Xocalı bu gün dünyaya günəş kimi doğur: Şəhidlərin narahat ruhları 34 il sonra şaddır
27.02.2026 [19:18]
Elçin Quliyev
YAP Nərimanov Rayon Təşkilatının sədri
Bəşər tarixində analoqu olmayan Xocalı soyqırımından 34 il ötür. Bu faciə işğalçı Ermənistanın ölkəmizə qarşı başladığı müharibənin ən dəhşətli səhifəsi, insanlığa qarşı ən böyük cinayətidir və heç vaxt yaddaşlardan silinməyəcək. Bütövlükdə, xalqımıza qarşı yönəldilmiş Xocalı soyqırımı öz ağlasığmaz qəddarlığı və qeyri-insani cəza üsulları ilə bəşər tarixində analoqu olmayan vandalizm aktıdır.
Xocalı Soyqırımı Memorial Kompleksinin məhz Xocalıda inşası və açılışı tarixi ədalətin bərpası idi.
İndi Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini otuz il işğal altında olan torpaqlarda da bərpa edib. Ölkə başçısı soyqırımı qurbanlarının 34-cü anım gününü Xocalıda, bu şəhərin sakinləri ilə keçirməsi dövlətimizin və onun rəhbərinin ərazi bütövlüyümüz, suverenliyimiz uğrunda canından keçənlərin xatirəsini hər zaman əziz tutmasının göstəricisidir.
Eyni zamanda, Prezident İlham Əliyevin öz ailə üzvləri ilə birlikdə Xocalı soyqırımının ildönümünü məhz Xocalıda xocalılarla birlikdə keçirməsi “Qarabağ Azərbaycandır!” reallığının dünyaya növbəti təsdiqidir.
Həmin gün, yəni 26 fevral tarixində Xocalıda Soyqırımı Memorial Kompleksinin açılışı isə ədalətin təntənəsidir.
Soyqırımı Kompleksinin təməli dövlət başçımızın iştirakı ilə Xocalı sakinləri ilə birlikdə iki əvvəl qoyulmuşdu. Kompleksin layihəsi Heydər Əliyev Fondu tərəfindən çoxdan hazırlanmışdı.
Hətta bu layihəni reallaşdırmaq üçün Bakıda yer də seçilmişdi. Lakin dövlətimizin başçısının bu kompleksin məhz Xocalıda tikilməsini planlaşdırması böyük siyasi əhəmiyyət kəsb edirdi. Memorial Kompleksin açılış mərasiminin Xocalı soyqırımının ildönümündə məhz Xocalıda keçirilməsi xüsusi siyasi əhəmiyyətə malikdir. Bu tarixi hadisə və Soyqırımı Kompleksi xalqımızın silinməz yaddaşının təcəssümü olacaq.
Prezident Xocalıdakı memorial kompleksin açılışında bildirdi ki, həmin abidənin layihəsi hələ uzun illər öncə Heydər Əliyev Fondu tərəfindən hazırlanmışdı.
Paytaxt Bakının istənilən yerində ucaldıla bilərdi. Amma ölkə başçısı abidənin ucaldılmasına imza atmağa tələsməyib, çünki müzəffər Ali Baş Komandanımız Xocalının azad olunacağına, tarixi ədaləti tez-gec bərpa edəcəyimizə inanıb. 2023-cü ilin sentyabrında Xocalı şəhəri də düşmən tapdağından azad edildi.
Bundan sonra ölkə başçısı azad Xocalıda soyqırımı qurbanlarının xatirəsinə ucaldılacaq memorial kompleksin əsasını qoydu. İndi Xocalı sakinləri 33-34 ildən sonra öz ata-baba yurd yerlərinə qayıdırlar.
Onu da xüsusi vurğulamaq lazımdır ki, bu Memorial Kompleksin açılışı bir daha təsdiqlədi ki, bu gün Azərbaycan dövləti o qədər güclüdür ki, heç kimin ağlına bizə qarşı hər hansı bir təxribat törətmək gələ bilməz.
