"Yeni Azərbaycan Partiyasının müasir dövlətçilik tariximizdə yeri və rolu”
14.11.2025 [18:28]
“Konstitusiya və Suverenlik İli” çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) və Azərbaycan Milli Konservatoriyasının birgə təşkilatçılığı ilə Yeni Azərbaycan Partiyasının yaradılmasının 33-cü ildönümünə həsr olunmuş “Yeni Azərbaycan Partiyasının müasir dövlətçilik tariximizdə yeri və rolu” adlı tədbir keçirilib.
Tədbirdən öncə Konservatoriyanın inzibati binasında müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin büstü ziyarət olunaraq Ulu Öndərin əziz xatirəsi ehtiramla yad edilib.
Tədbirdə Ulu Öndər Heydər Əliyevin, ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərin, həmçinin bir neçə gün öncə Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus hərbi yük təyyarəsinin qəzaya uğraması nəticəsində həlak olanların xatirəsi bir dəqiqəlik sükutla anılıb. Sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Çıxış edən Azərbaycan Milli Konservatoriyasının rektoru Kamilə Dadaş-zadə Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə 33 il bundan əvvəl - 1992-ci ilin noyabr ayında Yeni Azərbaycan Partiyasının yaradılmasının müasir dövlətçilik tariximizdə əlamətdar hadisə olduğunu qeyd edib. Rektor Prezident İlham Əliyevin rəhbərlik etdiyi Yeni Azərbaycan Partiyasının ölkəmizi daim irəliyə apararaq və önəmli nailiyyətlərə imza ataraq ümumxalq etimadı qazandığını vurğulayıb.
Çıxış edən Yeni Azərbaycan Partiyası Sədrinin müavini-Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov Ümummilli Lider Heydər Əliyevin yaradıcısı olduğu Yeni Azərbaycan Partiyasının müstəqillik yolunda inamla irəliləyən Azərbaycanın hərtərəfli inkişafına mühüm töhfələr verdiyini söyləyib. O, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın əldə etdiyi tarixi nailiyyətləri, 2020-ci ildə qazandığı şanlı Zəfəri və 2023-cü ildə ölkəmizin suverenliyinin tam bərpa olunduğunu diqqətə çatdıraraq vurğulayıb ki, qazanılan uğurların əsasında dövlət başçısının milli maraqlara əsaslanan məqsədyönlü siyasəti və xalq-iqtidar birliyi dayanır.
Sonra çıxış edənlər ölkəmizdə mədəniyyət sahəsində görülən işlər və qazanılan uğurlardan, həmçinin ümumxalq partiyası olan Yeni Azərbaycan Partiyasının mənəvi dəyərlərə və dövlət mənafelərinə əsaslanan fəaliyyətindən bəhs ediblər.
Tədbirdə Yeni Azərbaycan Partiyasının sıralarına yeni qəbul olunmuş konservatoriya əməkdaşlarına üzvlük vəsiqələri təqdim edilib.
Daha sonra Yeni Azərbaycan Partiyasının Himni səsləndirilib.
Tədbirin sonunda bədii hissə təqdim olunub, xatirə şəkli çəkdirilib.
Xəbər lenti
Hamısına baxXəbər lenti
10 May 23:34
Dünya
10 May 22:12
Siyasət
10 May 22:06
Dünya
10 May 21:43
Sosial
10 May 19:23
Sosial
10 May 18:45
Siyasət
10 May 17:59
YAP xəbərləri
10 May 17:46
YAP xəbərləri
10 May 17:15
Siyasət
10 May 16:19
Siyasət
10 May 15:24
Gündəm
10 May 13:59
Siyasət
10 May 13:23
Siyasət
10 May 13:22
Gündəm
10 May 12:57
Gündəm
10 May 12:51
Siyasət
10 May 12:32
Siyasət
10 May 12:20
Hadisə
10 May 12:02
Siyasət
10 May 11:57
İdman
10 May 10:19
Gündəm
10 May 09:13
Siyasət
10 May 00:24
Gündəm
09 May 23:53
Dünya
09 May 23:21
Dünya
09 May 22:40
Dünya
09 May 21:15
Dünya
09 May 20:33
Gündəm
09 May 19:40
Dünya
09 May 19:18
Maraqlı
09 May 18:30
Gündəm
09 May 17:54
Gündəm
09 May 17:43
Dünya
09 May 17:41
Gündəm
09 May 17:18
Gündəm
09 May 17:10
Dünya
09 May 16:22
Dünya
09 May 15:38
Dünya
09 May 15:10
Dünya
09 May 14:54
Gündəm
09 May 14:46
Dünya
09 May 14:17
Siyasət
09 May 13:49
İdman
09 May 13:22
YAP xəbərləri
09 May 12:55
YAP xəbərləri
09 May 12:31
Gündəm
09 May 12:15
Xəbər lenti
09 May 12:09
Gündəm
09 May 12:01
İqtisadiyyat
09 May 11:54
Gündəm
09 May 11:52
Siyasət
09 May 11:31
İqtisadiyyat
09 May 11:17
İqtisadiyyat
09 May 10:54
Analitik
09 May 10:35
Siyasət
09 May 10:33
Analitik
09 May 10:12
Ədəbiyyat
09 May 09:57
Analitik
09 May 09:32
Sosial
09 May 09:15
Ədəbiyyat
09 May 08:51
Ədəbiyyat
09 May 08:39
Siyasət
09 May 08:17
Gündəm
09 May 08:10
Gündəm
09 May 07:42
Dünya
09 May 07:17
Xəbər lenti
09 May 06:36
Dünya
09 May 06:35
Dünya
08 May 23:34
Dünya
08 May 23:04

