Kəlbəcərdə şanlı bayrağımız əbədi dalğalanacaq!
24.11.2025 [14:31]
Azərbaycan tarixinin yaddaş kitabəsində elə günlər var ki, zaman keçdikcə silinmir, əksinə, daha da parlayır, millətin qürur səhifəsinə çevrilir. 2020-ci ilin noyabrında Kəlbəcərin işğaldan azad olunması da məhz belə günlərdən biri oldu – əsrlərin səsi kimi ucalan, dağların nəfəsi kimi güc verən bir dönüş anı.
Noyabrın 25-i Kəlbəcər Şəhəri Günüdür, rayonu erməni işğalçı ordusunun tərk etməsindən 5 il ötür. Prezident İlham Əliyevin 2023-cü il iyulun 31-də imzaladığı sərəncama əsasən, hər il noyabrın 25-də Kəlbəcər Şəhəri Günü təntənəli şəkildə qeyd ediləcək.
1993-cü ildə Kəlbəcərin işğalı Azərbaycan xalqının ürəyində dərin bir yara qoydu.Kəlbəcər yalnız torpaq deyil, həm də bütöv bir mədəniyyətin, tarix yaddaşının, təbiət poetikasının canlı simvolu idi. 2020-ci ilin payızı isə bütün bu ağrılı yaddaşın üstündən keçib yeni bir səhifə açdı. Müzəffər Azərbaycan Ordusu Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Qarabağda tarixi ədaləti bərpa edirdi. Hər gün azad olunan kəndlərin xəbəri gəlir, xalqın nəfəsi birliyə, qələbəyə çevrilirdi.
10 noyabr 2020-ci il bəyanatı ilə Azərbaycanın hərbi-siyasi qələbəsi rəsmiləşdi və Kəlbəcərin Ermənistan tərəfindən döyüşsüz qaytarılması öhdəliyi qəbul edildi. Kəlbəcərin azad edilməsi Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı, Prezident İlham Əliyevin siyasi liderliyi, sərkərdəlik qabiliyyəti və Azərbaycan Ordusunun Vətən müharibəsindəki uğurlu hərbi əməliyyatları nəticəsində mümkün olub. Yerləşdiyi coğrafi mövqeyə görə çətin relyefə malik Kəlbəcərin düşmən tapdağından bir güllə belə atılmadan geri alınması Qələbə tariximizin şanlı səhifəsidir. Bu, həm diplomatik məharət, həm də ordunun qüdrətinin yaratdığı reallığın təntənəsi idi.
İşğaldan azad edilmiş bütün ərazilərdə olduğu kimi, Kəlbəcər rayonunda da genişmiqyaslı bərpa işləri aparılır. Şərqi Zəngəzur rayonunun hərtərəfli inkişafı üçün mühüm əhəmiyyət kəsb edən Kəlbəcər şəhərində və rayonun kəndlərində yeni yollar, enerji infrastrukturu tikilir. İşğaldan azad olunmasının ən parlaq rəmzlərindən biri də “İstisu” mineral suyunun dirçəldilməsi oldu. Onun istehsalı üçün zavod 2024-cü il sentyabrın 2-də Prezident İlham Əliyev tərəfindən Kəlbəcər rayonunun qərbində yerləşən eyniadlı kəndin təməlinin qoyulması zamanı istifadəyə verildi.
Bu gün Kəlbəcər sadəcə azad olunmuş rayon deyil – o, Azərbaycanın iradəsinin, ordusunun gücünün, xalqın birliyinin səsidir. Dağların qüruru, çayların şəffaflığı, bulaqların sonsuzluğu kimi bu qələbə də silinməzdir.Kəlbəcərin azad olunması ilə Azərbaycanın bütövləşməsi, haqqın ədalət üzərində qələbəsi tamamlandı. Bu torpağa qayıdış yalnız əraziyə sahiblik deyildi – bu, həm də ruhun qayıdışı idi.
Bu gün Kəlbəcər Şəhər Günü yalnız bir ərazi bayramı deyil, həm də xalqımızın mübarizə, qürur və torpaq sevgisinin rəmzinə çevrilmiş tarixi gündür.
Bu gün Kəlbəcərimizdə qələbəmizin təsdiqi olaraq şanlı bayrağımız dalğalanır və əbədi dalğalanacaq!
Gündüz Alıkişiyev
YAP Tərtər rayon təşkilatının məsləhətçisi
Xəbər lenti
Hamısına baxDünya
03 May 23:16
Dünya
03 May 22:41
Dünya
03 May 21:27
Dünya
03 May 20:18
Gündəm
03 May 19:45
Maraqlı
03 May 19:25
Dünya
03 May 18:40
Sosial
03 May 18:16
İdman
03 May 18:14
Dünya
03 May 17:15
İdman
03 May 16:52
Maraqlı
03 May 16:39
Dünya
03 May 15:22
Analitik
03 May 14:54
Elm
03 May 14:31
Dünya
03 May 13:40
İqtisadiyyat
03 May 12:45
Dünya
03 May 12:17
Dünya
03 May 11:49
Dünya
03 May 11:20
İdman
03 May 10:58
Dünya
03 May 10:36
İdman
03 May 10:20
Dünya
03 May 09:43
İqtisadiyyat
03 May 09:14
İdman
03 May 08:50
Elm
03 May 08:22
İdman
03 May 07:30
Elm
03 May 07:24
İdman
02 May 23:35
Sosial
02 May 22:45
Analitik
02 May 21:56
Dünya
02 May 20:42
Dünya
02 May 19:34
YAP xəbərləri
02 May 18:39
Dünya
02 May 18:36
Sosial
02 May 17:36
Hadisə
02 May 16:29
Mədəniyyət
02 May 15:17
Sosial
02 May 14:22
İdman
02 May 13:31
Mədəniyyət
02 May 12:39
Gündəm
02 May 11:59
Gündəm
02 May 11:32
Siyasət
02 May 11:18
İqtisadiyyat
02 May 10:53
Gündəm
02 May 10:35
İqtisadiyyat
02 May 10:17
Analitik
02 May 09:56
Analitik
02 May 09:30
Sosial
02 May 09:16
Ədəbiyyat
02 May 08:54
Ədəbiyyat
02 May 08:31
Dünya
01 May 23:49
İqtisadiyyat
01 May 23:20
Sosial
01 May 22:46
Xəbər lenti
01 May 22:19
Siyasət
01 May 22:07
Dünya
01 May 21:55
Hadisə
01 May 21:23
İqtisadiyyat
01 May 20:42
Mədəniyyət
01 May 20:17
Maraqlı
01 May 19:50
Dünya
01 May 19:23
Dünya
01 May 18:25
Dünya
01 May 17:32
Gündəm
01 May 16:55
Dünya
01 May 16:55
Maraqlı
01 May 16:39
YAP xəbərləri
01 May 15:50

