Ağdam bu gün həm sürətli bərpa, həm də böyük qayıdışın simvoludur
19.11.2025 [17:09]
20 Noyabr - Ağdam Şəhəri Gününü Zəfər tariximizin parlaq səhifələrindən biri kimi qeyd edirik. Biz bir şəhid ailəsi olaraq bu günü qürurla, eyni zamanda kədər və həyəcanla qarşılayırıq. Bu torpaqların hər qarışı bizim üçün müqəddəsdir. Müzəffər Ali Baş Komandan İlham Əliyevin “Dağılmış Ağdam şəhəri erməni vəhşiliyinin şahididir. Biz Ağdam şəhərini bərpa edəcəyik, bütün kəndləri bərpa edəcəyik. Heç kimdə bu haqda şübhə olmasın” sözləri bu yola çıxdığımız gündən xalqımıza ruh verən böyük bir mesajdır.
Ağdamın tarixi Azərbaycan xalqının qədimliyini, Qarabağ mədəniyyətinin zənginliyini özündə yaşadır. Adı qədim türk dillərində “kiçik qala” anlamı verən Ağdam həm də işıqlı ev, günəşli məkan mənasında xalq yaddaşına həkk olunub. Qədim Eneolit dövründən başlayaraq bu torpaqda aparılan arxeoloji qazıntılar sübut edir ki, Ağdam ərazisi Qafqazın ilk şəhər tipli yaşayış məskənlərindən biridir. Üzərriktəpədən tapılan maddi-mədəniyyət nümunələri bu məkanın Zaqafqaziyanın ən zəngin arxeoloji abidələrindən biri olduğunu göstərir.
1930-cu ildə rayon statusu alan Ağdam həm coğrafiyası, həm təbiəti, həm də Qarabağın mərkəzində strateji mövqeyi ilə seçilirdi. Lakin 1993-cü ildə ermənilər tərəfindən rayonun 73 faizi işğal edildi. 90 kənd, 74 məktəb, 271 mədəniyyət evi, dünya unikallığı olan Çörək Muzeyi və yüzlərlə obyekt dağıdıldı, yandırıldı, talan edildi. 128 min sakin öz ev-eşiyindən didərgin düşdü. Ermənistanın işğalı zamanı törətdiyi vandallıq, mədəni irsimizin məhv edilməsi, yaşayış məntəqələrinin yandırılması Cenevrə Konvensiyalarının kobud şəkildə pozulması idi. BMT Təhlükəsizlik Şurasının 853 saylı qətnaməsi də Ermənistanı dərhal və qeyd-şərtsiz Azərbaycan torpaqlarından çıxmağa çağırsa da, işğalçı ölkə bunu illərlə yerinə yetirməkdən yayındı.
Tarixi ədalət yalnız 2020-ci ildə – Vətən Müharibəsində qazanılan böyük Zəfərdən sonra bərpa olundu. 10 noyabr bəyanatına əsasən, 20 noyabr 2020-ci ildə Ağdam rayonu bir güllə atılmadan Azərbaycana qaytarıldı. Bu, həm şəhidlərimizin ruhuna ehtiram, həm də xalqımızın iradəsinin qələbəsi idi. Həmin gündən etibarən Ağdamın dirçəlişi, həyatın bu torpaqlara dönüşü başladı. Minlərlə hərbi qulluqçu “Ağdamın azad olunmasına görə” medalı ilə təltif edildi.
2023-cü ildə ölkə Prezidenti tərəfindən təsis edilən şəhər günləri çərçivəsində 20 noyabr rəsmi olaraq Ağdam şəhəri günü elan edildi.
Ağdam bu gün həm sürətli bərpa, həm də böyük qayıdışın simvoludur. 2022-ci ildə təsdiq edilən Baş Plan Ağdamı işğaldan azad olunmuş ərazilərin ən böyük, Azərbaycanın isə dördüncü böyük şəhərinə çevirəcək. Artıq bir neçə məhəllədə tikinti işləri davam edir, Kəngərli, Xıdırlı, Sarıcalı kəndlərinin birinci mərhələləri istifadəyə verilib və yüzlərlə ailə öz yurduna qayıdıb. 2025-ci ilin oktyabrına qədər 825 ailənin - 3318 nəfərin Ağdama köçürülməsi artıq reallaşmışdır. Bu qayıdış prosesində mina təmizlənməsi, yolların, körpülərin, məktəblərin, xəstəxanaların, parkların inşası paralel şəkildə aparılır. Ağdamın əvvəlki şöhrəti, bir zamanlar “Qafqazın Xirosiması” adlandırılan dağıntılar arasından yeni və müasir şəhər kimi dirçəlir.
Ağdam Sənaye Parkı Qarabağın iqtisadi dirçəldilməsinin əsas mərkəzlərindən birinə çevrilib. 190 hektarlıq ərazidə artıq 28 rezident fəaliyyət göstərir, 9 müəssisə işə düşüb, yüzlərlə insan daimi işlə təmin olunub. Bu layihələr Ağdamın təkcə bərpa olunan şəhər deyil, həm də böyük sənaye və iqtisadi mərkəz kimi inkişaf etdiyini göstərir.
