Nizami rayonunda YAP-ın təsis olunmasının 33-cü ildönümü qeyd edilib
18.11.2025 [17:14]
Nizami rayonunda Yeni Azərbaycan Partiyasının təsis olunmasının 33-cü ildönümü münasibətilə “Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır” mövzusunda tədbir keçirilib.
Əvvəlcə tədbir iştirakçıları Ulu Öndər Heydər Əliyevin büstü önünə gül dəstələri qoyaraq əziz xatirəsini dərin ehtiramla yad ediblər.
Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə partiyanın yaradıcısı Ulu Öndər Heydər Əliyevin və Vətənimizin azadlığı, ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi birdəqiqəlik sükutla yad edilib.
Sonra partiyanın təsis olunmasının 33-cü ildönümü münasibətilə hazırlanmış videoçarx nümayiş etdirilib.
Tədbirdə məşhur "91-lər"in üzvü, Yeni Azərbaycan Partiyası Veteranlar Şurasının üzvü, Türk Ağsaqqalları İctimai Birliyinin sədri professor Südeyf İmamverdiyev, Nizami Rayon İcra Hakimiyyətinin başçısı Coşqun Cəbrayılov, məşhur "91-lər"in üzvü, Milli Məclisin deputatı Vüqar Rəhimzadə, Yeni Azərbaycan Partiyası İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Hikmət Məmmədov, YAP Mərkəzi Aparatının Təşkilat şöbəsi müdirinin müavini Rafael Gülməmmədov, YAP Nizami rayon təşkilatının sədri Ramil Vəlibəyov və başqaları çıxış ediblər.
Bildirilib ki, Yeni Azərbaycan Partiyası Azərbaycan tarixinin son dərəcə ağır və keşməkeşli günlərində, ölkənin ciddi sınaqlara məruz qaldığı bir dövrdə Azərbaycan ziyalılarının təşəbbüsü və fəal iştirakı ilə yaranıb. Belə bir ağır dövrdə Azərbaycanın taleyini düşünən insanlar – ölkəmizin ən yeni tarixinə məşhur "91-lər" kimi düşmüş ziyalılar ölkəni böhrandan çıxara biləcək yeni bir partiya yaratmaq təşəbbüsü ilə çıxış etdilər və bu məqsədlə xalqın sınanmış lideri və müdrik oğlu Heydər Əliyevə müraciət etdilər. Ümummilli Liderimiz Heydər Əliyev bu müraciəti qəbul etsə də, Onun Bakıya gəlməsinə o zamankı hakimiyyətin süni maneələr yaratması ucbatından partiyanı yaratmaq istəyən insanların bir hissəsi - 550 nəfərdən ibarət təşəbbüs qrupu Naxçıvana gedərək təsis konfransını orada keçirməyə nail oldular. Beləliklə, müstəqil dövlətçilik tariximizdə böyük missiyanı yerinə yetirən və xalqımızın taleyində mühüm hadisəyə çevrilən Yeni Azərbaycan Partiyası yarandı.
Qeyd edilib ki, Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə təsis edilən Yeni Azərbaycan Partiyası ölkəmizin inkişafında mühüm rola malikdir. Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin rəhbərliyi ilə partiya nəinki ölkəmizin, hətta regionun aparıcı siyasi qüvvəsinə çevrilib.
Diqqətə çatdırılıb ki, partiyanın keçdiyi 33 illik şərəfli yol xalq-iqtidar birliyinin möhkəm təmələ əsaslandığını, sarsılmaz və əbədi olduğunu təsdiqləyib. Bu gün sürətlə inkişaf edən müstəqil dövlətimizi uğurlu inkişafa aparan bu yolda hər bir Azərbaycan vətəndaşı Yeni Azərbaycan Partiyasının Sədri, Prezident İlham Əliyevin siyasi kursunu dəstəkləyir və böyük əzmlə dövlətin, xalqın, vətənin mənafeyi naminə səy göstərir.
