Xalqımızın üz tutduğu ən etibarlı ünvan Yeni Azərbaycan Partiyasıdır
20.11.2025 [22:56]
Bayram Aslanov
YAP İdarə Heyətinin üzvü, YAP Gəncə şəhər təşkilatının sədri
Azərbaycanın siyasi tarixində xüsusi yeri olan Yeni Azərbaycan Partiyası bu il yaranmasının 33-cü ildönümünü qeyd edir. 1992-ci ildə Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə formalaşan YAP ölkədə siyasi sabitliyin bərqərar olmasında, dövlətçilik ənənələrinin bərpasında və müasir Azərbaycanın qurulmasında müstəsna rol oynamışdır. Partiyanın 33 illik fəaliyyəti həm dövlətçiliyimizin möhkəmlənməsinin, həm də ölkəmizin siyasi, iqtisadi və sosial inkişafının mütəşəkkil şəkildə irəliləməsinin tarixi salnaməsidir.
Yeni Azərbaycan Partiyası müstəqil Azərbaycanın davamlı və nəhəng uğurlara imza atmasında müstəsna rol oynayıb. Yeni Azərbaycan Partiyasının əsas xətti ölkəmizin, xalqımızın sabahının, dövlətimizin gələcəyinin parlaq olması idi.Vaxt keçdikcə Azərbaycan xalqının böyük oğlu Heydər Əliyevin zamanında verdiyi qərarların əhəmiyyətini, böyüklüyünü daha aydın görürük. Xalqımızın xilaskarı Heydər Əliyevin zəngin siyasi və dövlətçilik təcrübəsinə olan inam və etimad elə ilk gündən xalqda Yeni Azərbaycan Partiyasına inamı formalaşdırdı. Həmin son dərəcə ağır və mürəkkəb günlərində, ölkənin ciddi qarşıdurmaya məruz qaldığı bir dövrdə Azərbaycanın bütün şəhər və rayonlarında Ulu Öndərin xeyir-duası ilə yaradılan partiyanın təşkilatlanması prosesi başladı. Dövrün təzyiqlərinə və qadağalarına baxmayaraq Ulu Öndər Heydər Əliyev ənənələrinə sadiq soydaşlarımız qadağaları, çətinlikləri göz önünə alaraq partiya sıralarına daxil oldular. Hər kəsi yalnız bir məqsəd düşündürürdü: Azərbaycanın müstəqilliyini qorumaq və xalqı gözləyən təhlükələrdən, fəlakətlərdən xilas etmək.
Ulu Öndər Heydər Əliyev partiyanın yarandığı ilk illərdə siyasi təşkilatın uğurlu gələcəyinə, xalqımızın mənafeyini təcəssüm etdirməsinə inamını belə ifadə edirdi: “Müstəqil Azərbaycan yeni Azərbaycandır. Müstəqil Azərbaycanda yeni ictimai-siyasi quruluş yaranıbdır. Yeni iqtisadiyyat formaları yaranıb, demokratiya, siyasi plüralizm inkişaf edir. Belə bir yeni Azərbaycan keçmişdə yaşadığımız, keçmişdə olan Azərbaycandan fərqlidir. Ona görə partiyamızın adı da Yeni Azərbaycan Partiyasıdır. Məhz Yeni Azərbaycan Partiyası müstəqil Azərbaycanı müstəqillik yolunda inkişaf etdirməyə qadir bir partiyadır”.
Ölkəmizin o ağır, çətin dövründə partiyanın yaradılması Azərbaycan dövlətçiliyinin xilası, ölkədə sabitliyin təmin edilməsi və müstəqil dövlətin qurulması baxımından strateji tarixi əhəmiyyət daşıyırdı. 33 il ərzində Yeni Azərbaycan Partiyası ölkəmizi zirvələrə, parlaq gələcəyə daşımağa qadir olduğunu, ictimai nüfuzuna görə onunla müqayisə edilə biləcək ikinci partiyanın mövcud olmadığını fəaliyyəti ilə təsdiq edib. Ulu Öndərin Böyük Azərbaycanlı kimi xalqımızın firavan gələcəyi üçün qəbul etdiyi qərarların çoxəsrlik dövlətçilik tariximizdə müstəsna yeri danılmazdır.
Ölkəmizin milli tərəqqinin yeni mərhələsinə qədəm qoyduğu bir vaxtda, Yeni Azərbaycan Partiyası üzərinə düşən vəzifələri, yeni çağırışları layiqincə yerinə yetirdi. Azərbaycanın növbəti tarixi nailiyyətlər qazanmasına və strateji zirvələr fəth etməsinə layiqli töhfəsini verən hakim partiya daim siyasi proseslərin önündə oldu, öhdəsinə düşən vəzifələri layiqincə yerinə yetirdi. Partiyanın geniş təşkilatlanması onun cəmiyyətdə dayanıqlı siyasi dəstəyə malik olduğunu nümayiş etdirir.
