Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / YAP xəbərləri / YAP Ağdam rayon təşkilatında partiya veteranının 75 illik yubileyi münasibətilə görüş keçirilib

YAP Ağdam rayon təşkilatında partiya veteranının 75 illik yubileyi münasibətilə görüş keçirilib

28.01.2026 [17:48]

YAP Ağdam rayon təşkilatında partiya veteranının 75 illik yubileyi münasibətilə görüş keçirilib.

Yeni Azərbaycan Partiyası Ağdam rayon təşkilatında partiya veteranı və uzun illər rayon təşkilatının ictimai-siyasi həyatında fəallıq göstərmiş Əliyev Rafiq Teyqubad oğlunun 75 illik yubileyi  münasibətilə görüş keçirilib.

YAP Ağdam rayon təşkilatının sədri Mansur Quliyev  yubilyarı  təbrik edərək ona  möhkəm cansağlığı, uzun ömür, səadət  dolu günlər arzulayıb.

Çıxış edənlərdən Ağdam rayon İcra Hakimiyyəti Başçısının müavini Xəqani Nəzərov, Rayon Ağsaqqallar Şurasının sədri Əvəz Mikayılov, rayon ziyalılarından Talıbov Nazim Hikmət, Fəqani Səfərov və başqa natiqlər yubliyarı təbrik edərək ona gələcək işlərində uğurlar arzulayıblar.

Yubilyar Əliyev Rafiq Teyqubad oğlu göstərilən diqqət və qayğıya görə təşəkkürünü bildirərək Yeni Azərbaycan Partiyası sıralarında təmsil olunmasının və uzun illər partiyanın təbliğatındakı fəaliyyətinin  onun  üçün böyük qürur olduğunu söylədi.

YAP Ağdam rayon təşkilatı tərəfindən Rafiq Əliyevə partiya dəyərlərinin təbliğində və ictimai proseslərdə uzun illər aktiv iştirakına  görə Fəxri Fərman  və  qiymətli  hədiyyə  təqdim edilib.

Paylaş:
Baxılıb: 352 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

Gündəm

İqtisadiyyat

Ədəbiyyat

Analitik

Yeni texnologiyalar

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30