Çıxışlardan sonra Yeni Azərbaycan Partiyasının siyasi-ideoloji fəaliyyətinin, dövlət siyasətinin təbliğinə, rayon təşkilatının sosial mediada ictimai maarifləndirmə işinin təşkilinə, gənclərlə bağlı tədbir və layihələrinin reallaşdırılmasına, onların milli vətənpərvər və Azərbaycançılıq ruhunda yetişdirilməsi işinə verdiyi töhfələrə, eləcə də rayon təşkilatının siyasi və ictimai işlərində aktiv iştirakına görə ərazi partiya təşkilatları, bir qrup şəxs təltif edilib, eləcə də rayon təşkilatının könüllülük layihəsinin növbəti məzunlarına sertifikatlar, partiyaya qəbul edilənlərə isə vəsiqələri təqdim edilib.
Tədbirə Yeni Azərbaycan Partiyasının himninin səsləndirilməsi ilə yekun vurulub.
Xəbər lenti
Hamısına baxGündəm
11 İyul 17:59
Gündəm
11 İyul 15:59
Gündəm
11 İyul 15:32
Gündəm
11 İyul 15:07
Gündəm
11 İyul 12:55
Gündəm
11 İyul 12:20
Siyasət
11 İyul 11:56
Gündəm
11 İyul 11:32
Sosial
11 İyul 11:18
Gündəm
11 İyul 11:05
Hərbi
11 İyul 10:52
Gündəm
11 İyul 10:45
Siyasət
11 İyul 10:39
YAP xəbərləri
11 İyul 10:23
Sosial
11 İyul 10:13
İqtisadiyyat
11 İyul 09:58
Analitik
11 İyul 09:30
MEDİA
11 İyul 09:17
Ədəbiyyat
11 İyul 08:53
Ədəbiyyat
11 İyul 08:35
İqtisadiyyat
10 İyul 23:21
İqtisadiyyat
10 İyul 22:45
Dünya
10 İyul 22:19
Dünya
10 İyul 21:50
İqtisadiyyat
10 İyul 21:26
Dünya
10 İyul 21:13
Gündəm
10 İyul 20:49
Elm
10 İyul 20:41
Dünya
10 İyul 20:35
İqtisadiyyat
10 İyul 20:18
Maraqlı
10 İyul 19:50
Dünya
10 İyul 19:23
Dünya
10 İyul 19:07
Maraqlı
10 İyul 18:39
Dünya
10 İyul 18:03
Dünya
10 İyul 17:55
Dünya
10 İyul 17:23
Dünya
10 İyul 16:49
Dünya
10 İyul 16:20
YAP xəbərləri
10 İyul 15:50
İqtisadiyyat
10 İyul 15:39
İqtisadiyyat
10 İyul 15:38
Dünya
10 İyul 15:32
Dünya
10 İyul 15:06
Sosial
10 İyul 14:54
Sosial
10 İyul 14:43
Dünya
10 İyul 14:40
Dünya
10 İyul 14:19
Sosial
10 İyul 14:06
İqtisadiyyat
10 İyul 14:06
Elanlar
10 İyul 14:05
Sosial
10 İyul 14:04
YAP xəbərləri
10 İyul 14:03
Dünya
10 İyul 13:51
Dünya
10 İyul 13:35
Sosial
10 İyul 12:43
Sosial
10 İyul 12:43
Elm
10 İyul 12:42
Dünya
10 İyul 12:26
Dünya
10 İyul 12:10
Gündəm
10 İyul 11:50
Gündəm
10 İyul 11:48
İqtisadiyyat
10 İyul 11:47
Gündəm
10 İyul 11:35
İqtisadiyyat
10 İyul 11:35
Siyasət
10 İyul 11:25
Siyasət
10 İyul 11:14
MEDİA
10 İyul 11:13
İqtisadiyyat
10 İyul 11:05
Sosial
10 İyul 10:42

