/ / Dövlət başçısının islahat çağırışları idarəçilikdə şəffaflığı və vətəndaş məmnunluğunu əsas prioritetə çevirir
Dövlət başçısının islahat çağırışları idarəçilikdə şəffaflığı və vətəndaş məmnunluğunu əsas prioritetə çevirir
14.11.2025 [13:05]
Azərbaycan son illərdə dövlət idarəçiliyində keyfiyyətcə yeni mərhələyə qədəm qoyub. Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan idarəçilik islahatları ölkənin sosial-iqtisadi inkişaf strategiyasının əsas istiqamətinə çevrilərək vətəndaş məmnunluğunun təmin edilməsini, məmur davranış standartlarının yüksəldilməsini, şəffaflığın gücləndirilməsini və regional inkişafın sürətləndirilməsini hədəf seçib. Bu yanaşma təkcə idarəetmə mexanizmlərinin yenilənməsi deyil, eyni zamanda dövlət-vətəndaş münasibətlərinin mahiyyət etibarilə modernləşdirilməsidir. 12 noyabr 2025-ci ildə Naxçıvanda Prezidentin səlahiyyətli nümayəndəsi və yeni təyin olunan bir sıra icra başçıları ilə görüş zamanı dövlət başçısının səsləndirdiyi fikirlər bu strategiyanın əsas istiqamətlərini daha da konkretləşdirdi. Prezident İlham Əliyevin çıxışı həm məmurlar üçün yol xəritəsi, həm də dövlət idarəçiliyinin gələcək inkişafının ideoloji çərçivəsi kimi çıxış etdi. Səsləndirilən tələblər göstərdi ki, Azərbaycanda yeni idarəçilik fəlsəfəsi artıq yalnız konseptual deyil, praktik mərhələyə keçib. Prezident ilk növbədə qeyd etdi ki, dövlət vəzifəsi xalqın etimadı ilə qazanılan yüksək məsuliyyət missiyasıdır. Məmur xalqa xidmət etməli, onun problemləri ilə maraqlanmalı, təvazökar davranış nümayiş etdirməli, vətəndaşla ünsiyyətdə səmimi və diqqətli olmalıdır. Bu, müasir Azərbaycan idarəçilik modelinin əsas dayağı kimi qəbul edilir. Məmur davranışında təkəbbürə, məsuliyyətsizliyə və səhlənkarlığa yer yoxdur. Prezident açıq şəkildə bildirdi ki, məmur-vətəndaş münasibətləri ölkədə ictimai rəyin formalaşmasında, dövlətə inamın qorunmasında və idarəetmənin effektivliyində həlledici rol oynayır.
Korrupsiyaya qarşı sərt və qətiyyətli mövqe Prezident İlham Əliyevin çıxışında önəmli yer tutdu. Dövlət başçısı bir daha vurğuladı ki, korrupsiya, rüşvətxorluq, büdcə vəsaitlərinin təyinatdan kənar istifadəsi dözümsüzlüklə qarşılanacaq. İcra başçılarına açıq şəkildə bildirildi ki, bu sahədə ən kiçik pozuntu belə ciddi məsuliyyət doğuracaq. Son illər korrupsiya ilə mübarizə çərçivəsində həyata keçirilən tədbirlər və kadr islahatları göstərir ki, bu prinsip konseptual deyil, əməli fəaliyyətin ayrılmaz hissəsidir. Dövlət başçısının mövqeyi aydındır: Azərbaycanda məmur şəxsi maraqlarını deyil, dövlət və xalq maraqlarını üstün tutmalıdır.
Regional inkişaf siyasəti Prezidentin çıxışında xüsusi yer aldı. Son illərdə regionlarda həyata keçirilən genişmiqyaslı infrastruktur layihələri – yol, su, qaz, elektrik şəbəkələrinin yenilənməsi, sosial obyektlərin tikintisi, kənd təsərrüfatının modernləşdirilməsi və yeni sənaye zonalarının yaradılması – ölkənin iqtisadi mənzərəsini köklü şəkildə dəyişdirib. Prezident vurğuladı ki, regionlarda yaşayan hər bir vətəndaş bu inkişafdan faydalanmalıdır. Dövlət investisiyalarının təyinatı üzrə istifadəsi, yeni iş yerlərinin açılması, yerli iqtisadiyyatın canlandırılması və xidmət sahələrinin genişləndirilməsi icra başçılarının birbaşa məsuliyyətidir. Dövlət başçısı həmçinin qeyd etdi ki, vətəndaş müraciətlərinə həssas yanaşma dövlət qurumlarının işinin keyfiyyət göstəricisidir. Bu müraciətlər cəmiyyətin ehtiyac və gözləntilərini əks etdirdiyindən, onların operativ şəkildə araşdırılması, həlli, yuxarı instansiyalara düzgün və obyektiv çatdırılması məmur fəaliyyətinin mərkəzində dayanmalıdır. Vətəndaşla təmasda olmaq, problemləri kabinetdən deyil, yerindəcə öyrənmək idarəetmənin ən səmərəli üsulu kimi təsdiqlənir.