Yeni Azərbaycan Partiyasının hər bir qurultayında qəbul edilən qərarlar yeni dövrün reallıqlarına uyğun olaraq siyasi inkişafa xidmət edib. Xalqın inandığı, güvəndiyi partiyanın əldə etdiyi nailiyyətlərin, bugünkü uğurlarının ciddi tarixi və siyasi əsasları mövcuddur. Məhz qazanılan nailiyyətlər, xalqın etimadını qazanması Yeni Azərbaycan Partiyasını yarandığı gündən ölkəmizin ictimai-siyasi fikir tarixinin ən əlamətdar, ən şərəfli səhifələrində yer almasına səbəb olub, dünənin, bu günün və gələcəyin partiyasına çevrib.
Bu gün Yeni Azərbaycan Partiyası Ulu Öndərin layiqli varisi, Müzəffər Ali Baş Komandan, Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə yeni-yeni hədəflərə doğru əzmlə irəliləyir, ölkəmizin sosial-iqtisadi yüksəlişinin davamlılığının təmin olunmasına, milli həmrəyliyin, beynəlxalq arenada və qlobal informasiya müstəvisində mövqeyinin daha da gücləndirilməsinə, Böyük Qayıdışın yüksək səviyyədə həyata keçirilməsinə davamlı töhfələr verir. Məhz, bu uğurlara, nailiyyətlərə görə xalqımızın böyük əksəriyyətinin üz tutduğu ən etibarlı ünvan Yeni Azərbaycan Partiyasıdır!
Bu gün düşmən işğalından azad edilən torpaqların bərpası, ölkənin modernləşməsi, iqtisadi gücünün artırılması və beynəlxalq mövqeyinin möhkəmləndirilməsi istiqamətində görülən işlər partiyanın qarşıya qoyduğu məqsədlərlə eynilik təşkil edir. Yeni Azərbaycan Partiyasının 33-cü ildönümü həm də Azərbaycanın yeni yüksəliş mərhələsinin başlanğıcını simvolizə edir.
Xəbər lenti
Hamısına baxDünya
19 İyul 23:19
Hadisə
19 İyul 22:30
Dünya
19 İyul 21:24
Xəbər lenti
19 İyul 20:26
Dünya
19 İyul 20:17
Hadisə
19 İyul 19:34
Dünya
19 İyul 19:31
Sosial
19 İyul 18:25
Dünya
19 İyul 17:19
Dünya
19 İyul 16:21
Dünya
19 İyul 15:19
Dünya
19 İyul 14:25
Dünya
19 İyul 13:40
Sosial
19 İyul 12:31
Dünya
19 İyul 11:24
Dünya
19 İyul 10:18
Elm
19 İyul 09:32
Dünya
19 İyul 08:45
Dünya
18 İyul 23:16
Dünya
18 İyul 22:39
Mədəniyyət
18 İyul 21:40
Maraqlı
18 İyul 20:17
İqtisadiyyat
18 İyul 19:30
İdman
18 İyul 18:42
Dünya
18 İyul 18:25
Maraqlı
18 İyul 17:53
İdman
18 İyul 17:19
Elm
18 İyul 16:44
Dünya
18 İyul 16:31
Dünya
18 İyul 15:59
Dünya
18 İyul 15:24
Dünya
18 İyul 14:40
Dünya
18 İyul 14:17
Gündəm
18 İyul 13:35
Dünya
18 İyul 13:10
Siyasət
18 İyul 12:56
Siyasət
18 İyul 12:20
Gündəm
18 İyul 11:53
Dünya
18 İyul 11:39
Gündəm
18 İyul 11:24
İqtisadiyyat
18 İyul 10:55
Yeni texnologiyalar
18 İyul 10:31
Turizm
18 İyul 10:19
Analitik
18 İyul 09:54
Ədəbiyyat
18 İyul 09:32
Ədəbiyyat
18 İyul 09:15
İdman
18 İyul 08:50
Ədəbiyyat
18 İyul 08:38
Dünya
18 İyul 07:59
Hadisə
18 İyul 07:39
Dünya
18 İyul 07:23
Dünya
18 İyul 07:22
Dünya
18 İyul 07:22
Dünya
17 İyul 23:41
İqtisadiyyat
17 İyul 23:20
Dünya
17 İyul 23:20
Dünya
17 İyul 22:46
Dünya
17 İyul 22:45
Dünya
17 İyul 22:19
Dünya
17 İyul 21:53
Xəbər lenti
17 İyul 21:34
Dünya
17 İyul 21:25
Mədəniyyət
17 İyul 20:48
Dünya
17 İyul 20:42
İqtisadiyyat
17 İyul 20:31
Dünya
17 İyul 20:17
Elm
17 İyul 19:50
Dünya
17 İyul 19:28
İqtisadiyyat
17 İyul 19:10
Mədəniyyət
17 İyul 18:50

