Humanist liderliyə beynəlxalq ehtiram
06.02.2026 [22:39]
Prezident İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu Dabidə nüfuzlu “Zayed İnsan Qardaşlığı Mükafatı ”na layiq görülməsi Azərbaycanın həyata keçirdiyi humanist, sülhpərvər və tolerant siyasətin beynəlxalq səviyyədə yüksək qiymətləndirilməsinin bariz nümunəsidir.Bu mükafat təkcə dövlət başçısının deyil, eyni zamanda Azərbaycanın ümumbəşəri dəyərlərə söykənən dövlət siyasətinə verilən etimadın ifadəsidir.
Prezident İlham Əliyevin “Zayed İnsan Qardaşlığı Mükafatı ”nı qəbul edərkən səsləndirdiyi və ABŞ Prezidenti Donald Trampın Azərbaycan-Ermənistan sülh prosesinə verdiyi töhfəni xüsusi vurğulayan fikirləri həm regional, həm də qlobal miqyasda mühüm siyasi məna daşıyır. Bu çıxış təkcə təşəkkür ifadəsi deyil, eyni zamanda 30 ildən artıq davam etmiş qanlı münaqişənin başa çatmasını təsdiqləyən tarixi reallığın beynəlxalq ictimaiyyətə təqdimidir.
Prezident İlham Əliyevin çıxışında ABŞ Prezidenti Donald Trampa minnətdarlıq etməsi sülh prosesinin beynəlxalq legitimliyini ön plana çıxarır.2025-ci il avqustun 8-də keçirilmiş üçtərəfli zirvə görüşünə ABŞ Prezidentinin ev sahibliyi etməsi göstərdi ki, Azərbaycan-Ermənistan sülhü artıq regional çərçivəni aşaraq qlobal diqqət mərkəzinə çevrilmişdir.
Çıxışda xüsusi vurğulanan məqamlardan biri sülh sazişinin paraflanması və birgə bəyənnamənin imzalanmasıdır.Bu fakt sülhün yalnız niyyət səviyyəsində qalmadığını, konkret siyasi və hüquqi çərçivəyə salındığını göstərir. Prezident İlham Əliyevin bu məqamı qeyd etməsi Azərbaycanın sülh prosesində əsas təşəbbüskar və məsuliyyətli tərəf olduğunu bir daha nümayiş etdirir.
Dövlət başçısının “üç onillikdən artıq davam edən qanlı və ölümcül münaqişəyə son qoyulmuşdur” fikri tarixi bir yekun kimi səslənir.Bu ifadə təkcə keçmişə verilən qiymət deyil, eyni zamanda gələcəyə yönəlmiş siyasi mesajdır. Azərbaycan bu çıxışla dünyaya açıq şəkildə bəyan edir ki, müharibə mərhələsi geridə qalıb və region yeni inkişaf, əməkdaşlıq və təhlükəsizlik mərhələsinə qədəm qoyur.
Nəticə etibarilə, Prezident İlham Əliyevin mükafat mərasimində səsləndirdiyi fikirlər Azərbaycanın sülh siyasətinin beynəlxalq miqyasda qəbul olunduğunu, qlobal aktorların bu prosesdə rol oynadığını və Cənubi Qafqazda yeni siyasi reallıqların formalaşdığını təsdiqləyir. Bu çıxış həm qalib dövlətin liderinin məsuliyyətli mövqeyini, həm də Azərbaycanın insan qardaşlığına və davamlı sülhə sadiqüliyini əks etdirir.
Prezident İlham Əliyevin Əbu Dabidə nüfuzlu “Zayed İnsan Qardaşlığı Mükafatı” ilə təltif olunması Azərbaycanın sülhə,tolerantlığa və insan qardaşlığına əsaslanan siyasətinin beynəlxalq miqyasda yüksək dəyərləndirilməsidir. Bu hadisə ölkəmizin humanist dəyərlərə sadiq yolunun doğru və davamlı olduğunu təsdiqləyən mühüm beynəlxalq mesajdır.
Sevinc Xəlilova
YAP Samux rayon təşkilatının sədr müavini
Xəbər lenti
Hamısına baxDünya
16 İyun 23:39
İdman
16 İyun 23:10
Dünya
16 İyun 22:56
Siyasət
16 İyun 22:49
Siyasət
16 İyun 22:48
YAP xəbərləri
16 İyun 22:28
Dünya
16 İyun 22:23
Dünya
16 İyun 21:47
Dünya
16 İyun 21:19
Dünya
16 İyun 20:53
İqtisadiyyat
16 İyun 20:25
Dünya
16 İyun 20:09
Dünya
16 İyun 19:42
Dünya
16 İyun 19:33
Dünya
16 İyun 19:17
İqtisadiyyat
16 İyun 17:35
Müsahibə
16 İyun 16:30
Siyasət
16 İyun 16:22
YAP xəbərləri
16 İyun 15:50
Elanlar
16 İyun 15:34
Sosial
16 İyun 15:19
Siyasət
16 İyun 14:55
Sosial
16 İyun 14:37
Dünya
16 İyun 14:22
Siyasət
16 İyun 14:09
Siyasət
16 İyun 14:07
Gündəm
16 İyun 14:05
Sosial
16 İyun 13:03
Elm
16 İyun 12:59
Sosial
16 İyun 12:31
İqtisadiyyat
16 İyun 12:30
Elm
16 İyun 11:33
Sosial
16 İyun 11:15
Müsahibə
16 İyun 10:54
Dünya
16 İyun 10:43
Gündəm
16 İyun 10:41
Gündəm
16 İyun 10:30
Sosial
16 İyun 10:29
Dünya
16 İyun 10:19
Dünya
16 İyun 09:47
Dünya
16 İyun 09:20
Dünya
16 İyun 08:52
Hadisə
16 İyun 08:34
Dünya
15 İyun 23:36
Hadisə
15 İyun 23:03
Siyasət
15 İyun 22:20
YAP xəbərləri
15 İyun 21:46
Dünya
15 İyun 20:18
Siyasət
15 İyun 19:39
Siyasət
15 İyun 19:11
Hərbi
15 İyun 18:00
Dünya
15 İyun 17:42
Dünya
15 İyun 16:20
Dünya
15 İyun 15:33
Dünya
15 İyun 14:18
Siyasət
15 İyun 13:58
Dünya
15 İyun 13:29
Dünya
15 İyun 12:35
Dünya
15 İyun 11:24
Dünya
15 İyun 10:31
Dünya
15 İyun 09:52
Dünya
15 İyun 09:17
Hadisə
15 İyun 08:59
Dünya
15 İyun 08:25
Gündəm
15 İyun 07:54
Dünya
15 İyun 07:35
Gündəm
15 İyun 00:14
Gündəm
14 İyun 23:28
Siyasət
14 İyun 23:16
Xəbər lenti
14 İyun 21:52

