Azərbaycan-Slovakiya əlaqələri strateji tərəfdaşlığa və regional sabitliyə böyük töhfə verir
09.12.2025 [19:12]
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Slovakiyaya tarixi rəsmi səfəri, iki ölkə arasında Strateji Tərəfdaşlıq münasibətlərinin dərinləşməsində mühüm dönüş nöqtəsi kimi qeyd olunmalıdır. Səfər çərçivəsində Bratislavada Slovakiya Respublikasının Prezidenti Peter Pelleqrini ilə aparılan danışıqlar, əməkdaşlığın bütün sahələrini əhatə edən geniş və perspektivli gündəliyin təsdiq olunması bunu bir daha sübut edir.
Cənab Prezident İlham Əliyev mətbuata bəyanatında Prezident Pelleqrininin dəvətinə və yüksək qonaqpərvərliyinə görə təşəkkürünü bildirərək, bu səfərin iki ölkə arasındakı əlaqələrə çox müsbət təsir göstərəcəyinə əminliyini ifadə etdi. Ölkəmizin başçısı qeyd etmişdir ki, bu ilk rəsmi səfər çərçivəsində keçirilən danışıqlar Slovakiya və Azərbaycanın sözün əsl mənasında dost və strateji tərəfdaş olduğunu bir daha sübut etdi. 2024-cü ildə imzalanmış Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə əlaqələri ən yüksək səviyyəyə qaldıran sənəddir və onun imzalanmasından sonra bütün istiqamətlər üzrə çox fəal əməkdaşlıq, o cümlədən Birgə iqtisadi işçi qrupun fəaliyyətinin genişləndirilməsi müşahidə olunur.
Ənənəvi əməkdaşlıq sahəsi olan energetika məsələləri danışıqların əsas mövzularından biri olduğunu qeyd edən cənab Prezident Əliyev, ötən il ilk dəfə Azərbaycan qazının Slovakiyaya təchiz edildiyini bildirərək, ölkənin Slovakiyanın ehtiyacları olan səviyyədə, istənilən həcmdə enerji resurslarını təmin edə biləcəyini bildirdi. Azərbaycanın zəngin qaz yataqları sayəsində təbii qazı ixrac etdiyi ölkələrin sayı 14-ə çatıb və boru kəmərləri ilə ixrac edilən qazın təchizatçısı olaraq Azərbaycan birinci yerdədir. Hazırda ümumi qaz ixracı 25 milyard kubmetr səviyyəsindədir, bunun da yarısı Avropa ölkələrinə nəql edilir. Bu gün Avropa İttifaqına üzv 8 ölkə Azərbaycan qazı alaraq öz enerji təhlükəsizliyini təmin edir. Yeni qaz yataqlarının işlənməsi nəticəsində əlavə resursların əldə ediləcəyi və bunun da həm Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Slovakiya Respublikasının Prezidenti Peter Pelleqrini dekabrın 8-də Bratislavada mətbuata bəyanatlarla çıxış ediblər.
Dövlət başçısı müdafiə sənayesi sahəsində əməkdaşlığın perspektivli sahə olduğunu bildirərək Azərbaycanın müharibə aparmaq fikrində olmadığını, müharibələrin keçmişdə qaldığını vurğuladı. Bu sahədə əməkdaşlıq sənayenin inkişafı nöqteyi-nəzərindən görülür. Slovakiya texnologiyaları ilə Azərbaycanın maliyyə imkanlarını birləşdirərək yeni məhsulların istehsalı, həm dünya bazarları üçün maraqlı ola bilər, həm də texnoloji inkişafın qolu olaraq böyük faydalar verəcəkdir. Bu istiqamətdə konkret layihələr üzərində işlər aparılır. Ölkə Prezidenti İlham Əliyev cənabları noyabrın 8-də azadlıq müharibəsində Qələbənin beşinci ildönümündə fəxri qonaqlar arasında Slovakiyanın Baş nazirinin müavini və müdafiə nazirinin iştirakını xüsusi məmnunluqla qeyd edərək, bunun iki ölkənin dostluğunu göstərən jest olduğunu vurğuladı.
Azərbaycan son illərdə həyata keçirdiyi ardıcıl və sistemli xarici siyasət strategiyası nəticəsində beynəlxalq arenada mühüm nailiyyətlərə imza atmış, həm regional, həm də qlobal müstəvidə etibarlı tərəfdaş kimi mövqeyini möhkəmləndirmişdir. Prezident İlham Əliyevin balanslı, çoxşaxəli və prinsipial xarici siyasət kursu sayəsində ölkəmiz qlobal güc mərkəzləri ilə strateji əməkdaşlıq əlaqələri qurmuş, regional təhlükəsizliyin və sabitliyin təmin edilməsində əhəmiyyətli aktora çevrilmişdir.
