İdmanın inkişafı dövlət siyasətimizdir
29.12.2025 [19:34]
Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkənin bütün sahələrində olduğu kimi, idman sahəsində də kompleks tədbirlərin həyata keçirilməsi nailiyyətlərin qazanılmasına səbəb olmuşdur. İdmanın maddi-texniki bazasının möhkəmləndirilməsi, o cümlədən mövcud idman qurğularının qorunub saxlanılması, yenidən qurulması, beynəlxalq standartlara uyğun yeni stadionların, Olimpiya İdman komplekslərinin tikilib istifadəyə verilməsinə bu sahənin inkişafına yönəldilmişdir. Regionlarda idmanın inkişafı, bölgələrdə yaşayan gənclərin sağlam həyat tərzi sürmələri, onların idmanla sərbəst məşğul olmaları üçün Olimpiya İdman kompleksləri mühüm rol oynayır. Dövlət başçısının bu sahəyə diqqətlə yanaşması, idmançıların qayğı və problemləri ilə yaxından maraqlanması ölkədə idmanın kütləviləşməsinə, gənc nəslin bu sahəyə sürətli axınına şərait yaradıb. Azərbaycanın idman sahəsində qazandığı nailiyyətlər, dünya və Avropa çempionatlarında idmançılarımızın qazandığı medallar və mükafatlar ölkəmizin beynəlxalq idman təşkilatlarında da mövqeyinin xeyli güclənməsinə səbəb olub və Azərbaycanı dünyaya əsl idman ölkəsi kimi tanıdıb.
İdmanın kütləviliyinə nail olmaq, gənclərin sağlam böyüməsini təmin etmək və onların zərərli vərdişlərdən uzaqlaşmalarını təmin etmək məqsədilə ölkədə idman sahəsinin inkişafına xüsusi önəm verilir və dövlət siyasətinin prioritet sahəsi hesab edilir. Azərbaycan hazırda idmanın inkişaf səviyyəsinə görə dünyada aparıcı ölkələrdən biri kimi tanınır, idmançılarımız beynəlxalq yarışlarda iştirak edir və yüksək nailiyyətlər əldə edirlər. Bu uğurların təməlində ölkə Prezidentinin idmana xüsusi diqqət və qayğısı dayanır.
İlin yekunlarına görə dövlət başçısının idmançılarla görüşü, nəticələrin müzakirəsi, qalib idmançıların mükafatlandırılması ölkəmizdə artıq ənənə halını almışdır. Bu ənənə artıq 28 ildir ki, davam edir. Dekabrın 26-da 2025-ci ilin idman yekunlarına həsr olunan mərasimdə Azərbaycan Respublikasının Prezidenti, Milli Olimpiya Komitəsinin Prezidenti İlham Əliyev idmançılarla görüşüb. Prezident İlham Əliyev 2025-ci ilin idman yekunlarına həsr olunan mərasimdə çıxış edərək, Azərbaycan idmanının cari ildə əldə etdiyi nailiyyətləri yüksək qiymətləndirmişdir.
Dövlət başçısı qeyd etdi ki, Azərbaycan idmançıları beynəlxalq yarışlarda ölkəmizi ləyaqətlə təmsil ediblər. Keçirilən yarışlarda 2000-dən çox medal qazanmışlar ki, bu medallarında 600-dən çoxu qızıl medal olmuşdur. Qazanaılan bu uğur idmanımızın inkişafını və yeni nəsil idmançıların yetişdiyinin bir daha əyani sübutudur.
Prezident İlham Əliyev çıxışında vurğulayıb ki, Azərbaycan artıq beynəlxalq aləmdə idman ölkəsi kimi tanınır. Bu, həyata keçirilən uğurlu dövlət siyasətinin məntiqi nəticəsidir. İdmançılar hərtərəfli qayğı ilə əhatə olunur ki, bu da beynəlxalq yarışlarda daha böyük uğurlar əldə etməyə imkan yaradır. Mövcud idman obyektləri yenidən qurulur, eyni zamanda yeniləri inşa edilir. 2025-ci ildə Gəncədə və Yevlaxda Olimpiya İdman komplekslərinin tikintisi başa çatmışdır. Hazırda ölkədə 46 olimpiya idman kompleksi fəaliyyət göstərir. 5 il bundan əvvəl əldə etdiyimiz şanlı Qələbə idmançıların məsuliyyətini də böyük dərəcədə artırır. Son 5 il ərzində bayrağımız qalib ölkənin bayrağı kimi beynəlxalq arenalarda qaldırılır. Artıq idmançılarımız beynəlxalq yarışlarda müzəffər xalqın nümayəndələri kimi yarışlarda iştirak edirlər.
