Yeni Azərbaycan Partiyası – 33 illik yolun mənası və məsuliyyəti
20.11.2025 [17:39]
Bu gün Azərbaycan siyasi tarixinin yaddaşında xüsusi yeri olan bir gündür – Yeni Azərbaycan Partiyasının yaradılmasının 33-cü ildönümü. Bu tarix yalnız bir siyasi təşkilatın deyil, bütöv bir dövlətçilik fəlsəfəsinin, milli iradənin və gələcəyə inamın təcəssümüdür. YAP-ın əsası qoyularkən dəyərlər, ideyalar və məqsədlər heç də yalnız bir dövrün tələbi deyildi. Bu ideyalar gələcəyin Azərbaycanın konturlarını cızan bir missiyanın təməlinə çevrildi. 1992-ci ilin mürəkkəb tarixi fonunda xalqın etimadı, narahatlığı və gələcəyə dair gözləntisi bir ünvan tapmışdı. Ulu Öndər Heydər Əliyevin adı ilə bağlanan bu çağırış zamanın sınaqlarından keçərək böyük bir siyasi məktəbə çevrildi. O məktəb ki, bu gün hər bir üzvü ilə birlikdə daha mütəşəkkil, daha məqsədyönlü və daha gələcəyə fokuslanmış bir qüvvə kimi yaşayır. Yeni Azərbaycan Partiyasının 33 illik yolu sadəcə təşkilati inkişaf deyil, həm də müstəqilliyimizin möhkəmlənməsi, dövlətçiliyin bərqərar olması, sosial-siyasi sabitliyin qorunması və xalqın rifahına yönəlmiş çoxşaxəli fəaliyyətin tarixidir. YAP-ın yol xəritəsi daim zamanın nəbzini tutan çağırışlara uyğun yenilənib, yeniləndikcə də güclənib. Bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan tamamilə yeni bir mərhələyə qədəm qoyub. Ölkəmizin siyasi, iqtisadi, hərbi və sosial həyatında baş verən dəyişikliklər, Qarabağın və Şərqi Zəngəzurun dirçəlişi, regionda formalaşan yeni reallıqlar partiyanın tarixi missiyasını daha da genişləndirib. YAP artıq təkcə Azərbaycan daxilində deyil, beynəlxalq miqyasda da özünün güclü imzası olan siyasi platformadır.
33 il – insan ömrü üçün bəzən bir nəsil deməkdir. Amma dövlətçilik üçün bu, həm yetkinlik, həm də yenilənmə mərhələsidir. Bu illər ərzində partiyanın hər bir üzvü öz əməli ilə bu tarixin bir hissəsinə çevrilib; kimsə siyasi fəaliyyətlə, kimsə maarifçiliklə, kimsə sadəcə dövlətinə və millətinə sədaqəti ilə bu yolda addımlayıb. Elə buna görə də YAP-ın gücü rəhbərliklə birgə bütöv bir xalqın iradəsindədir. Bu günün ən böyük mənası da budur: partiya sadəcə keçmişini anmır, həm də gələcəyin konturlarını müəyyənləşdirir. Gələcək isə bu gün üçün verdiyimiz qərarlardan, göstərdiyimiz səylərdən, qoruduğumuz dəyərlərdən başlayır. Azərbaycan inkişaf etdikcə, YAP da inkişaf edir; dövlət gücləndikcə, partiya da güclənir; xalq irəli getdikcə, YAP-ın qarşısında yeni fəaliyyət sahələri açılır.
Bu gün 33 yaşını qeyd edən Yeni Azərbaycan Partiyası yalnız zəngin tarixi ilə deyil, həm də böyük perspektivləri ilə öyünür. Və bu yolun davamı bundan sonra da xalqın etimadı, birliyi və dövlətçilik məfkurəsinə sadiqlik üzərində qurulacaq. Bu gün münasibətilə bütün partiya üzvlərini təbrik edir, xalqımıza və dövlətimizə xidmət yolunda yeni uğurlar arzulayıram.
Sahibə İbadlı
YAP İmişli rayon təşkilatının məsləhətçisi
Xəbər lenti
Hamısına baxGündəm
11 İyul 15:32
Gündəm
11 İyul 15:07
Gündəm
11 İyul 12:55
Gündəm
11 İyul 12:20
Siyasət
11 İyul 11:56
Gündəm
11 İyul 11:32
Sosial
11 İyul 11:18
Gündəm
11 İyul 11:05
Hərbi
11 İyul 10:52
Gündəm
11 İyul 10:45
Siyasət
11 İyul 10:39
YAP xəbərləri
11 İyul 10:23
Sosial
11 İyul 10:13
İqtisadiyyat
11 İyul 09:58
Analitik
11 İyul 09:30
MEDİA
11 İyul 09:17
Ədəbiyyat
11 İyul 08:53
Ədəbiyyat
11 İyul 08:35
İqtisadiyyat
10 İyul 23:21
İqtisadiyyat
10 İyul 22:45
Dünya
10 İyul 22:19
Dünya
10 İyul 21:50
İqtisadiyyat
10 İyul 21:26
Dünya
10 İyul 21:13
Gündəm
10 İyul 20:49
Elm
10 İyul 20:41
Dünya
10 İyul 20:35
İqtisadiyyat
10 İyul 20:18
Maraqlı
10 İyul 19:50
Dünya
10 İyul 19:23
Dünya
10 İyul 19:07
Maraqlı
10 İyul 18:39
Dünya
10 İyul 18:03
Dünya
10 İyul 17:55
Dünya
10 İyul 17:23
Dünya
10 İyul 16:49
Dünya
10 İyul 16:20
YAP xəbərləri
10 İyul 15:50
İqtisadiyyat
10 İyul 15:39
İqtisadiyyat
10 İyul 15:38
Dünya
10 İyul 15:32
Dünya
10 İyul 15:06
Sosial
10 İyul 14:54
Sosial
10 İyul 14:43
Dünya
10 İyul 14:40
Dünya
10 İyul 14:19
Sosial
10 İyul 14:06
İqtisadiyyat
10 İyul 14:06
Elanlar
10 İyul 14:05
Sosial
10 İyul 14:04
YAP xəbərləri
10 İyul 14:03
Dünya
10 İyul 13:51
Dünya
10 İyul 13:35
Sosial
10 İyul 12:43
Sosial
10 İyul 12:43
Elm
10 İyul 12:42
Dünya
10 İyul 12:26
Dünya
10 İyul 12:10
Gündəm
10 İyul 11:50
Gündəm
10 İyul 11:48
İqtisadiyyat
10 İyul 11:47
Gündəm
10 İyul 11:35
İqtisadiyyat
10 İyul 11:35
Siyasət
10 İyul 11:25
Siyasət
10 İyul 11:14
MEDİA
10 İyul 11:13
İqtisadiyyat
10 İyul 11:05
Sosial
10 İyul 10:42
İqtisadiyyat
10 İyul 10:40
Dünya
10 İyul 10:19

