Konstitusiyamız milli birliyimizin, suverenliyimizin və azadlığımızın rəmzidir
12.11.2025 [16:24]
12 Noyabr Azərbaycan xalqı üçün mühüm tarixi və siyasi əhəmiyyətə malik olan bir gündür. Bu gün Azərbaycan Respublikasının Konstitusiyası – dövlətimizin əsas qanunu qəbul edilmişdir. 1995-ci ilin 12 noyabrında ümumxalq səsverməsi yolu ilə qəbul edilən Konstitusiya müstəqil Azərbaycanın hüquqi, demokratik və dünyəvi dövlət kimi inkişafının təməlini qoymuşdur.
Azərbaycan Respublikasının Konstitusiyası dövlətimizin siyasi, iqtisadi və ictimai həyatının hüquqi əsaslarını müəyyən edən ali sənəddir. Bu sənəd Azərbaycan xalqının suverenliyini, azadlığını və müstəqilliyini qoruyur, vətəndaşların hüquq və azadlıqlarının təminatçısı kimi çıxış edir. Konstitusiyanın qəbul edilməsi Azərbaycan dövlətçiliyinin möhkəmlənməsi və hüquqi dövlət quruculuğu prosesinin başlanğıcı olmuşdur.
Konstitusiyanın müəllifi və əsas ideoloji istiqamətlərinin banisi ümummilli lider Heydər Əliyev olmuşdur. Onun uzaqgörən siyasəti və dərin hüquqi düşüncəsi nəticəsində Azərbaycanın Konstitusiyası milli dəyərlərlə ümumbəşəri demokratik prinsipləri özündə birləşdirən mükəmməl bir sənəd kimi formalaşmışdır.
Bu gün möhtərəm Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan dövləti Konstitusiyada təsbit olunmuş prinsiplərə sadiq qalaraq, hüquqi islahatlar sahəsində mühüm nailiyyətlər əldə etmişdir. Cənab Prezidentin həyata keçirdiyi islahatlar və müasir idarəetmə modeli Konstitusiyanın ruhuna uyğun olaraq vətəndaşların rifahının yüksəldilməsinə, dövlətin dayanıqlı inkişafına xidmət edir. Dövlət başçısının rəhbərliyi altında Azərbaycan beynəlxalq aləmdə öz mövqeyini gücləndirmiş, hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğu istiqamətində mühüm addımlar atmışdır.
Konstitusiyanın 30 il ərzində xalqın həyatında tutduğu yer, onun əhəmiyyəti hər bir vətəndaş tərəfindən dərin hörmətlə qarşılanır. Bu sənəd təkcə qanunvericilik bazası deyil, həm də milli birliyimizin, suverenliyimizin və azadlığımızın rəmzidir.
12 Noyabr – Azərbaycan Respublikasının Konstitusiyası Günü dövlətçiliyimizə, azadlığımıza və milli iradəmizə hörmətin təcəssümüdür. Bu gün hər bir azərbaycanlı üçün qürur və iftixar günüdür. Möhtərəm dövlət rəhbərinin dediyi kimi, “Azərbaycan dövləti hüquqi əsaslar üzərində qurulmuş müstəqil dövlətdir və bu əsasların ən mühümü məhz Konstitusiyadır.”
Yaşasın müstəqil Azərbaycan dövləti!
Nazim Bünyatov
Yap Ağcabədi rayon təşkilatının sədr müavini
Xəbər lenti
Hamısına baxGündəm
11 İyul 12:55
Gündəm
11 İyul 12:20
Siyasət
11 İyul 11:56
Gündəm
11 İyul 11:32
Sosial
11 İyul 11:18
Hərbi
11 İyul 10:52
Siyasət
11 İyul 10:39
YAP xəbərləri
11 İyul 10:23
Sosial
11 İyul 10:13
İqtisadiyyat
11 İyul 09:58
Analitik
11 İyul 09:30
MEDİA
11 İyul 09:17
Ədəbiyyat
11 İyul 08:53
Ədəbiyyat
11 İyul 08:35
İqtisadiyyat
10 İyul 23:21
İqtisadiyyat
10 İyul 22:45
Dünya
10 İyul 22:19
Dünya
10 İyul 21:50
İqtisadiyyat
10 İyul 21:26
Dünya
10 İyul 21:13
Gündəm
10 İyul 20:49
Elm
10 İyul 20:41
Dünya
10 İyul 20:35
İqtisadiyyat
10 İyul 20:18
Maraqlı
10 İyul 19:50
Dünya
10 İyul 19:23
Dünya
10 İyul 19:07
Maraqlı
10 İyul 18:39
Dünya
10 İyul 18:03
Dünya
10 İyul 17:55
Dünya
10 İyul 17:23
Dünya
10 İyul 16:49
Dünya
10 İyul 16:20
YAP xəbərləri
10 İyul 15:50
İqtisadiyyat
10 İyul 15:39
İqtisadiyyat
10 İyul 15:38
Dünya
10 İyul 15:32
Dünya
10 İyul 15:06
Sosial
10 İyul 14:54
Sosial
10 İyul 14:43
Dünya
10 İyul 14:40
Dünya
10 İyul 14:19
Sosial
10 İyul 14:06
İqtisadiyyat
10 İyul 14:06
Elanlar
10 İyul 14:05
Sosial
10 İyul 14:04
YAP xəbərləri
10 İyul 14:03
Dünya
10 İyul 13:51
Dünya
10 İyul 13:35
Sosial
10 İyul 12:43
Sosial
10 İyul 12:43
Elm
10 İyul 12:42
Dünya
10 İyul 12:26
Dünya
10 İyul 12:10
Gündəm
10 İyul 11:50
Gündəm
10 İyul 11:48
İqtisadiyyat
10 İyul 11:47
Gündəm
10 İyul 11:35
İqtisadiyyat
10 İyul 11:35
Siyasət
10 İyul 11:25
Siyasət
10 İyul 11:14
MEDİA
10 İyul 11:13
İqtisadiyyat
10 İyul 11:05
Sosial
10 İyul 10:42
İqtisadiyyat
10 İyul 10:40
Dünya
10 İyul 10:19
Xəbər lenti
10 İyul 10:17
YAP xəbərləri
10 İyul 09:54
Analitik
10 İyul 09:52
Dünya
10 İyul 09:45