Dünyada idman ölkəsi kimi tanınan ölkəmiz beynəlxalq idman arenasında özünə layiqli yer tutub.Bu il ölkəmizdə keçirilmiş əsas idman yarışı, MDB ölkələrinin üçüncü Oyunları olmuşdur. Oyunlar çox yüksək səviyyədə keçirilmişdir. İdmançılarımız bu Oyunlarda yaxşı nəticə göstərərək, komanda hesabında ikinci yerə biz layiq görülmüşlər. Beynəlxalq idman yarışlarına ev sahibliyi etməyimiz ölkəmizin imicini, idman potensialını bütün dünyaya bir daha nümayiş etdirir.
Azərbaycan idmanının yüksəlişi həm də dövlətimizin yüksəlişi deməkdir. Bu gün idman sahəsində əldə olunan uğurlar bir daha onu göstərir ki, Azərbaycanda idman uğurla inkişaf edir, Azərbaycan idman dövlətidir və həm böyüklər, həm gənclər arasında keçirilmiş beynəlxalq yarışlarda bizim idmançılarımız öz gücünü, dövlətimizin qüdrətini nümayiş etdirirlər. Azərbaycan idmanının yüksəlişi həm də dövlətimizin yüksəlişi deməkdir, çünki bayrağımız ucaldıqda, dövlətimizin nüfuzu daha yüksək zirvələrə doğru ucalır. Bu isə, Prezident İlham Əliyevin idmanın inkişafına və yetişməkdə olan gənc nəslə göstərdiyi xüsusi diqqət və qayğısının real və əyani təcəssümüdür. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda idmanın bütün sahələrinin inkişafı, idmançıların yüksək səviyyədə qayğı ilə əhatə olunması, idman komplekslərinin müasir tələblərə cavab verəcək səviyyədə qurulması, ən əsası isə Olimpiya oyunlarında idmançılarımızın iştirakı üçün xeyli işlər görülmüşdür. Bu gərgin əməyin nəticəsidir ki, Azərbaycan dünyada idman ölkəsi kimi tanınaraq böyük nüfuz qazanıb.
Rövlan Heydərov
YAP Naftalan şəhər təşkilatının sədri
Xəbər lenti
Hamısına baxSiyasət
19 İyun 11:03
Siyasət
19 İyun 11:03
Hərbi
19 İyun 10:54
Gündəm
19 İyun 10:30
Sosial
19 İyun 10:29
Gündəm
19 İyun 10:15
Analitik
19 İyun 09:59
Ədəbiyyat
19 İyun 09:31
Ədəbiyyat
19 İyun 09:17
Sosial
19 İyun 08:50
Sosial
19 İyun 08:34
Dünya
18 İyun 23:35
Mədəniyyət
18 İyun 23:19
Dünya
18 İyun 22:41
Dünya
18 İyun 22:34
Dünya
18 İyun 22:16
İdman
18 İyun 21:58
İqtisadiyyat
18 İyun 21:22
İqtisadiyyat
18 İyun 21:09
Siyasət
18 İyun 20:45
Müsahibə
18 İyun 20:31
Dünya
18 İyun 20:17
Müsahibə
18 İyun 19:53
Analitik
18 İyun 19:22
İqtisadiyyat
18 İyun 19:20
Sosial
18 İyun 19:11
Gündəm
18 İyun 18:55
Dünya
18 İyun 18:20
Dünya
18 İyun 17:35
Dünya
18 İyun 16:29
Xəbər lenti
18 İyun 15:58
Dünya
18 İyun 15:31
İqtisadiyyat
18 İyun 15:16
Maraqlı
18 İyun 14:49
Siyasət
18 İyun 14:36
Siyasət
18 İyun 14:35
Siyasət
18 İyun 14:35
Siyasət
18 İyun 14:34
Sosial
18 İyun 14:33
Siyasət
18 İyun 14:32
Dünya
18 İyun 14:27
YAP xəbərləri
18 İyun 14:25
YAP xəbərləri
18 İyun 14:23
Sosial
18 İyun 14:16
Sosial
18 İyun 14:14
Dünya
18 İyun 13:48
Dünya
18 İyun 13:20
YAP xəbərləri
18 İyun 13:15
Gündəm
18 İyun 13:04
Siyasət
18 İyun 12:57
İqtisadiyyat
18 İyun 12:47
İqtisadiyyat
18 İyun 12:43
Sosial
18 İyun 12:43
Sosial
18 İyun 12:41
İqtisadiyyat
18 İyun 12:41
Sosial
18 İyun 12:40
Siyasət
18 İyun 12:18
Dünya
18 İyun 11:59
Analitik
18 İyun 11:25
Gündəm
18 İyun 11:23
Siyasət
18 İyun 10:47
Siyasət
18 İyun 10:46
Siyasət
18 İyun 10:45
Siyasət
18 İyun 10:44
Siyasət
18 İyun 10:44
Siyasət
18 İyun 10:43
Siyasət
18 İyun 10:43
Sosial
18 İyun 10:39
Dünya
18 İyun 10:17
İqtisadiyyat
18 İyun 09:40

