“Zəfərdən Zəfərə Yeni Azərbaycan Partiyasının 33 illiyi” mövzusunda tədbir keçirilib
19.11.2025 [17:14]
19.11.2025 –ci il tarixində YeniAzərbaycan Partiyası Qubadlı rayon təşkilatının təşəbbüsü ilə, Qubadlı rayon İcra Hakimiyyətinin və Şərqi Zəngəzur regional Mədəniyyət idarəsinə tabeli Qubadlı rayon Mədəniyyət müəssisələri ilə birgə 2025-ci il Konstitusiya və Suverenlik İli”çərçivəsində “YeniAzərbaycan Partiyasının yaranmasının 33 illiyinə” həsr olunmuş “Zəfərdən Zəfərə Yeni Azərbaycan Partiyasının 33 illiyi” mövzusunda tədbir keçirilmişdir
Tədbirdə ulu öndər Heydər Əliyevin və Azərbaycanın müstəqilliyi, suverenliyi, ərazi bütövlüyü uğrunda şəhid olmuş qəhrəmanlarımızın və dünyasını dəyişmiş partiya üzvlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Tədbirdə Yeni Azərbaycan Partiyası Qubadlı rayon təşkilatının sədri Təhmasib Rüstəmov, Qubadlı rayon İcra Hakimiyyətinin başçısnın müavini Allahverdi Haxverdiyev,Yeni Azərbaycan Partiyası Təftiş Komissiyasının üzvü Badam Hüseynova,YAP Qubadlı rayon təşkilatının məsul işçiləri, Yeni Azərbaycan Partiyası Qubadlı rayon təşkilatının, ərazi partiya təşkilatlarının sədrləri, müavinləri, partiya fəalları və Şəhid ailəsi üzvləri,Müharibə veteranları iştirak etdi.
Tədbirdə çıxış edən YAP Qubadlı rayon təşkilatının sədri Təhmasib Rüstəmov bildirib ki, Yeni Azərbaycan Partiyasının 33 il ərzində olduqca şərəfli və məsuliyyətli yol qət edib: “YAP öz siyasi xətti və fəaliyyəti ilə xalqın partiyasına çevrilib. Ümummilli lider Heydər Əliyevin zəngin irsi əsasında və Prezident, partiyamızın Sədri İlham Əliyevin rəhbərliyi altında dövlətimizin qüdrəti, beynəlxalq nüfuzu daha da artmaqdadır. Bu gün Ümummilli Liderin ideyalarını uğurla davam etdirən Prezident İlham Əliyevin rəhbərlik etdiyi YAP böyük gücə çevrilib, onun 800 minə yaxın üzvü var. Bu üzvlərin böyük əksəriyyəti gənclərdir ki, onlar da Azərbaycanın tarixi Zəfərinin qazanılmasında müstəsna rol oynadılar. 44 günlük Vətən müharibəsi və bir günlük antiterror əməliyyatları nəticəsində Azərbaycan ərazi bütövlüyünü tam bərpa etdi, torpaqlarının Ermənistan tərəfindən 30 illik işğalına son qoydu, xalqımız adını əbədi olaraq tarixə qalib xalq kimi yazdırdı”. Bu şanlı tarixin əsasında şəhidlərimizin müqəddəs qanı və qazilərimizin fədakarlığı dayannır.Biz onlara həmişə borcluyuq,əziz xatirləri isə qəlbizimdə daim yaşayacaqdır
Təhmasib Rüstəmov qeyd etdi ki, müasir dövlətçilik tariximizin zirvə nöqtəsi - ən qürurverici məqamı olan möhtəşəm Zəfərimiz asanlıqla əldə olunmamışdır: "Müstəqillik dövründə ölkəmizə rəhbərliyi zamanı Ümummilli Lider Heydər Əliyev Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş ərazilərinin azad olunmasını dövlət siyasətinin bir nömrəli məsələsi - strateji prioriteti kimi müəyyən etmişdir. Onun liderliyi ilə bu strateji hədəfə çatmaq üçün məqsədyönlü addımlar atılmış, həm ölkə daxilində, həm də beynəlxalq miqyasda ardıcıl işlər görülərək Azərbaycanı böyük Zəfərə aparan yolun əsası qoyulmuşdur.
Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyev bu siyasəti müasir dövrün çağırışları və reallıqlarına uyğun zənginləşdirərək müvəffəqiyyətlə davam etdirməklə, Ermənistanın təcavüzkar siyasətinə göz yuman bir sıra güc mərkəzlərinin ikili standartlar siyasətinə, beynəlxalq təşkilatların selektiv yanaşmasına, mürəkkəb geostrateji şəraitə baxmayaraq, Vətənin bütövlüyünü, tarixi ədaləti və milli ləyaqəti bərpa etmək uğrunda haqq mübarizəsini qələbə ilə başa vuraraq möhtəşəm Zəfərə nail olmuş, ata vəsiyyəti və xalqa vədini şərəflə yerinə yetirməklə Azərbaycanı Heydər Əliyevin görmək istədiyi kimi qalib, qüdrətli və əzəmətli dövlətə çevirmişdir".
