Müasir Azərbaycanın inkişafı Heydər Əliyev siyasətinin nəticəsidir
11.12.2013 [09:35]
Nəsimi rayonunda Ümummilli lider Heydər Əliyevin anım günü ilə bağlı tədbir keçirilib
Dünən Yeni Azərbaycan Partiyası (YAP) Nəsimi rayon təşkilatı və Nəsimi rayon İcra Hakimiyyəti Ümummilli lider Heydər Əliyevin anım günü ilə bağlı tədbir keçirib. Tədbiri giriş sözü ilə açan Nəsimi rayon İcra Hakimiyyətinin başçısı Nəsib Məhəməliyev bildirib ki, Ümummilli liderimiz Heydər Əliyevin ölməz ideyaları daim Azərbaycanın inkişafına xidmət edəcək.
Anım mərasimində YAP Nəsimi rayon təşkilatının sədri, partiyanın Siyasi Şurasının üzvü, millət vəkili Məlahət İbrahimqızı çıxış edərək Ulu öndər Heydər Əliyevin dövlətimiz və xalqımız qarşısındakı misilsiz xidmətlərindən danışıb. M.İbrahımqızı bildirib ki, Azərbaycanın inkişaf və tərəqqisi məhz Ümummilli liderimizin adı ilə bağlıdır: “Azərbaycanın inkişafı geniş vüsət alıb. Bu inkişafın əsas səbəblərindən biri dövlətimizin müstəqil siyasət həyata keçirməsidir”.
M.İbrahimqızı qeyd edib ki, geostrateji cəhətdən əhəmiyyətli bölgədə yerləşən Azərbaycan inkişafımızı istəməyən xarici qüvvələrin cəhdlərinə baxmayaraq, öz yolu ilə inamla irəliləyir. Onun sözlərinə görə, bu qətiyyətli siyasət dövlətimizin beynəlxalq müstəvidə nüfuzunu daha da artırır. “Azərbaycanın inkişaf strategiyasının müəllifi Ulu öndər Heydər Əliyevdir. Bu gün Prezident İlham Əliyev bu strategiyanı uğurla həyata keçirir. Artıq başa çatmaqda olan 2013-cü ildə ölkəmiz bir çox uğurlar qazanıb. Hesab edirəm ki, növbəti illərdə nailiyyətlərimiz daha da artacaq. Bütün uğurlarımızın əsasında Heydər Əliyev siyasətinin təntənəsi dayanır” - deyə, YAP Siyasi Şurasının üzvü qeyd edib.
Azərbaycan Tibb Universitetinin rektoru, akademik, millət vəkili Əhliman Əmiraslanov Ulu öndər Heydər Əliyevin gördüyü işlərin miqyasının çox böyük olduğunu deyib. Ə.Əmiraslanov Ümummilli liderimizin Azərbaycan elminin və təhsilinin himayədarı olduğunu, bu sahədə çalışanlara, xüsusilə, səhiyyə işçilərinə həmişə diqqət və qayğı göstərdiyini xatırladıb. Akademik bildirib ki, dünyaşöhrətli siyasətçi Heydər Əliyevin ölkəmizin dövlət müstəqilliyi bərpa edildikdən sonra iki dəfə ATU-da olması, müəllim və tələbələr qarşısında proqram xarakterli çıxışı və gələcək həkimlərə dəyərli məsləhətlər verməsi universitetin tarixində silinməz izlər qoyub. Ə.Əmiraslanov diqqətə çatdırıb ki, Ulu öndərin səyi nəticəsində 1998-ci ildə ATU-nun 11 mərtəbəli yeni tədris binası tikilib istifadəyə verilib. Azərbaycanda səhiyyənin inkişafı, universitetin maddi-texniki bazasının möhkəmləndirilməsi və ölkəmizdə tibb kadrlarının hazırlanması məhz Ulu öndərin adı ilə bağlıdır. ATU-nun stomatoloji və onkoloji klinikalarının, Ümummilli lider Heydər Əliyevin böyük qayğısı sayəsində yaradıldığını diqqətə çatdıran akademik vurğulayıb ki, Onun layiqli davamçısı Prezident İlham Əliyevin dəstəyi ilə inşa olunmuş universitetin çoxprofilli terapevtik klinikası ən müasir avadanlıqla təchiz olunaraq əhaliyə dünya standartlarına uyğun səviyyədə tibbi xidmət göstərir. Ulu öndərin müəyyənləşdirdiyi siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini vurğulayan Ə.Əmiraslanov bildirib ki, bu siyasət dövlətimizi gələcək nailiyyətlərə doğru aparır.
