/ / “Konstitusiya və Suverenlik İli” çərçivəsində “Xilaskarlıq missiyasının davamçısı” mövzusunda tədbir keçirilib
“Konstitusiya və Suverenlik İli” çərçivəsində “Xilaskarlıq missiyasının davamçısı” mövzusunda tədbir keçirilib
24.12.2025 [17:03]
24 dekabr 2025-ci il tarixdə Ağdam Rayon Heydər Əliyev Mərkəzində “Konstitusiya və Suverenlik İli” çərçivəsində “Xilaskarlıq missiyasının davamçısı” mövzusunda tədbir keçirilib. Ağdam Rayon İcra Hakimiyyətinin və Yeni Azərbaycan Partiyası Ağdam Rayon Təşkilatının birgə təşkilatçılığı ilə baş tutan tədbirdə Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov, YAP Ağdam Rayon Təşkilatının sədri Mansur Quliyev, YAP fəalları, şəhid ailələri, qazilər, ərazi partiya təşkilatlarının sədrləri, idarə müəssisə, təşkilatların rəhbərləri və ictimaiyyət nümayəndələri iştirak ediblər. Tədbir iştirakçıları əvvəlcə Ulu öndər Heydər Əliyevin mərkəzi meydanda ucaldılmış abidəsini ziyarət etmiş, önünə tər gül dəstələri düzmüşlər. Heydər Əliyev Mərkəzində davam edən tədbirdə ilk öncə Dövlət Himni səsləndirilmiş, Ümummilli liderin və torpaqlarımızın ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş Vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir. Çıxış edən RİH başçısı Vaqif Həsənov, YAP Ağdam Rayon Təşkilatının sədri Mansur Quliyev, Ağdam Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsi ərazi partiya təşkilatının sədri Hafiz Əzimzadə, Şəhid atası Asif Məmmədov və digər natiqlər Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu milli dövlətçilik ideologiyasının cənab Prezident İlham Əliyev tərəfindən müasir idarəetmə mexanizmləri ilə zənginləşdirilməsindən, siyasi, iqtisadi, sosial və digər sahələrdə əldə edilən uğurlardan, nəqliyyat və logistika sahəsində həyata keçirilən layihələrdən, Vətən müharibəsində qazanılan Zəfərdən, Qarabağ və Şərqi Zəngəzurda genişmiqyaslı bərpa və yenidənqurma işlərinin həyata keçirilməsindən bəhs etmişlər. Tədbirin sonunda Yeni Azərbaycan Partiyası Ağdam Rayon Təşkilatı tərəfindən bir qrup şəhid ailəsinə bayram sovqatı paylanmış, partiya sıralarına yeni qəbul edilmiş şəxslərə üzvlük vəsiqələri təqdim edilmişdir.
Xəbər lenti
Hamısına baxDünya
19 İyun 23:45
İqtisadiyyat
19 İyun 23:18
İdman
19 İyun 22:56
Dünya
19 İyun 22:20
Dünya
19 İyun 22:05
Xəbər lenti
19 İyun 21:49
Sosial
19 İyun 21:26
Dünya
19 İyun 21:10
İqtisadiyyat
19 İyun 20:45
Dünya
19 İyun 20:30
Sosial
19 İyun 20:17
Elm
19 İyun 19:53
Sosial
19 İyun 19:21
İdman
19 İyun 19:13
Dünya
19 İyun 18:37
Sosial
19 İyun 18:04
Sosial
19 İyun 17:19
Xəbər lenti
19 İyun 16:30
Sosial
19 İyun 16:30
Sosial
19 İyun 15:47
İqtisadiyyat
19 İyun 15:45
YAP xəbərləri
19 İyun 15:40
Dünya
19 İyun 15:34
YAP xəbərləri
19 İyun 15:34
İqtisadiyyat
19 İyun 15:31
Diaspor
19 İyun 15:21
Xəbər lenti
19 İyun 14:52
YAP xəbərləri
19 İyun 14:51
Gündəm
19 İyun 14:49
Siyasət
19 İyun 14:48
Elanlar
19 İyun 14:48
Elm
19 İyun 14:44
Sosial
19 İyun 14:40
Sosial
19 İyun 14:40
Sosial
19 İyun 14:33
Siyasət
19 İyun 14:30
Mədəniyyət
19 İyun 13:46
Mədəniyyət
19 İyun 13:46
İqtisadiyyat
19 İyun 13:41
Hərbi
19 İyun 13:39
Xəbər lenti
19 İyun 13:38
Xəbər lenti
19 İyun 13:37
Xəbər lenti
19 İyun 13:37
Siyasət
19 İyun 13:36
Xəbər lenti
19 İyun 13:35
Elm
19 İyun 13:34
Dünya
19 İyun 12:50
Sosial
19 İyun 12:47
Sosial
19 İyun 12:46
Gündəm
19 İyun 12:26
YAP xəbərləri
19 İyun 12:16
YAP xəbərləri
19 İyun 12:15
YAP xəbərləri
19 İyun 12:14
Siyasət
19 İyun 12:13
Siyasət
19 İyun 12:11
Gündəm
19 İyun 11:58
Xəbər lenti
19 İyun 11:48
Sosial
19 İyun 11:37
Elm
19 İyun 11:36
Siyasət
19 İyun 11:35
Gündəm
19 İyun 11:26
Siyasət
19 İyun 11:03
Hərbi
19 İyun 10:54
Gündəm
19 İyun 10:30
Sosial
19 İyun 10:29
Gündəm
19 İyun 10:15
Analitik
19 İyun 09:59
Ədəbiyyat
19 İyun 09:31
Ədəbiyyat
19 İyun 09:17
Sosial
19 İyun 08:50

