Gəncədə “Tariximizin həqiqətləri” adlı elmi-intellektual yarış keçirilib
27.02.2026 [16:37]
“Memarlıq və Şəhərsalma İli” çərçivəsində “Memarlıq və Şəhərsalma İli” çərçivəsində YAP Gəncə şəhər təşkilatının təşkilatçılığı ilə bəşəriyyətin ən dəhşətli soyqırımlarından olan Xocalı soyqırımının 34-cü ildönümünə həsr edilmiş “Tariximizin həqiqətləri” adlı elmi-intellektual yarış keçirilib.
Tədbirdə YAP İdarə Heyətinin üzvü, millət vəkili Pərvin Kərimzadə, YAP İdarə Heyətinin üzvü, YAP Gəncə şəhər təşkilatının sədri Bayram Aslanov, şəhərin ali və orta ixtisas təhsil müəssisələrinin kollektivləri, ərazi ilk partiya təşkilatları sədrləri və partiya fəalları iştirak ediblər.
Azərbaycan Respublikası Dövlət himni səsləndirilib. Müasir müstəqil Azərbaycan dövlətinin banisi Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
YAP Gəncə şəhər təşkilatının sədri Bayram Aslanov tədbiri açaraq, bildirib ki, başı müsibətlər çəkmiş xocalılılar qaysaq bağlamayan yaraları ilə köçkünlük illərində tezliklə torpaqlarımızın düşmən tapdağından azad edəcəyi, qisasımızın alacağı ümidi ilə yaşadılar. Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, şanlı ordumuzun hünəri sayəsində torpaqlarımız düşmən tapdağından azad edildi, xoçalıların, xalqımızın arzuları həyata keçdi. 44 günlük Vətən müharibəsində Xocalı cəlladları məhv edildi, Xocalının qisası alındı. Bu qüruru, xoşbəxtliyi bizə 44 günlük Vətən müharibəsində Müzəffər, Ali Baş Komandanın rəhbərlik etdiyi rəşadətli Azərbaycan Ordusunun, xalqımızın qəhrəman oğullarının dünya hərb tarixinə düşən, dillərə dastan olan şücaəti yaşatdı.
YAP İdarə Heyətinin üzvü, millət vəkili Pərvin Kərimzadə qeyd edib ki, 34 il əvvəl bəşəriyyətin ən dəhşətli soyqırımlarına məruz qalan Xocalı bu gün tədricən yenidən qurulur. Doğma yurdlarına dönən Xoçalı sakinləri üçün müasir infrastruktur yaradılır, yaşayış evləri, sosial obyektlər, istehsal müəssisələri istifadəyə verilir. Bu gün dəhşətli, qanlı günlər yaşayan Xocalı artıq təkcə tarixi faciənin deyil, həm də dirçəlişin və qayıdışın simvoluna çevrilib.
Ərazi partiya təşkilatlarının sədrləri Cavid Bağırzadə, Azad Bayramov çıxış edərək, bildiriblər ki, bu gün Xocalı azaddır, 2023-cü ildə birgünlük antiterror tədbirləri ilə Xocalı azad edildi. Lakin düşmənin 34 il əvvəl Xocalıda törətdiyi faciə yüz illər bundan sonra da yaddaşımızdan silinməyəcək.
Eyni zamanda, çıxış edən natiqlər ölkəmizin tarixi keçmişinin öyrənilməsi və təbliğinin əhəmiyyətini vurğulayaraq, bu istiqamətdə keçirilən intellektual yarışların gənclərin dünyagörüşünün formalaşmasında, yaradıcı və innovativ düşüncə tərzinin inkişafında, eləcə də sosial fəallıqlarının artırılmasındakı rolundan danışıblar. Qeyd edilib ki, bu cür tədbirlər gənclərin bilik səviyyəsini yüksəldir, onlarda komanda işi və məntiqli düşünmə bacarıqlarını gücləndirir.
Gəncə-Daşkəsən Regional Təhsil İdarəsi, Azərbaycan Dövlət Aqrar Universiteti, Gəncə Dövlət Universiteti, Azərbaycan Texnologiya Universiteti, Gəncə Dövlət Universitetinin nəzdində Regional Kollec, Tibb Kolleci, 1 və 2 saylı Gəncə Regional “ASAN xidmət” mərkəzlinin gənclərindən ibarət 8 komanda mübarizəyə qoşulub. Azərbaycan tarixinə dair sualları daha tez, dəqiq cavab verən komanda qalib adına layiq görülüb.
Yarışda Gəncə Dövlət Universitinin tələbələrindən ibarət komanda I yerə, Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin komandası II yerə, 1 saylı Gəncə Regional “ASAN xidmət” mərkəzinin gəncləri Ill yerə layiq görülüb.
Qalib komandaların üzvləri bu cür yarışların onların yeni biliklər əldə etməsinə geniş imkanlar açdığnı bildiriblər.
Sonda iştirakçılara Sertifikat, qalib komandaya Kubok, üzvlərə isə Diplomlar təqdim edilib və xatirə fotosu çəkilib.
Xəbər lenti
Hamısına baxDünya
28 İyun 19:20
Maraqlı
28 İyun 18:42
Dünya
28 İyun 17:26
Maraqlı
28 İyun 16:31
Dünya
28 İyun 15:23
Dünya
28 İyun 14:17
Diaspor
28 İyun 13:40
Dünya
28 İyun 12:29
Dünya
28 İyun 11:45
Dünya
28 İyun 11:32
Dünya
28 İyun 10:58
Dünya
28 İyun 10:25
Dünya
28 İyun 09:42
Hadisə
28 İyun 09:17
Dünya
28 İyun 08:50
Dünya
28 İyun 08:39
Dünya
28 İyun 07:27
İdman
27 İyun 23:20
Siyasət
27 İyun 22:16
Dünya
27 İyun 21:19
Dünya
27 İyun 20:35
Dünya
27 İyun 19:17
Dünya
27 İyun 18:31
Dünya
27 İyun 17:25
Hərbi
27 İyun 16:19
Sosial
27 İyun 15:48
Sosial
27 İyun 14:22
Dünya
27 İyun 13:30
Dünya
27 İyun 12:19
Sosial
27 İyun 12:03
Dünya
27 İyun 11:40
Dünya
27 İyun 10:16
Dünya
27 İyun 09:25
Dünya
27 İyun 08:34
Dünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19

