/ / Kəlbəcər şəhəri gününə həsr olunmuş “Təbiətin möcüzəsi – Kəlbəcər azaddır” adlı tədbir keçirilib
Kəlbəcər şəhəri gününə həsr olunmuş “Təbiətin möcüzəsi – Kəlbəcər azaddır” adlı tədbir keçirilib
26.11.2025 [16:25]
Yeni Azərbaycan Partiyası Kəlbəcər Rayon Təşkilatının, Gəncə şəhər Heydər Əliyev Mərkəzinin və Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 16 nömrəli kitabxana filialının təşkilatçılığı ilə Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günlərinin təsis edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamına uyğun olaraq 25 Noyabr – Kəlbəcər şəhəri gününə həsr olunmuş “Təbiətin möcüzəsi – Kəlbəcər azaddır” adlı tədbir keçirilib.
Tədbir iştirakçıları əvvəlcə Heydər Əliyev Mərkəzinin önündə Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edib, abidə önünə gül dəstələri düzüblər.Ulu Öndər Heydər Əliyevin, eləcə də Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.Tədbirdə Yeni Azərbaycan Partiyası Kəlbəcər Rayon Təşkilatının sədri Həbib Misirov, Heydər Əliyev Mərkəzinin direktoru İlknur İsgəndərova, mərkəzin əməkdaşları, şəhid valideynləri, qazilər, idarə və müəssisə rəhbərləri, ictimaiyyət nümayəndələri və YAP fəalları iştirak ediblər. YAP Kəlbəcər Rayon Təşkilatının sədri Həbib Misirov, Şəhid Ömər Şirinovun atası Muğan Şirinov, Şəhid Şəhriyar Mehdiyevin atası Mübəriz Mehdiyev, 44 günlük Vətən müharibəsinin qazisi Elvin Hüseynov, Şərqi Zəngəzur DSMF-nin müdiri Amil Salmanov, Kəlbəcər Suvarma Sistemləri İdarəsinin rəisi Azər Xankişiyev, Şərqi Zəngəzur Regional Gənclər və İdman İdarəsi Kəlbəcər sektorunun baş məsləhətçisi Hikmət Şahmuradov, Kəlbəcər rayon 8 nömrəli tam orta məktəbin direktoru Rəna Nadirova və digərlərii çıxış edərək vurğulayıblar ki, bu gün Azərbaycanın ən gözəl, zəngin təbiəti, tarixi abidələri və qədim mədəniyyəti ilə seçilən Kəlbəcər Şəhəri Günü xüsusi qürurla qeyd olunur.Qeyd edilib ki, Kəlbəcər təkcə təbiət incisi deyil, həm də xalqımızın mənəvi yaddaşını, mədəni irsini yaşadan nadir məkanlardandır. Uzun illər işğal altında qalan Kəlbəcərin 25 noyabr 2020-ci ildə azad edilməsi xalqımızın yenilməz iradəsinin, Azərbaycan Ordusunun qəhrəmanlığının və Ali Baş Komandanın qətiyyətli hərbi-diplomatik siyasətinin parlaq nəticəsi idi. Bu Qələbə həm də ədalətin bərpası və milli ləyaqətin təntənəsi kimi tarixə düşdü.Bu gün Kəlbəcərdə genişmiqyaslı bərpa-quruculuq işləri sürətlə davam etdirilir: yol, enerji, su və rabitə infrastrukturu yenilənir, Baş Plana uyğun şəkildə yaşayış məhəllələri, məktəblər və sosial obyektlər inşa olunur.
Rayonun təbii və iqtisadi potensialı nəzərə alınaraq turizm, kənd təsərrüfatı və “yaşıl enerji” sahələrində yeni layihələr həyata keçirilir. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın 21 avqust 2025-ci ildə Kəlbəcərə səfəri bölgənin sürətli dirçəlişinin növbəti mərhələsini xarakterizə edən mühüm hadisə kimi qiymətləndirilib. Səfər çərçivəsində sakinlərlə görüş, yeni mənzillərin təqdim edilməsi və Kəlbəcərin tam bərpasının dövlət siyasətinin prioritetlərindən biri olduğu xüsusi vurğulanıb.Çıxışlarda bildirilib ki, bu il Kəlbəcərin özündə qeyd olunan 25 Noyabr – Kəlbəcər Şəhər Günü azadlığın, dirçəlişin və Böyük Qayıdışın rəmzinə çevrilib. Şəhər Günü münasibətilə keçirilən tədbirlər Kəlbəcərin inkişafının, strateji əhəmiyyətinin və bölgənin yenidən canlanmasının aydın göstəricisi kimi dəyərləndirilib.
Xəbər lenti
Hamısına baxDünya
01 May 23:49
İqtisadiyyat
01 May 23:20
Sosial
01 May 22:46
Xəbər lenti
01 May 22:19
Siyasət
01 May 22:07
Dünya
01 May 21:55
Hadisə
01 May 21:23
İqtisadiyyat
01 May 20:42
Mədəniyyət
01 May 20:17
Maraqlı
01 May 19:50
Dünya
01 May 19:23
Dünya
01 May 18:25
Dünya
01 May 17:32
Gündəm
01 May 16:55
Dünya
01 May 16:55
Maraqlı
01 May 16:39
YAP xəbərləri
01 May 15:50
Dünya
01 May 15:22
Siyasət
01 May 14:53
Siyasət
01 May 14:52
YAP xəbərləri
01 May 14:52
Mədəniyyət
01 May 14:50
Dünya
01 May 14:45
Dünya
01 May 14:17
İdman
01 May 13:52
Hərbi
01 May 13:47
Sosial
01 May 13:45
Sosial
01 May 13:41
Dünya
01 May 13:25
Gündəm
01 May 13:19
Siyasət
01 May 13:19
Sosial
01 May 13:18
Dünya
01 May 12:58
YAP xəbərləri
01 May 12:53
Sosial
01 May 12:42
İqtisadiyyat
01 May 12:41
Sosial
01 May 12:40
Sosial
01 May 12:39
Siyasət
01 May 12:32
Sosial
01 May 12:29
Siyasət
01 May 12:26
Dünya
01 May 12:21
Siyasət
01 May 11:42
Siyasət
01 May 11:27
MEDİA
01 May 11:24
Gündəm
01 May 11:17
Siyasət
01 May 11:07
Analitik
01 May 11:01
Gündəm
01 May 10:52
Siyasət
01 May 10:39
Gündəm
01 May 10:16
Gündəm
01 May 09:54
İqtisadiyyat
01 May 09:30
Analitik
01 May 09:13
Sosial
01 May 08:51
Sosial
01 May 08:39
Gündəm
30 Aprel 23:59
Dünya
30 Aprel 23:37
Dünya
30 Aprel 23:19
Dünya
30 Aprel 22:56
İqtisadiyyat
30 Aprel 22:41
İqtisadiyyat
30 Aprel 22:16
İdman
30 Aprel 22:02
Hadisə
30 Aprel 21:56
Dünya
30 Aprel 21:54
Dünya
30 Aprel 21:38
Dünya
30 Aprel 21:20
Dünya
30 Aprel 20:48
Xəbər lenti
30 Aprel 20:32
İqtisadiyyat
30 Aprel 20:17

