Kəlbəcər bir güllə atılmadan, bir şəhid verilmədən azad edildi
25.11.2025 [19:14]
Xalqımız böyük sevinc və fərəh hissi ilə Kəlbəcər rayonunun işğaldan azad olunmasının beşinci ildönümünü qeyd edir. 44 günlük Vətən müharibəsində Azərbaycan Prezidentinin diplomatik məharəti, prinsipiallığı, dəmir iradəsi və Azərbaycan Ordusunun şanlı Zəfəri Ermənistanı əraziləri boşaltmağa məcbur etdi. Üçtərəfli Bəyanatın şərtlərinə əsasən 2020-ci il noyabrın 25-də Respublikamızın əsrarəngiz guşələrindən olan Kəlbəcər rayonu Ermənistan ordusu tərəfindən boşaldıldı. Azərbaycan bununla hərbi-siyasi yolla beynəlxalq hüququn aliliyini və tarixi ədaləti bərpa etdi.
Kəlbəcər bir güllə atılmadan, bir şəhid verilmədən azad edildi. Bu, Azərbaycanın döyüş meydanında olduğu kimi diplomatik danışıqlarda da qalib olmasının göstəricisi idi.
Kəlbəcərin məcburi təhvilvermə prosesi ermənilərin vəhşiliyini növbəti dəfə dünyaya nümayiş etdirdi. Kəlbəcərdə qanunsuz məskunlaşmış ermənilər tarixi torpaqlarımızı tərk edərkən, öz xislətlərini, terrorçu mahiyyətlərini bütün dünyaya ifşa edərək, evləri, meşələri yandırdılar, ağacları kəsdilər. Təəssüflər olsun ki, ətraf mühitin, ekoloji sistemin qorunmasının qlobal əhəmiyyət kəsb etdiyi bir dövrdə dünyanın gözü önündə baş verən bu cinayətlərə də beynəlxalq ictimaiyyət yenə də kəskin reaksiya vermədi.
Şanlı Qələbə nəticəsində işğaldan azad edilmiş digər ərazilərimiz kimi, Kəlbəcər də viran qoyulub. Evlər dağıdılıb, infrastruktur talan olunub, bir sözlə, daş-daş üstə qalmayıb.
İşğaldan azad edildikdən sonra dövlət başçısı Kəlbəcərə çoxsaylı səfərləri zamanı yeni obyektlərin, yaşayış məntəqələrinin təməlqoyma mərasimlərində və açılışlarında iştirak edib, görülən və həyata keçiriləcək işlərlə tanış olub, tapşırıq və tövsiyələrini verib.
Bu gün “Böyük Qayıdış” proqramı çərçivəsində Kəlbəcər yenidən qurulur, keçmiş məcburi köçkünlərin geri qayıtması üçün evlər inşa edilir, mühüm infrastruktur layihələri icra olunur. İnfrastrukturun yüksək səviyyədə yenidən qurulması həm işğaldan azad olunmuş ərazilərin iqtisadi potensialından səmərəli istifadə edilməsində, həm də oraya qayıdacaq insanların normal həyat şəraiti ilə təmin olunmasında mühüm rol oynayacaq.
Şanlı zəfərimizin əbədiləşdirilməsi, yalnız hərbi bir qələbənin qeyd edilməsi deyil, eyni zamanda Azərbaycan xalqının mübarizə əzminin, dövlətçilik gücünün və milli ruhunun təntənəsidir. 25 noyabrın Kəlbəcər şəhəri günü kimi qeyd edilməsi xalqımızın öz ərazilərinə, mədəniyyətinə və tarixinə olan bağlılığının simvoludur. Gələcək nəsillər bu zəfəri yalnız tarixdən deyil, həm də mədəniyyətin, incəsənətin, abidələrin və hər bir Azərbaycan vətəndaşının qəlbindən yaşanacaq bir irs olaraq öyrənəcək.
Rövşən Əhmədov
YAP Ağcabədi rayon təşkilatının sədri
Xəbər lenti
Hamısına baxSiyasət
30 İyul 09:54
Sosial
30 İyul 09:30
Dünya
30 İyul 09:15
Analitik
30 İyul 08:57
Analitik
30 İyul 08:33
Elm
30 İyul 07:56
İdman
30 İyul 07:54
Dünya
30 İyul 07:45
Dünya
30 İyul 07:44
Dünya
29 İyul 23:17
Dünya
29 İyul 22:41
Dünya
29 İyul 22:19
İqtisadiyyat
29 İyul 21:50
Dünya
29 İyul 21:22
Dünya
29 İyul 21:09
Dünya
29 İyul 20:45
Xəbər lenti
29 İyul 20:32
Siyasət
29 İyul 20:27
Dünya
29 İyul 20:16
Siyasət
29 İyul 20:15
Siyasət
29 İyul 19:59
Dünya
29 İyul 19:50
Siyasət
29 İyul 19:44
Siyasət
29 İyul 19:36
Dünya
29 İyul 19:25
Dünya
29 İyul 19:10
Turizm
29 İyul 18:31
İdman
29 İyul 17:19
Sosial
29 İyul 16:25
Gündəm
29 İyul 16:13
Sosial
29 İyul 15:51
YAP xəbərləri
29 İyul 15:43
Siyasət
29 İyul 15:26
Sosial
29 İyul 15:20
Siyasət
29 İyul 14:35
Sosial
29 İyul 14:03
İdman
29 İyul 14:02
Sosial
29 İyul 14:01
Sosial
29 İyul 14:00
İdman
29 İyul 13:59
Dünya
29 İyul 13:54
Sosial
29 İyul 13:50
Analitik
29 İyul 11:35
Mədəniyyət
29 İyul 11:28
Elm
29 İyul 11:12
Hadisə
29 İyul 11:11
İqtisadiyyat
29 İyul 11:10
Gündəm
29 İyul 10:54
Dünya
29 İyul 10:53
İqtisadiyyat
29 İyul 10:50
Gündəm
29 İyul 10:46
MEDİA
29 İyul 10:40
Gündəm
29 İyul 10:28
Dünya
29 İyul 10:25
Analitik
29 İyul 10:25
Dünya
29 İyul 09:42
Analitik
29 İyul 09:31
Maraqlı
29 İyul 09:22
Dünya
29 İyul 09:16
Dünya
29 İyul 08:45
Dünya
28 İyul 23:41
Dünya
28 İyul 22:50
Dünya
28 İyul 22:25
Dünya
28 İyul 21:35
Dünya
28 İyul 20:51
Dünya
28 İyul 20:15
Maraqlı
28 İyul 19:51
Dünya
28 İyul 19:28
İqtisadiyyat
28 İyul 19:20
Dünya
28 İyul 18:20

