Ənənəvi ilin yekunu görüşləri: Dövlət idarəçiliyində şəffaflıq, hesabatlılıq və strateji gündəm
07.01.2026 [16:14]
Prezident İlham Əliyevin yanvarın 5-də yerli televiziya kanallarına verdiyi müsahibə, təkcə media ilə növbəti görüş deyil, dövlət idarəçiliyində yeni ilin başlanğıcına uyğun olaraq milli gündəmi formalaşdıran bir siyasi platformadır. Bu cür görüşlərin ənənəvi xarakter daşıması təsadüfi deyil. Çünki Prezident İlham Əliyev müsahibə zamanı xüsusi vurğulayır ki, hər ilin əvvəlində keçirilən bu format Azərbaycan ictimaiyyətinə ilin yekunları ilə bağlı məlumat vermək, həm də dövlət başçısının mövqeyini birbaşa xalqa çatdırmaq üçün mühüm imkan yaradır. Bu yanaşma, dövlətin yalnız qərar qəbul edən struktur deyil, həm də ictimaiyyət qarşısında hesabat verməyi prioritet sayan bir mexanizm kimi fəaliyyət göstərdiyini nümayiş etdirir.
Prezident İlham Əliyevin sözlərinə görə, bu görüşlər “ənənəvi xarakter daşıyır” və hər ilin əvvəlində keçirilərək Azərbaycan ictimaiyyətinə ilin yekunları haqqında həm məlumat verilir, həm də Prezidentin fikirlərini bölüşmək üçün imkan yaranır. Burada iki əsas məqsəd diqqət çəkir: birincisi, ictimai məlumatlandırma; ikincisi isə strateji baxışın toplumla paylaşılması. Bir ölkənin idarəçiliyində şəffaflıq və ictimai etimadın qorunması üçün bu cür açıq formatların rolu danılmazdır. Prezident İlham Əliyev bu ənənəni davam etdirməklə həm ictimai rəyin dövlət siyasətinə yaxınlaşmasını təmin edir, həm də yeni ilin siyasi-ictimai gündəmini formalaşdırır.
Müsahibədə xüsusilə diqqət çəkən məqamlardan biri, Prezident İlham Əliyevin 2025-ci ili tarixi il kimi qiymətləndirməsidir. Dövlət başçısı qeyd edir ki, məhz 2025-ci ildə Ermənistan-Azərbaycan müharibəsinə siyasi nöqteyi-nəzərdən son qoyulub və bir neçə aydır sülh şəraitində yaşanılır. Burada diqqətçəkən məqam odur ki, Prezident İlham Əliyev sülhü sadəcə diplomatik sənəd və ya bəyanat kimi təqdim etmir, əksinə, onu yeni həyat tərzi kimi xarakterizə edir. “Sülh şəraitində yaşamaq nə deməkdir, bunu öyrənirik” ifadəsi, müharibədən çıxmış bir ölkənin psixoloji, siyasi və iqtisadi transformasiya dövrünü yaşadığını göstərir.
Prezident İlham Əliyev bu sülh dövrünün faydalarını da konkret izah edir: siyasi və iqtisadi müstəvidə müsbət dinamika, cəmiyyətdə xoş əhvali-ruhiyyə, sabitliyə və təhlükəsizliyə inamın artması. Deməli, bu ənənəvi görüş yalnız keçmişi xatırlatmaq deyil, həm də yeni dövrün konturlarını cəmiyyətə təqdim etməkdir. Prezidentin ictimaiyyətə açıq şəkildə “biz artıq sülhün bəhrəsini görürük” mesajını verməsi, ictimai əhvalın istiqamətləndirilməsi baxımından da strateji əhəmiyyət daşıyır.
Bu qaydada ilin yekunu görüşləri dövlətlə cəmiyyət arasında canlı dialoq mühiti yaradır. Jurnalistlərin sualları vasitəsilə gündəmin əsas mövzuları ortaya çıxarılır və dövlət rəhbərliyi cəmiyyətin maraqlandığı məsələlərə birbaşa münasibət bildirir. Müsahibədə bu yanaşma açıq şəkildə görünür: ABŞ-Azərbaycan münasibətləri, 907-ci düzəliş, Çinlə strateji tərəfdaşlıq, D-8, Mərkəzi Asiya Məşvərət Şurası, nəqliyyat-logistika layihələri, Qarabağın bərpası, turizm, dil, elm və təhsil, hərbi potensial, enerji strategiyası – hamısı bir platformada müzakirə edilir. Bu isə göstərir ki, Prezident İlham Əliyev bu görüşləri milli gündəmin sistemli şəkildə ictimaiyyətə təqdim olunması üçün istifadə edir.
Ənənəvi görüş formatının daha bir mühüm funksiyası “strateji gündəm yaratmaqdır”. Mirşahin Ağayevin müsahibənin başlanğıcında dediyi kimi, bu görüşlərdə səslənən fikirlər Azərbaycan mediasına və ictimai mühitə mövzu verir. Prezident İlham Əliyev də bunu dolayısı ilə təsdiq edir: ilin yekunlarını açıqlamaqla yanaşı, öz fikirlərini paylaşmaq imkanı yaranır. Bu paylaşım, faktiki olaraq, dövlət siyasətinin prioritetlərini cəmiyyətə izah etmək, istiqamətləri müəyyənləşdirmək, həm də gələcək üçün hədəfləri formalaşdırmaq məqsədi daşıyır.