Prezident İlham Əliyevin çıxışı eyni zamanda kadr mədəniyyətinin yenilənməsi baxımından da mühüm mesajlar ehtiva etdi. Dövlət başçısı inamla bildirdi ki, yeni dövr yeni düşüncə tərzi tələb edir: peşəkar, məsuliyyətli, vicdanlı, dinamika ilə işləyən və yeniliklərə açıq kadrlar önə çəkilməlidir. İcra başçıları regional siyasətin həyata keçirilməsi, iqtisadi layihələrin icrası, sosial məsələlərin həlli, şəffaflıq və hesabatlılığın təmin olunması kimi mühüm sahələrdə nümunə göstərməlidirlər. Bu tələblər həm mərkəzi idarəetmədə, həm də yerli strukturlarda yeni keyfiyyət mərhələsi formalaşdırır. Bütün bu tələblərin mərkəzində isə bir mühüm prinsip dayanır: Azərbaycan vətəndaşı dövlət siyasətinin əsas hədəfidir. Dövlət idarəçiliyi inkişaf etdikcə, xidmət standartları yüksəldikcə, şəffaflıq təmin olunduqca xalqın rifahı və dövlətə olan etimadı möhkəmlənir.
Bu gün Azərbaycanda dövlət idarəçiliyinin modernləşdirilməsi yalnız struktur islahatı deyil, düşüncə və idarəetmə mədəniyyətinin yenilənməsidir. Prezident İlham Əliyevin ortaya qoyduğu strateji xətt həm regionların inkişafını sürətləndirir, həm dövlət qulluqçularının məsuliyyətini artırır, həm də xalq-dövlət münasibətlərinin əsasını daha sağlam və dayanıqlı edir. Yeni idarəçilik modeli sosial yönümlü siyasəti, şəffaflığı, hesabatlılığı və humanist dəyərləri özündə birləşdirərək Azərbaycanı modern, çevik, güclü və dayanıqlı dövlət idarəetməsi nümunəsinə çevirir.
YAP Xəzər rayon təşkilatının sədri Namiq Əhmədov
Xəbər lenti
Hamısına baxGündəm
11 İyul 15:32
Gündəm
11 İyul 15:07
Gündəm
11 İyul 12:55
Gündəm
11 İyul 12:20
Siyasət
11 İyul 11:56
Gündəm
11 İyul 11:32
Sosial
11 İyul 11:18
Gündəm
11 İyul 11:05
Hərbi
11 İyul 10:52
Gündəm
11 İyul 10:45
Siyasət
11 İyul 10:39
YAP xəbərləri
11 İyul 10:23
Sosial
11 İyul 10:13
İqtisadiyyat
11 İyul 09:58
Analitik
11 İyul 09:30
MEDİA
11 İyul 09:17
Ədəbiyyat
11 İyul 08:53
Ədəbiyyat
11 İyul 08:35
İqtisadiyyat
10 İyul 23:21
İqtisadiyyat
10 İyul 22:45
Dünya
10 İyul 22:19
Dünya
10 İyul 21:50
İqtisadiyyat
10 İyul 21:26
Dünya
10 İyul 21:13
Gündəm
10 İyul 20:49
Elm
10 İyul 20:41
Dünya
10 İyul 20:35
İqtisadiyyat
10 İyul 20:18
Maraqlı
10 İyul 19:50
Dünya
10 İyul 19:23
Dünya
10 İyul 19:07
Maraqlı
10 İyul 18:39
Dünya
10 İyul 18:03
Dünya
10 İyul 17:55
Dünya
10 İyul 17:23
Dünya
10 İyul 16:49
Dünya
10 İyul 16:20
YAP xəbərləri
10 İyul 15:50
İqtisadiyyat
10 İyul 15:39
İqtisadiyyat
10 İyul 15:38
Dünya
10 İyul 15:32
Dünya
10 İyul 15:06
Sosial
10 İyul 14:54
Sosial
10 İyul 14:43
Dünya
10 İyul 14:40
Dünya
10 İyul 14:19
Sosial
10 İyul 14:06
İqtisadiyyat
10 İyul 14:06
Elanlar
10 İyul 14:05
Sosial
10 İyul 14:04
YAP xəbərləri
10 İyul 14:03
Dünya
10 İyul 13:51
Dünya
10 İyul 13:35
Sosial
10 İyul 12:43
Sosial
10 İyul 12:43
Elm
10 İyul 12:42
Dünya
10 İyul 12:26
Dünya
10 İyul 12:10
Gündəm
10 İyul 11:50
Gündəm
10 İyul 11:48
İqtisadiyyat
10 İyul 11:47
Gündəm
10 İyul 11:35
İqtisadiyyat
10 İyul 11:35
Siyasət
10 İyul 11:25
Siyasət
10 İyul 11:14
MEDİA
10 İyul 11:13
İqtisadiyyat
10 İyul 11:05
Sosial
10 İyul 10:42
İqtisadiyyat
10 İyul 10:40
Dünya
10 İyul 10:19