Tədbirdə çıxış edən Qubadlı Rayon İcra Hakimiyyətinin başçısının müavini Allahverdi Haxverdiyev bildirib ki, bu gün sürətlə inkişaf edən müstəqil dövlətimizi uğurlu inkişafa aparan bu yolda hər bir Azərbaycan vətəndaşı Yeni Azərbaycan Partiyasının Sədri, Prezident İlham Əliyevin siyasi kursunu dəstəkləyir və böyük əzmlə dövlətin, xalqın, vətənin mənafeyi naminə səy göstərir.Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi və ideyaları əsasında qurulan Yeni Azərbaycan Partiyasının 33 illik inkişaf tarixi göstərdi ki, partiyanı yaradanlar yeni müstəqil dövlətimizin siyasi-iqtisadi, sosial-mədəni inkişafının istiqamətini müəyyən etməklə öz seçimlərində yanılmayıblar. 33 illik zəngin və şərəfli inkişaf yolu keçən YAP ötən müddət ərzində ümumxalq partiyasına çevrilərək möhtəşəm nailiyyətlər əldə edib.
Digər çıxış edənlər bildirdilər ki, Yeni Azərbaycan Partiyasının yaranması tarixi zərurət, o dövrdə cərəyan edən hadisələrin yekunu və mövcud olan ictimai-siyasi şəraitin məntiqi nəticəsi idi: “O zaman müstəqilliyinin itirilməsi təhlükəsi ilə üzləşən Azərbaycanın ümidi müdrik dövlət xadimi, zəngin dövlətçilik təcrübəsinə malik olan, öz fəaliyyətində xalqın ali mənafeyini, dövlətin milli maraqlarını rəhbər tutan görkəmli siyasi xadim Heydər Əliyevə idi. Ulu Öndərin hakimiyyətə qayıdışı ilə ölkədə vətəndaş müharibəsi təhlükəsinin qarşısı alındı. Heydər Əliyev öz qayıdışı ilə Azərbaycana sabitlik, dirçəliş və fasiləsiz inkişaf gətirdi. Artıq cəmiyyətin hər bir üzvündə dövlətimizin yenilməzliyi ilə bağlı böyük əminlik yarandı. Bu gün əsası ulu öndərimiz Heydər Əliyev tərəfindən qoyulan inkişaf strategiyasını Prezident, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyev uğurla həyata keçirir. Bunun nəticəsidir ki, bu gün ölkəmiz regionda güc amilinə, dünya birliyində söz sahibinə çevrilib”.
Sonra rayon təşkilatının ictimai-siyasi həyatında fəal iştirakına görə bir qrup şəxs fəxri fərman və Yeni Azərbaycan Partiyası sıralarına yeni qəbul edilmiş şəxslərə üzvlük vəsiqələri təqdim edilib.
Yekunda isə Şərqi Zəngəzur regional Mədəniyyət idarəsinə tabeli Qubadlı rayon Mədəniyyət müəssisələri tərəfindən hazırlanmış musiqili proqram təqdim edilmişdir.
Xəbər lenti
Hamısına baxDünya
03 May 18:40
Sosial
03 May 18:16
İdman
03 May 18:14
Dünya
03 May 17:15
İdman
03 May 16:52
Maraqlı
03 May 16:39
Dünya
03 May 15:22
Analitik
03 May 14:54
Elm
03 May 14:31
Dünya
03 May 13:40
İqtisadiyyat
03 May 12:45
Dünya
03 May 12:17
Dünya
03 May 11:49
Dünya
03 May 11:20
İdman
03 May 10:58
Dünya
03 May 10:36
İdman
03 May 10:20
Dünya
03 May 09:43
İqtisadiyyat
03 May 09:14
İdman
03 May 08:50
Elm
03 May 08:22
İdman
03 May 07:30
Elm
03 May 07:24
İdman
02 May 23:35
Sosial
02 May 22:45
Analitik
02 May 21:56
Dünya
02 May 20:42
Dünya
02 May 19:34
Dünya
02 May 18:36
Sosial
02 May 17:36
Hadisə
02 May 16:29
Mədəniyyət
02 May 15:17
Sosial
02 May 14:22
İdman
02 May 13:31
Mədəniyyət
02 May 12:39
Gündəm
02 May 11:59
Gündəm
02 May 11:32
Siyasət
02 May 11:18
İqtisadiyyat
02 May 10:53
Gündəm
02 May 10:35
İqtisadiyyat
02 May 10:17
Analitik
02 May 09:56
Analitik
02 May 09:30
Sosial
02 May 09:16
Ədəbiyyat
02 May 08:54
Ədəbiyyat
02 May 08:31
Dünya
01 May 23:49
İqtisadiyyat
01 May 23:20
Sosial
01 May 22:46
Xəbər lenti
01 May 22:19
Siyasət
01 May 22:07
Dünya
01 May 21:55
Hadisə
01 May 21:23
İqtisadiyyat
01 May 20:42
Mədəniyyət
01 May 20:17
Maraqlı
01 May 19:50
Dünya
01 May 19:23
Dünya
01 May 18:25
Dünya
01 May 17:32
Gündəm
01 May 16:55
Dünya
01 May 16:55
Maraqlı
01 May 16:39
YAP xəbərləri
01 May 15:50
Dünya
01 May 15:22
Siyasət
01 May 14:53
Siyasət
01 May 14:52
YAP xəbərləri
01 May 14:52
Mədəniyyət
01 May 14:50
Dünya
01 May 14:45
Dünya
01 May 14:17

