Milli ideyadan qlobal geostrateji reallığa
17.11.2025 [12:50]
Nurlan Qələndərli
Yeni Azərbaycan Partiyası Mərkəzi Aparatının İnformasiya texnologiyaları və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri
Prezident İlham Əliyev Mərkəzi Asiya Dövlət Başçılarının 7-ci Məşvərət Görüşündə çıxışı zamanı qeyd etdi ki, Azərbaycanda Zəngəzur dəhlizinin tikintisi başa çatmaq üzrədir: “İlkin mərhələdə 15 milyon ton yükdaşıma qabiliyyətinə malik bu dəmir yolu Orta Dəhlizin əsas arteriyasına çevriləcək. Həmçinin Zəngəzur dəhlizinin bir hissəsi olacaq avtomagistralın tikintisi də başa çatmaq üzrədir”.
Azərbaycan İkinci Qarabağ müharibəsində qələbə qazanmaqla regionda yeni geostrateji reallıqlar yaratdı. Bu gerçəkliklərin fonunda ölkəmiz bölgədə təhlükəsizlik, sabitlik, inteqrasiya və əməkdaşlıq mühitini gücləndirmək üçün strateji təşəbbüslərlə çıxış edir. Xüsusilə də, Zəngəzur dəhlizinin yaradılması ilə əlaqədar geosiyasi iradə nümayiş etdirilməsi müstəsna əhəmiyyətə malikdir.
Ekspertlər, strateji tədqiqat mərkəzləri hazırda diqqəti dəhlizin reallaşdırılmasının geosiyasi və geoiqtisadi önəminə yönəldirlər. Bu da təbiidir, çünki bəhs olunan nəqliyyat koridoru Asiyadan Avropaya doğru geniş və bütöv bir coğrafiyada - Avrasiyada bir çox dövlətlərin maraqlarına cavab verir. Yəni Zəngəzur dəhlizi layihəsi regional təhlükəsizlik və beynəlxalq əməkdaşlıq amilidir. Bu geostrateji proyektin gerçəkləşdirilməsi ilə:
- regionda əməkdaşlığa xidmət edən inteqrasiya prosesi güclənəcək;
- Azərbaycanın Avrasiyanın nəqliyyat və logistika mərkəzi kimi geostrateji mövqeyi möhkəmlənəcək, tranzit imkanları genişlənəcək;
- Azərbaycan və tərəfdaş ölkələr, işbirliyində maraqlı olan bütün qüvvələr mühüm siyasi-iqtisadi mənfəət qazanacaq;
- Zəngəzur dəhlizi kifayət qədər böyük iqtisadi potensiala və təbii resurslara malik olan regionu birləşdirəcək. Xüsusilə də, Türk dünyasının birbaşa coğrafi bağlantısı uzun illərdən sonra bu geoiqtisadi koridor vasitəsilə təmin olunacaq. 1.1 trilyon dollardan çox nominal ümumi daxili məhsulu olan türk dövlətlərinin iqtisadi inteqrasiyası regional və qlobal proseslərə ciddi təsir göstərəcək.
Nəticə etibarilə, reallıqlar məlum, perspektivlər aydındır. Prezident İlham Əliyev Azərbaycanın ən azı bir əsr - 100 il sonraya hədəflənmiş milli məqsədləri - strateji vəzifələri üçün tarixi yol inşa edir. Nəinki Azərbaycanın gələcəyi, bütöv bir regionun firavanlığı və təhlükəsizliyi məhz bu yolda - qalib Azərbaycanın dövlətçilik marşrutundadır: Zəngəzur dəhlizində, Şərqi Zəngəzurdan dünyaya açılan yolda.
Nəhayət, milli ideyamız qlobal səviyyədə geostrateji reallığa çevrilir. Dövlət başçısının vurğuladığı kimi: “Zəngəzur dəhlizinin yaradılması bizim milli, tarixi və gələcək maraqlarımıza tam cavab verir”.
Xəbər lenti
Hamısına baxGündəm
11 İyul 12:55
Gündəm
11 İyul 12:20
Siyasət
11 İyul 11:56
Gündəm
11 İyul 11:32
Sosial
11 İyul 11:18
Hərbi
11 İyul 10:52
Siyasət
11 İyul 10:39
YAP xəbərləri
11 İyul 10:23
Sosial
11 İyul 10:13
İqtisadiyyat
11 İyul 09:58
Analitik
11 İyul 09:30
MEDİA
11 İyul 09:17
Ədəbiyyat
11 İyul 08:53
Ədəbiyyat
11 İyul 08:35
İqtisadiyyat
10 İyul 23:21
İqtisadiyyat
10 İyul 22:45
Dünya
10 İyul 22:19
Dünya
10 İyul 21:50
İqtisadiyyat
10 İyul 21:26
Dünya
10 İyul 21:13
Gündəm
10 İyul 20:49
Elm
10 İyul 20:41
Dünya
10 İyul 20:35
İqtisadiyyat
10 İyul 20:18
Maraqlı
10 İyul 19:50
Dünya
10 İyul 19:23
Dünya
10 İyul 19:07
Maraqlı
10 İyul 18:39
Dünya
10 İyul 18:03
Dünya
10 İyul 17:55
Dünya
10 İyul 17:23
Dünya
10 İyul 16:49
Dünya
10 İyul 16:20
YAP xəbərləri
10 İyul 15:50
İqtisadiyyat
10 İyul 15:39
İqtisadiyyat
10 İyul 15:38
Dünya
10 İyul 15:32
Dünya
10 İyul 15:06
Sosial
10 İyul 14:54
Sosial
10 İyul 14:43
Dünya
10 İyul 14:40
Dünya
10 İyul 14:19
Sosial
10 İyul 14:06
İqtisadiyyat
10 İyul 14:06
Elanlar
10 İyul 14:05
Sosial
10 İyul 14:04
YAP xəbərləri
10 İyul 14:03
Dünya
10 İyul 13:51
Dünya
10 İyul 13:35
Sosial
10 İyul 12:43
Sosial
10 İyul 12:43
Elm
10 İyul 12:42
Dünya
10 İyul 12:26
Dünya
10 İyul 12:10
Gündəm
10 İyul 11:50
Gündəm
10 İyul 11:48
İqtisadiyyat
10 İyul 11:47
Gündəm
10 İyul 11:35
İqtisadiyyat
10 İyul 11:35
Siyasət
10 İyul 11:25
Siyasət
10 İyul 11:14
MEDİA
10 İyul 11:13
İqtisadiyyat
10 İyul 11:05
Sosial
10 İyul 10:42
İqtisadiyyat
10 İyul 10:40
Dünya
10 İyul 10:19
Xəbər lenti
10 İyul 10:17
YAP xəbərləri
10 İyul 09:54
Analitik
10 İyul 09:52
Dünya
10 İyul 09:45