Bu ənənəvi görüşlər həm də bir idarəçilik modeli kimi diqqət çəkir: dövlət rəhbərliyi cəmiyyətə hesabat verir, daxili və xarici siyasətdə atılan addımların xronologiyasını, səbəblərini və nəticələrini izah edir. Məsələn, Prezident İlham Əliyev ABŞ-Azərbaycan münasibətlərində baş verən dönüşü xronoloji şəkildə izah edir, 907-ci düzəlişin tarixindən başlayaraq bugünkü situasiyaya qədər səbəb-nəticə əlaqəsi qurur. Eyni yanaşma Çinlə əməkdaşlıqda da görünür: iki siyasi sənədin imzalanması, iqtisadi əlaqələrin genişlənməsi, investisiyaların artması, əmtəə dövriyyəsinin rekord həddə çatması ardıcıl şəkildə təqdim edilir.
Bu görüşlər, eyni zamanda, dövlət başçısının ictimai auditoriyaya birbaşa müraciət edərək milli birlik və strateji düşüncə formalaşdırdığı siyasi platformadır. Prezident İlham Əliyev çıxışında təkcə faktları sadalamır, həm də mövqelərini ideoloji çərçivədə əsaslandırır. Məsələn, o, sülh dövrünü “uğurlu və tarixi il” kimi təqdim etməklə cəmiyyətdə inamı artırır və gələcək üçün pozitiv gözlənti yaradır. Cəmiyyətin sabitliyə və təhlükəsizliyə olan inamının artması isə dövlətin davamlı inkişafının əsas sosial bazası kimi göstərilir.
Beləliklə, Prezident İlham Əliyevin hər ilin əvvəlində yerli televiziya kanalları ilə keçirdiyi bu ənənəvi görüşlər, dövlət idarəçiliyinin şəffaflıq və hesabatlılıq modelini ortaya qoyur. Bu format ictimaiyyət üçün informasiya qaynağı olmaqla yanaşı, dövlətin strateji gündəmini formalaşdırmaq və cəmiyyətin prioritetləri ilə dövlət siyasətinin uzlaşmasını təmin etmək baxımından da mühüm rol oynayır. Prezident İlham Əliyevin bu görüşləri davam etdirməsi, Azərbaycanın ictimai-siyasi həyatında dialoqun və dövlət-cəmiyyət əlaqələrinin gücləndirilməsi istiqamətində atılmış sistemli addım kimi qiymətləndirilə bilər.
Azər SÜLEYMANOV,
Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatının sədri
Xəbər lenti
Hamısına baxSosial
02 May 22:45
Analitik
02 May 21:56
Dünya
02 May 20:42
Dünya
02 May 19:34
Dünya
02 May 18:36
Sosial
02 May 17:36
Hadisə
02 May 16:29
Mədəniyyət
02 May 15:17
Sosial
02 May 14:22
İdman
02 May 13:31
Mədəniyyət
02 May 12:39
Gündəm
02 May 11:59
Gündəm
02 May 11:32
Siyasət
02 May 11:18
İqtisadiyyat
02 May 10:53
Gündəm
02 May 10:35
İqtisadiyyat
02 May 10:17
Analitik
02 May 09:56
Analitik
02 May 09:30
Sosial
02 May 09:16
Ədəbiyyat
02 May 08:54
Ədəbiyyat
02 May 08:31
Dünya
01 May 23:49
İqtisadiyyat
01 May 23:20
Sosial
01 May 22:46
Xəbər lenti
01 May 22:19
Siyasət
01 May 22:07
Dünya
01 May 21:55
Hadisə
01 May 21:23
İqtisadiyyat
01 May 20:42
Mədəniyyət
01 May 20:17
Maraqlı
01 May 19:50
Dünya
01 May 19:23
Dünya
01 May 18:25
Dünya
01 May 17:32
Gündəm
01 May 16:55
Dünya
01 May 16:55
Maraqlı
01 May 16:39
YAP xəbərləri
01 May 15:50
Dünya
01 May 15:22
Siyasət
01 May 14:53
Siyasət
01 May 14:52
YAP xəbərləri
01 May 14:52
Mədəniyyət
01 May 14:50
Dünya
01 May 14:45
Dünya
01 May 14:17
İdman
01 May 13:52
Hərbi
01 May 13:47
Sosial
01 May 13:45
Sosial
01 May 13:41
Dünya
01 May 13:25
Gündəm
01 May 13:19
Siyasət
01 May 13:19
Sosial
01 May 13:18
Dünya
01 May 12:58
YAP xəbərləri
01 May 12:53
Sosial
01 May 12:42
İqtisadiyyat
01 May 12:41
Sosial
01 May 12:40
Sosial
01 May 12:39
Siyasət
01 May 12:32
Sosial
01 May 12:29
Siyasət
01 May 12:26
Dünya
01 May 12:21
Siyasət
01 May 11:42
Siyasət
01 May 11:27
MEDİA
01 May 11:24
Gündəm
01 May 11:17
Siyasət
01 May 11:07
Analitik
01 May 11:01

