Yeni rəqəmsal arxitekturanın dövlət idarəçiliyində çevikliyi
16.02.2026 [22:15]
Səyyad Mirzəyev
YAP Ağdam rayon təşkilatının əməkdaşı
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Azərbaycanın yeni rəqəmsal arxitekturası” adlı vahid fəaliyyət planına həsr olunmuş müşavirədə çıxışı ölkədə rəqəmsal transformasiyanın yeni mərhələyə qədəm qoyduğunu bir daha nümayiş etdirdi. Dövlət başçısı çıxışında vurğuladı ki, müasir çağırışlar fonunda rəqəmsallaşma və süni intellekt texnologiyalarının tətbiqi artıq seçim deyil, zərurətdir. Cənab Prezident qeyd etdi ki, Azərbaycanın yeni rəqəmsal arxitekturası dövlət idarəçiliyində çevikliyi, şəffaflığı və operativliyi təmin etməlidir. Bu baxımdan süni intellektin bütün dövlət qurumlarında geniş tətbiqi həm xidmət keyfiyyətinin yüksəldilməsinə, həm də vətəndaş məmnunluğunun artırılmasına xidmət edəcək. Dövlət başçısının sözlərinə görə, rəqəmsal həllər qərarların daha dəqiq və məlumatlara əsaslanan şəkildə qəbul edilməsinə imkan yaradacaq. Müşavirədə informasiya təhlükəsizliyi məsələlərinə də xüsusi diqqət çəkildi.Cənab İlham Əliyev bildirdi ki, rəqəmsal infrastrukturun möhkəmləndirilməsi ilə yanaşı, kibertəhlükəsizlikmexanizmləri də gücləndirilməlidir. Çünki sürətlə rəqəmsallaşan dünyada məlumatların qorunması milli təhlükəsizliyin ayrılmaz tərkib hissəsidir. Cənab Prezident eyni zamanda, insan kapitalının inkişafının vacibliyini vurğuladı. Ölkə başçısı cənab İlham Əliyev çıxışında qeyd etdi ki, rəqəmsal transformasiyanın uğuru yalnız texnologiyalardan deyil, bu texnologiyaları tətbiq edən peşəkar kadr potensialından asılıdır. Bu məqsədlə təhsil sistemində müasir ixtisasların təşviqi, innovativ düşüncənin formalaşdırılması və gənclərin rəqəmsal bacarıqlarının artırılması prioritet istiqamətlər kimi müəyyənləşdirilib.
“Azərbaycanın yeni rəqəmsal arxitekturası” vahid fəaliyyət planı ölkəmizin uzunmüddətli inkişaf strategiyasının mühüm tərkib hissəsi kimi qiymətləndirilir. Bu təşəbbüs dövlət idarəçiliyində yeni texnoloji mərhələnin əsasını qoymaqla yanaşı, Azərbaycanın regionda rəqəmsal mərkəzə çevrilməsi hədəfinə də xidmət edir.
Dövlət başçısı cənab İlham Əliyevin müşavirədə səsləndirdiyi mesajlar göstərir ki, süni intellekt və rəqəmsal həllər yaxın illərdə dövlət idarəçiliyinin əsas dayaqlarından birinə çevriləcək və ölkənin davamlı inkişafına güclü təkan verəcək.
Ölkəmizin başçısı bildirib ki, süni intellektin tətbiqi dövlət qurumlarında geniş vüsət almalıdır, bu, idarəetmədə qərarverməni daha operativ və analitik əsaslı edəcək, şəffaflığı və hesabatlılığı gücləndirəcək. Elektron hökumət sisteminin təkmilləşdirilməsi, dövlət informasiya bazalarının vahid platformada inteqrasiyası, vətəndaşlara göstərilən xidmətlərin tam rəqəmsallaşdırılması və regionlarda rəqəmsal əlçatanlığın təmin olunması qarşıya qoyulan əsas vəzifələr sırasındadır.
Xəbər lenti
Hamısına baxDünya
29 Avqust 19:17
Dünya
29 Avqust 18:40
Dünya
29 Avqust 17:25
Dünya
29 Avqust 16:19
Dünya
29 Avqust 15:31
Dünya
29 Avqust 14:52
Dünya
29 Avqust 14:22
Hadisə
29 Avqust 13:45
İqtisadiyyat
29 Avqust 13:16
İqtisadiyyat
29 Avqust 12:50
İqtisadiyyat
29 Avqust 12:23
Siyasət
29 Avqust 11:42
Dünya
29 Avqust 11:35
Gündəm
29 Avqust 11:19
Analitik
29 Avqust 10:55
Ədəbiyyat
29 Avqust 10:21
Dünya
29 Avqust 10:07
Analitik
29 Avqust 09:45
Gündəm
29 Avqust 09:30
Sosial
29 Avqust 09:17
Ədəbiyyat
29 Avqust 08:53
Ədəbiyyat
29 Avqust 08:31
Gündəm
29 Avqust 08:15
Dünya
28 Avqust 23:25
İqtisadiyyat
28 Avqust 22:43
Sosial
28 Avqust 22:19
Dünya
28 Avqust 21:36
Siyasət
28 Avqust 20:49
Siyasət
28 Avqust 20:12
Dünya
28 Avqust 19:14
İdman
28 Avqust 18:27
Dünya
28 Avqust 17:22
Dünya
28 Avqust 16:14
Mədəniyyət
28 Avqust 15:48
Elm
28 Avqust 15:36
Sosial
28 Avqust 14:18
İqtisadiyyat
28 Avqust 13:24
Elanlar
28 Avqust 12:49
Gündəm
28 Avqust 11:16
İqtisadiyyat
28 Avqust 10:54
İqtisadiyyat
28 Avqust 10:25
Gündəm
28 Avqust 09:30
Sosial
28 Avqust 09:17
Ədəbiyyat
28 Avqust 08:51
Sosial
28 Avqust 08:38
Dünya
27 Avqust 23:21
Sosial
27 Avqust 22:30
Hadisə
27 Avqust 21:19
Dünya
27 Avqust 20:35
Dünya
27 Avqust 19:22
Dünya
27 Avqust 18:40
YAP xəbərləri
27 Avqust 18:35
Dünya
27 Avqust 17:27
Dünya
27 Avqust 16:34
Siyasət
27 Avqust 15:53
Gündəm
27 Avqust 15:42
YAP xəbərləri
27 Avqust 15:34
Dünya
27 Avqust 15:29
Dünya
27 Avqust 15:10
Dünya
27 Avqust 14:41
Dünya
27 Avqust 14:18
Dünya
27 Avqust 13:58
Dünya
27 Avqust 13:20
YAP xəbərləri
27 Avqust 13:07
YAP xəbərləri
27 Avqust 13:06
Siyasət
27 Avqust 12:47
Dünya
27 Avqust 12:45
Dünya
27 Avqust 12:17
Hadisə
27 Avqust 11:52
Siyasət
27 Avqust 11:46

