YAP Laçın rayon təşkilatı 50 saylı ƏPT də Partiya fəalları ilə görüş keçirib
03.12.2025 [18:02]
“Konstitusiya və Suverenlik İli” çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) Laçın rayon təşkilatının təşkilatçılığı ilə 50 saylı ərazi partiya təşkilatında YAP fəallarının iştirakı ilə “Möhtəşəm Zəfər Heydər Əliyev siyasətinin təntənəsidir və Böyük Qayıdış” mövzusunda tədbir keçirilmişdir.
Tədbirin əvvəlində Ümummilli Lider Heydər Əliyevin, həmçinin Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını fəda etmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Tədbirdə Yeni Azərbaycan Partiyası Laçın rayon təşkilatının sədri İlqar İlyasov, Milli Məclisin deputatı Rövşən Muradov, Laçın rayon B. M. Məmmədov adına Minkənd kənd tam orta məktəbinin direktoru İlqar Şahverdiyev, Laçın rayonunun ziyalısı və YAP veteranı Varaşil Məmmədov, eləcə də YAP fəalları çıxış etmişlər.
Çıxışlarda vurğulanmışdır ki, Heydər Əliyev siyasətinin uğurları Möhtəşəm Zəfərdə öz parlaq təntənəsini tapmışdır. Ulu Öndər Heydər Əliyev Azərbaycan xalqının müasir tarixində müdrikliyi, siyasi uzaqgörənliyi və dövlətçilik prinsiplərinə sarsılmaz sədaqəti ilə seçilən nadir liderdir. Onun yaratdığı güclü idarəetmə modeli, milli həmrəyliyə əsaslanan strategiyası, iqtisadiyyatı dirçəltmək və ordu quruculuğunu inkişaf etdirmək istiqamətində atdığı addımlar Azərbaycanın gələcək uğurlarının bünövrəsini qoymuşdur. Xüsusilə də müstəqilliyin ən çətin dövrlərində ölkəni siyasi təlatümlərdən xilas etməsi, sabitlik yaradaraq dövlət quruculuğunu sistemli şəkildə həyata keçirməsi Heydər Əliyevin tarixdəki misilsiz rolunu daha da möhkəmləndirmişdir.
Ulu Öndərin əsası qoyduğu bu güclü dövlətçilik xətti, milli həmrəylik və ordu quruculuğu strateji hədəfləri bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilərək Azərbaycanı tarixi qələbəyə aparmışdır. 44 günlük Vətən müharibəsində əldə olunan Zəfər yalnız hərbi gücün deyil, həm də müdrik siyasi irsin qalibiyyətidir.
Bu gün həyata keçirilən Böyük Qayıdış proqramı isə həmin siyasətin davamı olaraq Qarabağ və Şərqi Zəngəzurun dirçəlişini təmin edir. Azad edilmiş torpaqlarda aparılan genişmiqyaslı bərpa-quruculuq işləri Azərbaycanın qüdrətini, xalqın birlik və əzmini nümayiş etdirir. Bu proses həm tarixi ədalətin bərpası, həm də ölkəmizin yeni inkişaf mərhələsinə inamlı addımdır.
Tədbirin sonunda partiya dəyərlərinin təbliğində xidmətləri olan YAP fəallarına fəxri fərmanlar, eləcə də Yeni Azərbaycan Partiyasının sıralarına yeni qoşulan gənclərə üzvlük vəsiqələri təqdim edilmişdir.
Xəbər lenti
Hamısına baxDünya
19 İyun 23:45
İqtisadiyyat
19 İyun 23:18
İdman
19 İyun 22:56
Dünya
19 İyun 22:20
Dünya
19 İyun 22:05
Xəbər lenti
19 İyun 21:49
Sosial
19 İyun 21:26
Dünya
19 İyun 21:10
İqtisadiyyat
19 İyun 20:45
Dünya
19 İyun 20:30
Sosial
19 İyun 20:17
Elm
19 İyun 19:53
Sosial
19 İyun 19:21
İdman
19 İyun 19:13
Dünya
19 İyun 18:37
Sosial
19 İyun 18:04
Sosial
19 İyun 17:19
Xəbər lenti
19 İyun 16:30
Sosial
19 İyun 16:30
Sosial
19 İyun 15:47
İqtisadiyyat
19 İyun 15:45
YAP xəbərləri
19 İyun 15:40
Dünya
19 İyun 15:34
YAP xəbərləri
19 İyun 15:34
İqtisadiyyat
19 İyun 15:31
Diaspor
19 İyun 15:21
Xəbər lenti
19 İyun 14:52
YAP xəbərləri
19 İyun 14:51
Gündəm
19 İyun 14:49
Siyasət
19 İyun 14:48
Elanlar
19 İyun 14:48
Elm
19 İyun 14:44
Sosial
19 İyun 14:40
Sosial
19 İyun 14:40
Sosial
19 İyun 14:33
Siyasət
19 İyun 14:30
Mədəniyyət
19 İyun 13:46
Mədəniyyət
19 İyun 13:46
İqtisadiyyat
19 İyun 13:41
Hərbi
19 İyun 13:39
Xəbər lenti
19 İyun 13:38
Xəbər lenti
19 İyun 13:37
Xəbər lenti
19 İyun 13:37
Siyasət
19 İyun 13:36
Xəbər lenti
19 İyun 13:35
Elm
19 İyun 13:34
Dünya
19 İyun 12:50
Sosial
19 İyun 12:47
Sosial
19 İyun 12:46
Gündəm
19 İyun 12:26
YAP xəbərləri
19 İyun 12:16
YAP xəbərləri
19 İyun 12:15
YAP xəbərləri
19 İyun 12:14
Siyasət
19 İyun 12:13
Siyasət
19 İyun 12:11
Gündəm
19 İyun 11:58
Xəbər lenti
19 İyun 11:48
Sosial
19 İyun 11:37
Elm
19 İyun 11:36
Siyasət
19 İyun 11:35
Gündəm
19 İyun 11:26
Siyasət
19 İyun 11:03
Hərbi
19 İyun 10:54
Gündəm
19 İyun 10:30
Sosial
19 İyun 10:29
Gündəm
19 İyun 10:15
Analitik
19 İyun 09:59
Ədəbiyyat
19 İyun 09:31
Ədəbiyyat
19 İyun 09:17
Sosial
19 İyun 08:50

