31 mart soyqırımı qurbanlarının qisası döyüş meydanında alındı
30.03.2026 [09:22]
Məlumdur ki, 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü xalqımızın tarixinə qara hərflərlə yazılmış ən dəhşətli faciələrdən biridir. Yeri gəlmişkən, qeyd edək ki, 1918-ci ilin mart-aprel aylarında azərbaycanlılara qarşı törədilmiş amansız qırğınlar Ermənistan tərəfindən əsrlərlə davam etdirilən düşmənçilik siyasətinin qanlı nəticəsi kimi yadda qalmışdır. Xüsusilə qeyd etmək lazımdır ki, bu hadisələr planlı və məqsədyönlü soyqırımı siyasətinin bariz təzahürüdür, əsas məqsəd yerli əhalinin tarixi torpaqlarda kökünü kəsmək, onların varlığını məhv etmək olmuşdur.
Onu da qeyd edək ki, XX əsrin əvvəllərində erməni millətçiləri tərəfindən irəli sürülən mifik “Böyük Ermənistan” ideyası sistemli şəkildə zorakılıqla müşayiət olunan siyasi bir plan idi. Daşnaksutyun partiyası və digər radikal dairələr bu ideyanı həyata keçirmək üçün regionun yerli müsəlman əhalisinə qarşı qanlı terror, etnik təmizləmə və kütləvi qətllər törətmişlər. 1918-ci ilin 30 mart - 3 aprel tarixlərində Bakı Soveti qoşunları və daşnak erməni silahlı dəstələri Bakı şəhərində, eləcə də Qarabağ, Naxçıvan, Xaçmaz, Lənkəran, Salyan, Zəngəzur, İrəvan və digər ərazilərdə 30 mindən çox azərbaycanlını qətlə yetirmiş, 10 minlərlə insanı öz torpaqlarından qovmuşlar. Məscidlərdə sığınmış qadınlar və uşaqlar belə amansızcasına öldürülmüş, evlər yandırılmış, dini və mədəni abidələr dağıdılmışdır. Şamaxı və Quba bölgələrində baş verənlər isə bu soyqırımın miqyasının nə qədər geniş olduğunu göstərir. Əsrlər boyu müxtəlif etnosların dinc yaşadığı bu bölgələr bir anda qan çanağına çevrilmişdir.
1918-ci ildə fəaliyyətə başlayan Fövqəladə İstintaq Komissiyası o dövr üçün mühüm bir addım idi. Komissiyanın topladığı sənədlər, şahid ifadələri və foto-faktlar hadisələrin təsadüfi deyil, mərkəzləşdirilmiş şəkildə planlaşdırıldığını göstərir. Lakin həmin dövrün beynəlxalq siyasi mənzərəsi bu faktların lazımi səviyyədə qəbuluna imkan vermədi, nəticədə soyqırımı hadisələri uzun müddət beynəlxalq ictimaiyyətin diqqətindən kənarda qaldı.
Məlum olduğu kimi, Ulu Öndər Heydər Əliyev 26 mart 1998-ci il tarixində “Azərbaycanlıların soyqırımı haqqında” Fərman imzalamışdır. Bu Fərmanla martın 31-i Azərbaycanlıların Soyqırımı Günü elan edilmişdir. Ümummilli Lider həmin Fərmanın icrasının ardıcıl və mütəşəkkil şəkildə həyata keçirilməsi ilə bağlı 30 mart 1999-cu il tarixində tədbirlər planı təsdiq etmişdir. Həmin qərar bu faciənin mahiyyətinin beynəlxalq ictimaiyyətə çatdırılması baxımından mühüm əhəmiyyət kəsb edir.
Qeyd etmək lazımdır ki, 2007-ci ildə Qubada tikinti işlərinin aparılması ilə əlaqədar aparılan qazıntı işləri zamanı kütləvi məzarlıqlar aşkar edilib. İnsan qalıqları üzərində aparılan müasir elmi tədqiqatlar bir daha təsdiqləyir ki, bu insanlar sistemli və planlı şəkildə öldürülmüşdür. Bu faktlar beynəlxalq hüquq müstəvisində istifadə oluna biləcək mühüm sübutlardır.