İşğaldan azad edilmiş Ağdamda nəqliyyat infrastrukturu da genişlənir. 2025-ci il mayın 10-da istifadəyə verilmiş Ağdam Dəmir Yolu və Avtovağzal Kompleksi həm regionun, həm də bütün Qarabağın mühüm logistika qovşağıdır.
Ağdamın mədəni ruhu da bərpa olunur. 2025-ci ildə açılan Ağdam Muğam Mərkəzi, sərgi salonları Qarabağın qədim musiqi irsinin yenidən canlanmasına xidmət edir. Burada keçiriləcək tədbirlər təkcə mədəniyyətimizin deyil, həm də mənəvi mübarizəmizin davamı kimi dəyər daşıyır.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin 2020-2025-ci illər ərzində dəfələrlə Ağdama səfərləri, təməlqoyma və açılış mərasimləri, yeni layihələrin icrası Ağdamın bərpasının dövlət tərəfindən necə yüksək səviyyədə diqqət altında saxlanıldığını nümayiş etdirir. Hər bir səfər həm yeni ümid, həm yeni tikinti, həm də qayıdış prosesinin daha da sürətlənməsidir.
Ağdamın bərpasında atılan hər addım, bu şəhərdə yenidən açılan hər səhifə övladlarını vətən yolunda itirmiş ailələr üçün təsəlli, ümid və qürurdur.
Bu gün Ağdam əvvəlkindən daha güclü, daha müasir və daha möhtəşəm şəkildə dirçəlir. Vətənin bu gözəl guşəsinə həyat yenidən qayıdır. Biz inanırıq ki, Prezident İlham Əliyevin iradəsi, Azərbaycan xalqının birliyi və şəhidlərin müqəddəs ruhu ilə Ağdamın əvvəlki şöhrəti tam bərpa olunacaq. Bu torpağın qələbə hekayəsi bundan sonra nəsillərə həm dərs, həm də qürur mənbəyi olacaq.
Ağdam dirçəlişin, qayıdışın, zəfərin şəhəridir. Bizim üçün isə həm də şəhid qanı ilə müqəddəsləşmiş Vətən torpağıdır.
Fəxrəddin Vəliyev,
YAP Şəmkir rayon təşkilatının sədri
Xəbər lenti
Hamısına baxDünya
10 İyul 19:23
Dünya
10 İyul 19:07
Maraqlı
10 İyul 18:39
Dünya
10 İyul 18:03
Dünya
10 İyul 17:55
Dünya
10 İyul 17:23
Dünya
10 İyul 16:49
Dünya
10 İyul 16:20
YAP xəbərləri
10 İyul 15:50
İqtisadiyyat
10 İyul 15:39
İqtisadiyyat
10 İyul 15:38
Dünya
10 İyul 15:32
Dünya
10 İyul 15:06
Sosial
10 İyul 14:54
Sosial
10 İyul 14:43
Dünya
10 İyul 14:40
Dünya
10 İyul 14:19
Sosial
10 İyul 14:06
İqtisadiyyat
10 İyul 14:06
Elanlar
10 İyul 14:05
Sosial
10 İyul 14:04
YAP xəbərləri
10 İyul 14:03
Dünya
10 İyul 13:51
Dünya
10 İyul 13:35
Sosial
10 İyul 12:43
Sosial
10 İyul 12:43
Elm
10 İyul 12:42
Dünya
10 İyul 12:26
Dünya
10 İyul 12:10
Gündəm
10 İyul 11:50
Gündəm
10 İyul 11:48
İqtisadiyyat
10 İyul 11:47
Gündəm
10 İyul 11:35
İqtisadiyyat
10 İyul 11:35
Siyasət
10 İyul 11:25
Siyasət
10 İyul 11:14
MEDİA
10 İyul 11:13
İqtisadiyyat
10 İyul 11:05
Sosial
10 İyul 10:42
İqtisadiyyat
10 İyul 10:40
Dünya
10 İyul 10:19
Xəbər lenti
10 İyul 10:17
YAP xəbərləri
10 İyul 09:54
Analitik
10 İyul 09:52
Dünya
10 İyul 09:45
Analitik
10 İyul 09:45
Sosial
10 İyul 09:40
Sosial
10 İyul 09:35
Sosial
10 İyul 09:17
Dünya
10 İyul 08:50
İdman
10 İyul 08:22
Dünya
09 İyul 23:32
Sosial
09 İyul 23:17
Dünya
09 İyul 22:45
İqtisadiyyat
09 İyul 22:19
Dünya
09 İyul 22:03
İdman
09 İyul 21:59
İdman
09 İyul 21:50
Hərbi
09 İyul 21:24
Sosial
09 İyul 21:09
Sosial
09 İyul 20:43
Dünya
09 İyul 20:43
Dünya
09 İyul 20:18
Dünya
09 İyul 19:52
Dünya
09 İyul 19:25
Dünya
09 İyul 19:07
Müsahibə
09 İyul 18:37
İqtisadiyyat
09 İyul 17:20
Dünya
09 İyul 17:19
Elanlar
09 İyul 16:49