Artıq Azərbaycan 1992-ci ilin Azərbaycanı deyil. Son 80 il ərzində dünyada Azərbaycan qədər tam və mütləq qələbə qazanmış ikinci dövlət olmayıb.
Xocalı bu gün dünyaya günəş kimi doğur. Bir sözlə, şəhidlərimizin narahat ruhları 34 il sonra şaddır. Çünki Xocalı özünə, evinə qayıdıb. Yenə də Xocalının başı üstə şanlı Azərbaycan Bayrağı dalğalanır.
Xəbər lenti
Hamısına baxElm
31 Avqust 23:14
İqtisadiyyat
31 Avqust 22:59
İdman
31 Avqust 22:27
İqtisadiyyat
31 Avqust 21:42
İdman
31 Avqust 21:18
İqtisadiyyat
31 Avqust 20:53
Hadisə
31 Avqust 20:25
İdman
31 Avqust 19:41
Dünya
31 Avqust 19:16
Gündəm
31 Avqust 18:58
Dünya
31 Avqust 18:34
Elm
31 Avqust 18:19
İqtisadiyyat
31 Avqust 17:23
Gündəm
31 Avqust 17:12
Sosial
31 Avqust 17:07
Sosial
31 Avqust 16:41
Dünya
31 Avqust 16:30
YAP xəbərləri
31 Avqust 16:12
Dünya
31 Avqust 15:23
Elm
31 Avqust 15:21
Siyasət
31 Avqust 15:19
Siyasət
31 Avqust 15:18
Gündəm
31 Avqust 14:58
YAP xəbərləri
31 Avqust 14:35
Dünya
31 Avqust 14:23
Elanlar
31 Avqust 14:10
İqtisadiyyat
31 Avqust 14:02
İdman
31 Avqust 13:58
Sosial
31 Avqust 13:56
Dünya
31 Avqust 13:19
İdman
31 Avqust 12:51
Dünya
31 Avqust 12:26
Gündəm
31 Avqust 11:45
Dünya
31 Avqust 11:31
Siyasət
31 Avqust 11:31
Siyasət
31 Avqust 11:29
Siyasət
31 Avqust 11:26
Sosial
31 Avqust 11:25
Dünya
31 Avqust 11:14
Gündəm
31 Avqust 11:09
Gündəm
31 Avqust 10:58
Dünya
31 Avqust 10:53
Dünya
31 Avqust 10:25
Dünya
31 Avqust 09:49
İdman
31 Avqust 09:41
Gündəm
31 Avqust 09:32
Dünya
31 Avqust 09:16
Hadisə
31 Avqust 08:48
Dünya
31 Avqust 08:22
Dünya
31 Avqust 07:50
Dünya
31 Avqust 07:36
Dünya
30 Avqust 23:20
Sosial
30 Avqust 22:44
İdman
30 Avqust 22:18
Sosial
30 Avqust 21:25
Dünya
30 Avqust 20:17
Dünya
30 Avqust 19:31
Dünya
30 Avqust 18:14
Dünya
30 Avqust 17:46
Dünya
30 Avqust 16:40
Dünya
30 Avqust 15:18
Dünya
30 Avqust 14:31
Sosial
30 Avqust 13:10
Dünya
30 Avqust 12:25
Dünya
30 Avqust 11:19
Dünya
30 Avqust 10:41
Dünya
30 Avqust 09:17
Dünya
30 Avqust 08:32
Dünya
29 Avqust 23:17
Hadisə
29 Avqust 23:03
| B | Be | Ça | Ç | Ca | C | Ş |
| 1 | 2 | 3 | 4 | 5 | ||
| 6 | 7 | 8 | 9 | 10 | 11 | 12 |
| 13 | 14 | 15 | 16 | 17 | 18 | 19 |
| 20 | 21 | 22 | 23 | 24 | 25 | 26 |
| 27 | 28 | 29 | 30 |