Milli Məclisin Aqrar siyasət komitəsinin sədri, YAP İdarə heyətinin üzvü Eldar İbrahimov Ümummilli lider Heydər Əliyevin Azərbaycan dövlətinin rəmzi olduğunu vurğulayıb. Müstəqil Azərbaycanın Heydər Əliyevin şah əsəri olduğunu deyən E.İbrahimovun sözlərinə görə, müasir Azərbaycanın inkişafı Heydər Əliyev siyasətinin nəticəsidir: “Ümummilli lider Heydər Əliyev ölkəmizin inkişafına Özünün müdrik, cəsarətli siyasəti, yorulmaz fəaliyyəti ilə nail olub. Görkəmli dövlət xadimi Heydər Əliyev Azərbaycan tarixində ilk dəfə olaraq ölkəmizdə azərbaycançılıq ideyasını dövlətin siyasi ideologiyası səviyyəsinə qaldırıb. Azərbaycan və azərbaycançılıq anlayışları qədim tarixə malik olsalar da, uzun əsrlər boyu yalnız coğrafi yer adı kimi işlədilib, son yüzillikdə həm də milli ideya olaraq formalaşıb. Azərbaycançılığın dövlət siyasətində milli ideologiyaya çevrilməsi Ümummilli liderimiz Heydər Əliyevin Azərbaycan xalqı qarşısındakı böyük tarixi xidmətlərindən biridir. Azərbaycanda milli birlik və həmrəylik ideyasının həyata keçirilməsi də azərbaycançılıq idealına xidmətin ifadəsidir”.
Milli Məclisin İqtisadi siyasət komitəsinin sədri, akademik Ziyad Səmədzadə isə ölkə iqtisadiyyatının inkişafında Ulu öndər Heydər Əliyevin əvəzsiz xidmətlərindən bəhs edib. Onun sözlərinə görə, Heydər Əliyev zəngin irsinin bundan sonra da dərindən öyrənilməsinə ehtiyac var.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxGündəm
10 İyul 11:50
Gündəm
10 İyul 11:48
İqtisadiyyat
10 İyul 11:47
Gündəm
10 İyul 11:35
İqtisadiyyat
10 İyul 11:35
Siyasət
10 İyul 11:25
Siyasət
10 İyul 11:14
MEDİA
10 İyul 11:13
İqtisadiyyat
10 İyul 11:05
Sosial
10 İyul 10:42
İqtisadiyyat
10 İyul 10:40
Dünya
10 İyul 10:19
Xəbər lenti
10 İyul 10:17
YAP xəbərləri
10 İyul 09:54
Analitik
10 İyul 09:52
Dünya
10 İyul 09:45
Analitik
10 İyul 09:45
Sosial
10 İyul 09:40
Sosial
10 İyul 09:35
Sosial
10 İyul 09:17
Dünya
10 İyul 08:50
İdman
10 İyul 08:22
Dünya
09 İyul 23:32
Sosial
09 İyul 23:17
Dünya
09 İyul 22:45
İqtisadiyyat
09 İyul 22:19
Dünya
09 İyul 22:03
İdman
09 İyul 21:59
İdman
09 İyul 21:50
Hərbi
09 İyul 21:24
Sosial
09 İyul 21:09
Sosial
09 İyul 20:43
Dünya
09 İyul 20:43
Dünya
09 İyul 20:18
Dünya
09 İyul 19:52
Dünya
09 İyul 19:25
Dünya
09 İyul 19:07
Müsahibə
09 İyul 18:37
İqtisadiyyat
09 İyul 17:20
Dünya
09 İyul 17:19
Elanlar
09 İyul 16:49
İqtisadiyyat
09 İyul 16:35
Siyasət
09 İyul 16:34
Sosial
09 İyul 16:32
Dünya
09 İyul 16:32
Gündəm
09 İyul 16:31
Dünya
09 İyul 16:24
Elm
09 İyul 15:22
Elm
09 İyul 15:21
YAP xəbərləri
09 İyul 15:18
Sosial
09 İyul 14:45
İqtisadiyyat
09 İyul 14:21
İqtisadiyyat
09 İyul 13:22
Sosial
09 İyul 12:55
Sosial
09 İyul 12:50
Sosial
09 İyul 12:15
İdman
09 İyul 12:13
Elm
09 İyul 12:02
YAP xəbərləri
09 İyul 11:45
İqtisadiyyat
09 İyul 11:40
Gündəm
09 İyul 11:35
İqtisadiyyat
09 İyul 11:15
Siyasət
09 İyul 11:03
İqtisadiyyat
09 İyul 10:50
Dünya
09 İyul 10:41
Siyasət
09 İyul 10:39
Dünya
09 İyul 10:17
İqtisadiyyat
09 İyul 10:08
Dünya
09 İyul 09:52
Analitik
09 İyul 09:50

