşlığı gücləndirmək, həmçinin dövlət başçılarının müəyyən etdiyi strateji hədəfləri reallaşdırmaq üçün praktiki addımlar atmaqdır.
Yeri gəlmişkən, qeyd edək ki, Qəbələdə keçirilən 13-cü Zirvə görüşü zamanı əsas prioritetlər müəyyənləşdirilib, yeni sahələrdə əməkdaşlıq yaranıb. Bu gün enerji, "yaşıl enerji" də daxil olmaqla, bağlantılar, hərbi və müdafiə sahəsində, o cümlədən "yumşaq güc" siyasəti üzrə TDT ölkələri arasında əməkdaşlıq mövcuddur. Həmçinin TDT daxilində çoxlu platformalar yaranıb. Bu platformalar üzrə də dövlət və özəl qurumların qarşılıqlı əməkdaşlığı davam edir və onların gündəlik fəaliyyətinin tərkib hissəsinə çevrilib. Yəni, dövlət üçün vacib siyasi istiqamət xalqlar üçün də prioritet hesab olunaraq, qarşılıqlı fayda verəcək əməkdaşlıqlar təşviq edilir.
Onu da qeyd edək ki, hazırkı qlobal təhdid və çağırışlar fonunda TDT kimi regional təşkilatların rolu dünyada artmaqdadır. Son olaraq Naxçıvana dron hücumundan sonra Türkiyədə TDT təhlükəsizlik toplantısı keçirilib və müzakirələr aparılmışdı. Bakıda keçirilən görüşə gəldikdə isə nəqliyyat və logistika infrastrukturunun inkişafı, Orta dəhlizin potensialının artırılması TDT baş nazirlərinin müzakirəsinin diqqət mərkəzində olub.
Xüsusilə qeyd etmək lazımdır ki, TDT çərçivəsində iqtisadi əməkdaşlıq mexanizmlərinin səmərəliliyinin artırılması, gömrük və sərhəd prosedurlarının sadələşdirilməsi, o cümlədən elektron sistemlərin tətbiqi ticarət dövriyyəsinin əhəmiyyətli dərəcədə artmasına imkan verəcək. Türk Dövlətləri Təşkilatı yalnız mədəni və tarixi yaxınlıq platforması deyil, o həm də real siyasi-iqtisadi güc mərkəzinə çevrilir. Təşkilat regional ittifaqdan qlobal iqtisadi aktora çevrilmək potensialına və gələcəkdə vahid iqtisadi blok kimi çıxış etmək imkanına malikdir. Hazırda "orta güc" olan türk dünyasının strateji çəkisi getdikcə artır.
Ən əsası, Türk dünyası heç vaxt bu qədər yaxın olmayıb, bu təşkilat daxilində siyasi yaxınlaşma sürətlənib, ortaq maraqlar daha aydın formalaşıb. Bu isə xüsusilə, Cənubi Qafqaz, Mərkəzi Asiya və Qara dəniz regionu üçün yeni geosiyasi balans yaradır!
Habil İsmayılov,
YAP Göygöl rayon təşkilatı üzrə Qırıqlı kənd ərazi partiya təşkilatının sədr müavini
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
12 İyun 21:34
Dünya
12 İyun 21:25
Dünya
12 İyun 20:42
Dünya
12 İyun 20:14
Maraqlı
12 İyun 19:56
Dünya
12 İyun 19:21
Dünya
12 İyun 18:35
Dünya
12 İyun 17:59
Dünya
12 İyun 17:24
Dünya
12 İyun 16:41
Dünya
12 İyun 16:14
İqtisadiyyat
12 İyun 15:47
Siyasət
12 İyun 15:47
Sosial
12 İyun 15:47
Sosial
12 İyun 15:46
Sosial
12 İyun 15:46
Sosial
12 İyun 15:45
İdman
12 İyun 15:30
İqtisadiyyat
12 İyun 15:23
Dünya
12 İyun 15:06
Dünya
12 İyun 14:45
İqtisadiyyat
12 İyun 14:43
İdman
12 İyun 14:42
Dünya
12 İyun 14:41
Dünya
12 İyun 14:41
YAP xəbərləri
12 İyun 14:40
YAP xəbərləri
12 İyun 14:30
YAP xəbərləri
12 İyun 14:28
Dünya
12 İyun 14:19
YAP xəbərləri
12 İyun 14:04
Dünya
12 İyun 13:57
YAP xəbərləri
12 İyun 13:54
Dünya
12 İyun 13:35
Elm
12 İyun 12:48
Sosial
12 İyun 12:48
YAP xəbərləri
12 İyun 12:37
Xəbər lenti
12 İyun 12:37
Siyasət
12 İyun 12:22
Gündəm
12 İyun 12:21
YAP xəbərləri
12 İyun 12:13
Sosial
12 İyun 12:11
Dünya
12 İyun 12:10
Gündəm
12 İyun 11:59
Siyasət
12 İyun 11:57
YAP xəbərləri
12 İyun 11:54
İqtisadiyyat
12 İyun 11:49
İqtisadiyyat
12 İyun 11:48
İqtisadiyyat
12 İyun 11:47
İqtisadiyyat
12 İyun 11:47
Dünya
12 İyun 11:39
Dünya
12 İyun 11:33
Gündəm
12 İyun 11:25
Siyasət
12 İyun 11:22
Siyasət
12 İyun 11:16
Sosial
12 İyun 11:01
İqtisadiyyat
12 İyun 10:50
İqtisadiyyat
12 İyun 10:38
YAP xəbərləri
12 İyun 10:20
Analitik
12 İyun 10:16
Analitik
12 İyun 09:51
Yeni texnologiyalar
12 İyun 09:30
Analitik
12 İyun 09:17
Sosial
12 İyun 08:52
Sosial
12 İyun 08:36
Dünya
12 İyun 07:24
Dünya
12 İyun 00:19
Siyasət
11 İyun 23:51
Dünya
11 İyun 23:49
İdman
11 İyun 23:21
Sosial
11 İyun 23:21