Prezident İlham Əliyevin 30 dekabr 2009-cu il tarixli Sərəncamı ilə Quba şəhərində “Soyqırımı memorial kompleksi”nin yaradılması haqqında qərar verilmişdir. Memorial kompleks 2012-2013-cü illərdə Quba şəhərində Qudyalçayın sol sahilində inşa edilmiş və 2013-cü il sentyabrın 18-də açılışı olmuşdur. 5 hissədən ibarət olan kompleksin ümumi sahəsi 3,5 hektardır. Quba Soyqırımı Memorial Kompleksi həm də soyqırımı faktlarının gələcək nəsillərə çatdırılması, beynəlxalq tədbirlərin keçirilməsi və elmi tədqiqatların aparılması üçün önəmli platformadır. Kompleksdə yerləşdirilən ekspozisiyalar, sənədlər və arxiv materialları bu faciənin elmi və tarixi əsaslarla öyrənilməsi üçün geniş imkanlar yaradır. Prezident İlham Əliyev 18 yanvar 2018-ci il tarixində erməni-bolşevik silahlı dəstələrinin azərbaycanlılara qarşı törətdikləri bəşəri cinayətlər barədə həqiqətlərin ölkə və dünya ictimaiyyətinə daha dolğun çatdırılması məqsədilə “1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi haqqında” Sərəncam imzalamışdır. Bu Sərəncamla Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına 1918-ci il azərbaycanlıların soyqırımının 100-cü ildönümünə həsr olunmuş tədbirlər planının hazırlanıb həyata keçirilməsinin təmin edilməsi tapşırılmış, həmçinin Milli Məclisə soyqırımın 100 illiyi ilə bağlı xüsusi iclasın keçirilməsi tövsiyə edilmişdir.
Ən əsası, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun qazandığı tarixi qələbələr nəticəsində tarixi ədalət bərpa olunmuş, 44 günlük Vətən müharibəsi və bir günlük lokal xarakterli antiterror əməliyyatları xalqımızın yenilməz, məğrur olduğunu bir daha dünyaya nümayiş etdirmişdir.
Siyavuş Quliyev,
YAP Göygöl rayon təşkilatı üzrə Sarısu kənd ərazi partiya təşkilatının sədri
Xəbər lenti
Hamısına baxDünya
24 Aprel 19:11
Xəbər lenti
24 Aprel 19:08
YAP xəbərləri
24 Aprel 18:53
YAP xəbərləri
24 Aprel 18:36
YAP xəbərləri
24 Aprel 18:13
YAP xəbərləri
24 Aprel 17:27
MEDİA
24 Aprel 17:27
Elm
24 Aprel 17:26
YAP xəbərləri
24 Aprel 17:05
YAP xəbərləri
24 Aprel 17:04
Elanlar
24 Aprel 17:00
Elm
24 Aprel 16:27
Dünya
24 Aprel 16:22
Siyasət
24 Aprel 16:19
Sosial
24 Aprel 15:48
YAP xəbərləri
24 Aprel 15:45
Sosial
24 Aprel 15:27
Sosial
24 Aprel 15:09
YAP xəbərləri
24 Aprel 14:37
Siyasət
24 Aprel 14:16
İqtisadiyyat
24 Aprel 13:55
Sosial
24 Aprel 13:52
YAP xəbərləri
24 Aprel 13:42
İdman
24 Aprel 13:28
Sosial
24 Aprel 13:00
Siyasət
24 Aprel 12:54
Sosial
24 Aprel 12:35
Gündəm
24 Aprel 12:20
Siyasət
24 Aprel 12:20
İqtisadiyyat
24 Aprel 12:18
Gündəm
24 Aprel 12:17
Gündəm
24 Aprel 12:16
YAP xəbərləri
24 Aprel 12:06
Gündəm
24 Aprel 11:52
YAP xəbərləri
24 Aprel 11:51
Siyasət
24 Aprel 11:50
Siyasət
24 Aprel 11:42
Siyasət
24 Aprel 11:36
Gündəm
24 Aprel 11:14
Gündəm
24 Aprel 10:56
İqtisadiyyat
24 Aprel 10:34
Gündəm
24 Aprel 10:33
Hadisə
24 Aprel 10:31
Sosial
24 Aprel 10:27
Hadisə
24 Aprel 10:27
İqtisadiyyat
24 Aprel 10:17
Sosial
24 Aprel 10:05
Dünya
24 Aprel 10:04
İqtisadiyyat
24 Aprel 09:52
Ədəbiyyat
24 Aprel 09:30
Analitik
24 Aprel 09:15
Yeni texnologiyalar
24 Aprel 08:59
Müsahibə
24 Aprel 08:32
Gündəm
24 Aprel 08:17
Dünya
23 Aprel 23:30
İqtisadiyyat
23 Aprel 23:11
Dünya
23 Aprel 22:50
Dünya
23 Aprel 22:35
Dünya
23 Aprel 22:19
Dünya
23 Aprel 21:43
Dünya
23 Aprel 21:16
İdman
23 Aprel 21:06
Dünya
23 Aprel 20:58
Dünya
23 Aprel 20:22
Dünya
23 Aprel 19:40
Dünya
23 Aprel 19:31
Dünya
23 Aprel 19:15
İqtisadiyyat
23 Aprel 18:22
Elm
23 Aprel 17:22
Dünya
23 Aprel 17:19