Dövlətimizin başçısı həmçinin xüsusi olaraq vurğulayıb ki, Azərbaycanın Şərqlə Qərb arasında müəyyən bir körpü rolunu oynaması, infrastruktura, bağlantılara və nəqliyyat sektoruna qoyulan sərmayələr nəticəsində mümkün olub. Azərbaycan Şərq-Qərb nəqliyyat dəhlizinin önəmli parçasına çevrilib və Orta Dəhliz layihəsində fəal iştirak edir. Orta Asiyanı Avropa ilə birləşdirən ən etibarlı və təhlükəsiz marşrut Azərbaycan ərazisindən keçir. Gələcək illərdə nəqliyyat sahəsinə əlavə vəsait qoyulması və bu sahədə Slovakiya ilə əlaqələrin inkişafı böyük potensial daşıyır. Eyni zamanda, informasiya texnologiyaları, data mərkəzlərinin yaradılması haqqında da danışıldı. Azərbaycanın kifayət qədər böyük enerji potensialı (hazırda 2 giqavat, növbəti 5 ildə 8 giqavata çatdırılacaq) və münasib iqlim şəraiti (çox soyuq bölgələr), ölkənin beynəlxalq data mərkəzləri habı rolunu görməsinə imkan verir və bu istiqamətdə Slovakiya şirkətləri ilə əməkdaşlıq planlaşdırılır.
Cənab Prezident Slovakiyanın uğurlu inkişafını, ölkədə hökm sürən sabitliyi, iqtisadi inkişafı və güclü sənaye potensialını yüksək qiymətləndirmişdir. Xüsusilə Slovakiyanın müstəqil xarici siyasət yürütməsi, bəzi hallarda müəyyən çətinliklərlə üzləşsə də, ölkə rəhbərliyinə bölgədə çox böyük hörmət qazandıran amil kimi qeyd edilmişdir.
Bəhruz Ramazanov
YAP Qusar rayon təşkilatının məsləhətçisi
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
19 İyun 20:45
Dünya
19 İyun 20:30
Sosial
19 İyun 20:17
Elm
19 İyun 19:53
Sosial
19 İyun 19:21
İdman
19 İyun 19:13
Dünya
19 İyun 18:37
Sosial
19 İyun 18:04
Sosial
19 İyun 17:19
Xəbər lenti
19 İyun 16:30
Sosial
19 İyun 16:30
Sosial
19 İyun 15:47
İqtisadiyyat
19 İyun 15:45
YAP xəbərləri
19 İyun 15:40
Dünya
19 İyun 15:34
YAP xəbərləri
19 İyun 15:34
İqtisadiyyat
19 İyun 15:31
Diaspor
19 İyun 15:21
Xəbər lenti
19 İyun 14:52
YAP xəbərləri
19 İyun 14:51
Gündəm
19 İyun 14:49
Siyasət
19 İyun 14:48
Elanlar
19 İyun 14:48
Elm
19 İyun 14:44
Sosial
19 İyun 14:40
Sosial
19 İyun 14:40
Sosial
19 İyun 14:33
Siyasət
19 İyun 14:30
Mədəniyyət
19 İyun 13:46
Mədəniyyət
19 İyun 13:46
İqtisadiyyat
19 İyun 13:41
Hərbi
19 İyun 13:39
Xəbər lenti
19 İyun 13:38
Xəbər lenti
19 İyun 13:37
Xəbər lenti
19 İyun 13:37
Siyasət
19 İyun 13:36
Xəbər lenti
19 İyun 13:35
Elm
19 İyun 13:34
Dünya
19 İyun 12:50
Sosial
19 İyun 12:47
Sosial
19 İyun 12:46
Gündəm
19 İyun 12:26
YAP xəbərləri
19 İyun 12:16
YAP xəbərləri
19 İyun 12:15
YAP xəbərləri
19 İyun 12:14
Siyasət
19 İyun 12:13
Siyasət
19 İyun 12:11
Gündəm
19 İyun 11:58
Xəbər lenti
19 İyun 11:48
Sosial
19 İyun 11:37
Elm
19 İyun 11:36
Siyasət
19 İyun 11:35
Gündəm
19 İyun 11:26
Siyasət
19 İyun 11:03
Hərbi
19 İyun 10:54
Gündəm
19 İyun 10:30
Sosial
19 İyun 10:29
Gündəm
19 İyun 10:15
Analitik
19 İyun 09:59
Ədəbiyyat
19 İyun 09:31
Ədəbiyyat
19 İyun 09:17
Sosial
19 İyun 08:50
Sosial
19 İyun 08:34
Dünya
18 İyun 23:35
Mədəniyyət
18 İyun 23:19
Dünya
18 İyun 22:41
Dünya
18 İyun 22:34
Dünya
18 İyun 22:16
İdman
18 İyun 21:58
İqtisadiyyat
18 İyun 21:22

